Turmenecer.ol

Turmenecer.ol Turmenecer olmaq istəyirsən? Biz sənə bu işi bütün xırdalıqları ilə öyrədəcəyik.

🫠Gələcəyi xəyal etmək cəsarəti olanlar onu inşa edərlər.Gələcəyi xəyal etmək cəsarəti olmayanlar başqalarının xəyalların...
18/01/2025

🫠Gələcəyi xəyal etmək cəsarəti olanlar onu inşa edərlər.
Gələcəyi xəyal etmək cəsarəti olmayanlar başqalarının xəyallarını yaşamaq məcburiyyətində qalarlar.

Bu dövrün ən önəmli bacarığına sahib insanlar kimdir: xəyal edən, xəyalına doğru hərəkət etməyə niyyət edən və niyyət etdiyi yöndə hərəkət etməyə səy göstərməyə davam edən...

Nə gözəl cümlələr, nə özəl motivasiyadır 🫠

Şəkil Gürcüstanın Gudauri bölgəsində çəkilib 😇
Qar, xizək, qış idmanı sevənlər üçün əla seçimdir bura 😇

🎉 Böyük məmnuniyyət hissi ilə elan etmək istəyirəm ki, TGA-nın (Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansı) müqaviləli ...
08/01/2025

🎉 Böyük məmnuniyyət hissi ilə elan etmək istəyirəm ki, TGA-nın (Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansı) müqaviləli PR agentliyi olaraq fəaliyyətimizə davam edirik!

Bu, bizim üçün böyük bir addımdır və artıq 3-cü ildir ki, Türkiyənin Turizm Potensialının Azərbaycanda tanıdılması işini böyük qurur hissi ilə həyata keçiririk. 🇹🇷✈️🇦🇿

Məqsədimiz, iki qardaş ölkə arasındakı turizm əlaqələrini gücləndirmək və Azərbaycanın gözəl insanlarına Türkiyənin zəngin turizm imkanlarını tanıtmaqdır. 🏖️🏔️🌟

Hər birinizə dəstəyiniz üçün təşəkkür edir və gələcəkdə birgə daha böyük uğurlara imza atmağı arzulayıram! 💪✨

Yeni təqvim ilimizin ilk günü mübarək, dostlar! Çox dərindən düşündükdə çox da özəl fərqi yoxdur bu günün, amma insan ol...
01/01/2025

Yeni təqvim ilimizin ilk günü mübarək, dostlar! Çox dərindən düşündükdə çox da özəl fərqi yoxdur bu günün, amma insan olmağımızın üstünlüklərindən biri ən adi günü yer kürəsi səviyyəsində bayram kimi qeyd edə bilməkdir 😁 İnsana xas bütün hissləri, qazancları, itgiləri, xoşbəxtlikləri və məyusluqları geridə qoyaraq 1 təqvim ilini bağladıq. Yeni xəyalları yeni ilə yükləməyi sevmirəm əslində, amma həyatımızda etmək istədiyimiz dəyişikliklərə başlamağa bəhanə olsun 2025 😇
Turizmçi olaraq hər birinizə sevdiklərinizlə bərabər bol səyahət arzulayıram. Çünki səyahət insana çox şey qazandırır və gərginlikdən uzaqlaşdırır. Bol səyahət etmək üçünsə sağlam olmaq və maddi gəlir əldə etmək lazımdır. Paraleldə bunları da arzulamış oldum 😇
Həm sizə, həm özümə motivasiya olsun deyə bu il səyahətlərdə çəkdirdiyim fotoları seçərək sizinlə paylaşdım 🌷

Sevgi və anlayış dolu gəl, 2025!

Dostlar, Almaniyada "work&travel" layihəsində ödənişsiz iştirak haqqı hədiyyə edirik!Tətil müddətində work and Travel pr...
26/11/2024

Dostlar, Almaniyada "work&travel" layihəsində
ödənişsiz iştirak haqqı hədiyyə edirik!

Tətil müddətində work and Travel proqramı ilə Almaniyaya işləməyə getmək istəyən bir nəfər tələbə üçün möhtəşəm şans hədiyyə edirik! Random seçiləcək tələbəyə özəl servis haqqı almadan dəstək olacağıq, tələbə sadəcə səfirlik rüsumları və sığorta haqqını ödəyəcək, viza müraciətinə imtina gəldiyi halda itirəcəyi məbləğ sadəcə viza rüsumları olacaq.

✅️Intermediate ingilis dili səviyyəsi mütləqdir.
✅️4-cü kurs tələbələri iştirak edə bilməz.
✅️Viza aldığı təqdirdə aviabilet və digər şəxsi xərclərini özü qarşılayacaq.

Work and Travel sizə nə qazandıracaq?
✅️Almaniya kimi inkişaf etmiş Avropa ölkəsində yaşayış və iş təcrübəsi
✅️Yeni dostluqlar
✅️Xarici dil biliyinizi canlı mühitdə inkişaf etdirmək imkanı
✅️Səyahət təcrübəsi
✅️Maddi qazanc
✅️Unudulmaz təəssüratlar.

