20/02/2022
MƏXLUQATIN QARŞISINDAKI DÖRD SUALIN CAVABI
Bəli bəni-adəm, böyük bir karvan kimi, keçmişin dərələrindən gəlib, vücud və həyat səhrasında müsafir olub, gələcəyin yüksək dağlarına və zinətli bağlarına yönələrək, qafilə qafilə, ard-arda yürüməkdə ikən, kâinatın nəzər-i diqqətini cəlb etdi. "Bu qəribə və əcaib məxluqlar kimlərdir? Hardan gəlirlər? Hara gedirlər?" deyə hallarını anlamaq üzrə xilqət höküməti, "hikmət fənni"ni qarşılarına çıxartdı. Və aralarında belə bir söhbət başladı:
Hikmət:
— Hardan gəlirsiniz? Hara gedirsiniz? Bu dünyada işiniz nədir? Rəisiniz kimdir?
Bu suala bənî-Âdəm adına, misli olan böyük peyğəmbərlər kimi Muhamməd-i Arabî aleyhissalâtü vəssəlâm, bəşər növünə vəkalətən, qarşısına çıxaraq belə cavab verdi:
— Ey hikmət! Bu gördüyün insanlar, Sultan-ı Əzəlî'nin qüdrətiylə, yoxluq qaranlıqlarından ziyadar varlıq âləminə çıxarılan məxluqlardır. Sultan-ı Əzəlî, bütün mövcudatı içində biz insanları seçmiş və "böyük əmanət"i bizə vermişdir. Biz buradan, öldükdən sonra yenidən dirilmək surətiylə əbədi səadətə doğru hərəkət etməkdəyik. Dünyadaki işimiz də, o əbədi səadətin yollarını təmin etməklə, ana sərmayemiz olan istedadlarımızı inkişaf etdirməkdir. Və bu böyük insan karvanına, bundan sonra Sultan-ı Əzəlî'dən peyğəmbərlik vəzifəsiylə gəlib, rəislik edən mənəm. Və o Sultan-ı Əzəlî'nin peyğəmbərlik sənədi olaraq mənə verdiyi Qur'an-ı Azîmüşşan əlimdədir. Şüphən varsa al, oxu!
Bədiüzzaman, İşârât-ül İ'caz (İqtibasla)