Şansını yoxlamaq üçün şərh bölməsinə + at

COP 29 Azərbaycanda Yaşıl Zonaya baş çəkdik qızımla bərabər 🌿 Bu cür qlobal miqyaslı tədbirlərin əhəmiyyətini dərk etmək...
25/11/2024

COP 29 Azərbaycanda Yaşıl Zonaya baş çəkdik qızımla bərabər 🌿 Bu cür qlobal miqyaslı tədbirlərin əhəmiyyətini dərk etmək hər bir vətəndaşımız üçün çox vacibdir. İqlim dəyişikliyi ilə mübarizə, ekoloji dayanıqlılığın qorunması və yaşıl gələcək üçün birgə fəaliyyət göstərmək hər birimizin məsuliyyətidir, borcudur. Yaşıl dünya bizim sabahımızdır, onu qorumaq üçün birlikdə mübarizə aparmalıyıq.

COP 29-da iştirak, Azərbaycanın dünya miqyasında olan mövqeyinə çox böyük töhfələri oldu, olacaq. Tədbirə dünyanın hər tərəfindən iştirakçılar qatılmışdı. Bəlkə də xəritədə ölkəmizin yerini bilməyən insanlar Azərbaycanın gözəlliklərini canlı şəkildə gördülər. "Azərbaycan" adı bütün dünyada gündəm oldu, necə böyük uğurdur bu! Ölkə turizmimizə, dünya miqyasında tanıtımımıza çox böyük dəstək oldu bu tədbirə ev sahibliyi etməyimiz.

Yerli sakinlərimiz bu cür irimiqyaslı tədbirdə iştirak edə bildilər, yerli şirkətlərimizin ekologiyanı qorumaq üçün hansı tədbirləri gödükləri ilə tanış olduq. Gənclərimiz könüllülük proqramı vasitəsilə bucür böyük tədbirdə iş təcrübəsi qazandılar.

Bu təşəbbüslər gələcəyimiz üçün çox böyük əhəmiyyət daşıyır. Tədbirin əsas mahiyyətindən əlavə Azərbaycan üçün faydalarını da yaxın gələcəkdə görəcəyik. Mən tədbirin sadəcə Yaşıl zonasını ziyarət edə bildim, yolda Konqodan olan məşhur alim Dr. Dieudonne Nsadisa Faka ilə tanış oldum, bir az söhbət etdik, yaxın, bir az da uzaq tariximiz, mədəniyyətimiz, görməli yerlərimiz barədə qonağa məlumat verdim. Bakının bu qədər gözəl olduğunu təxmin belə etmədiyini deyirdi. Bu tədbir çox ziyarətçinin Azərbaycana təkrar qayıtmağına səbəb olacaq.

COP29 müddətində gecə-gündüz demədən bütün qəlbi və verimliliyi ilə çalışan rəfiqəm Günelə də burdan təşəkkürümü, hörmətimi, sevgilərimi göndərirəm, ən böyük təşəkkür onlara düşür ❤️

🌞🇲🇪Günəşli Monteneqroya erkəz rezervasiya başladı, dostlar! Adriatik incisi olan bu ölkəyə yayda münasib qiymətə səyahət...
17/11/2024

🌞🇲🇪Günəşli Monteneqroya erkəz rezervasiya başladı, dostlar! Adriatik incisi olan bu ölkəyə yayda münasib qiymətə səyahət etmək üçün indidən planlama etməyinizi tövsiyyə edirəm.
Monteneqro təbiət qoynunda tarixi gözəlliklər bəxş edəcək sizə. Dənizdən və təbiətdən zövq alacaq, eyni zamanda ən gözəl tarixi guşələrini gəzəcəksiniz. Mən demək olar ki, qarış-qarış gəzmiş olsam da bu ölkəyə təkrar sevə-sevə səfər edərəm ❤️

Turpaket qiymətləri 7 gecə üçün 550 euro-dan başlayır.

Tur təklifləri üçün çərh bölməsinə + ⬇️

Dostlar, sizinlə Avropa macəramızı paylaşmaq istəyirəm - bizim üçün çox həyəcanlı səfər oldu əslində, Bolqarıstan vizası...
17/11/2024

Dostlar, sizinlə Avropa macəramızı paylaşmaq istəyirəm - bizim üçün çox həyəcanlı səfər oldu əslində, Bolqarıstan vizası ilə ən gözəl Avropa şəhərlərlərini doya-doya gəzmişik 🤣

Məsələ necə oldu, ucuz bilet qiymətlərindən yararlanaraq Bolqarıstan və Rumıniya səyahəti planlaşdırırdıq, biletlərimizi almışdıq və viza cavabı gözləyirdik. Bolqarıstan konsulluğundan cavab gələnə qədər biletlərimiz ləğv olundu və açığı tranzitlə bu ölkələrə səfər etmək istəmədik. Risk aldıq və təkgirişli Bolqarıstan vizası ilə Bakı - Roma girişli Avropa proqramı qurduq Fazilə ilə bərabər. Otellərimizi də qaytarılmayan tariflə öncədən almışdıq deyə maddi riskimiz böyük idi, amma biz ürəkli xanımlarıq 😁 Bəzi dostlar dedi böyük risk alırsınız, sərhəddən qaytaracaqlar. Nəisə özümüz maksimum natural və rahat göstərməyə çalışaraq Roma Gömrük keçidinə çatdıq. Pasportuma rahatlıqla möhür vuran gömrük əməkdaşı "ohh, keçdik qəzasız bəlasız" dediyim anda məni geri qaytardı. Fazilə isə növbədə gözləyir, o da özünü yaxşı hiss etmirdi həmin anda 😁 Bir az pasportumu vərəqləyib möhürlər və əvvəlki şengen vizamı incələdikdən sonra sualsız pasportumu qaytardılar 😁 Beləliklə həyəcan bitdi və macəra başladı.

Əslində bu cür planlamanı heç kimə tövsiyyə etmirəm, istənilən halda riskdir, şengen viza tarixçənizi korlaya bilər. Amma biz turizmçilər səyahət riski almağı sevirik ki, sizə fərqli vəziyyərlərdə tövsiyyə verə bilək 😇

🇭🇺Budapeştə 1-ci günümüz:İtaliya səfərimizi Budapeşt şəhəri ilə taclandırmağa qərar verdik. Milandan Budapeştə Wizzair-l...
30/10/2024

🇭🇺Budapeştə 1-ci günümüz:

İtaliya səfərimizi Budapeşt şəhəri ilə taclandırmağa qərar verdik. Milandan Budapeştə Wizzair-lə birbaşa gündəlik 3 reys var. Uçuş müddəti 1 saat 40 dəqiqədir. Şengendaxili uçuş olduğuna görə sadəcə təhlükəsizlik yoxlamasından keçirsiniz, gömrük yoxlaması zamanınızı almır.
Budapeştə ilk dəfə keçən il səfər etmişəm - aşiq olmuşdum bu şəhərə: Ahəngi, enerjisi, gözəlliyi, insanları ilə ürəyimi fəth etmişdi. Və bilirəm ki, heç bu da sonuncu səfərim olmayacaq, bu şəhərə səyahət etmək üçün həmişə bəhanə yarada bilərəm 😁

Deməli Budapeştə səhər uçuşu ilə gəldik. Mərkəzdə yerləşən Exe Budapesht otelində qonaqlayırıq. Otelin nömrələri rahat, yerləşməsi və qiyməti çox yaxşıdır.

✅İlk öncə otelimizə yaxın milli restoranda nahar edib enerji depoladıq.
✅ Daha sonra Dunay çayının digər sahilinə keçərək Budva qəsrini ziyarət elədik, çox böyük ərazidə və möhtəşəm mənzərəsi ilə şəhərin çox yüksək nöqtəsində yerləşir. Müdafiə xarakterli tikilidir. Yüksəyə qalxdıqca Dunay çayına açılan möhtəşəm mənzərədən doymayacaqzınız. Həm də tarixin sirli qapılarını aralayaraq virtual tarixi səyahət edəcəksiniz. Kompleksin ərazisində muzey, rəsm qalereyası və şirin kafelər var. Kofe qiyməti - 6 azn.
✅ Növbət marşrut Dunay çayının sahilində yerləşən "Danube Shoes"u ziyarət elədik, Budapeştin ən məşhur turistik yerlərindən biridir. 2-ci Dünya Müharibəsi zamanı həlak olmuş yəhudilərin xatirəsinə həsr olunub. Burada ayaqqabı formalı heykəllər sərgilənərək, həmin dövrdə baş verən faciələri simvolik şəkildə əks etdirir.
✅ Budapeşt körpülərinin gecə gözəlliyindən zövq alaraq sahil boyu ilə Vaçi küçəsinə getdik, yerli şirniyyat olan "Kurtos Kalac"ı dadaraq Budapeşt gəzintisi elədik. Qiymət: 5 euro.

✅ 19 000 addımımızı tamamlayaraq otelimizə qayıtdıq ki, səhər qaldığımız yerdən davam edək.

Bənzər tur proqramı üçün peşəkar komandamız xidmətinizdədir

Romada 2 günümüzü tamamladıq, sabah Milana yola düşürük. ✅️Gəzib gördüyümüz yerlər:Trevi fəvvarəsiİspan nərdivanlarıVia ...
26/10/2024

Romada 2 günümüzü tamamladıq, sabah Milana yola düşürük.
✅️Gəzib gördüyümüz yerlər:
Trevi fəvvarəsi
İspan nərdivanları
Via del corso küçəsi (çoxlu mağazalar və kafelər var)
Panteon
Piazza Novana meydanı
Villa Borhese parkı
Kolizey (sadəcə çöldən)
Vatikan muzeyləri

Roma o qədər gözəl şəhərdir ki... Bir şəhəri sadəcə tikililəri, arxitekturası sevdirə bilmir məncə. Bu şəhər kompleks olaraq gözəldir: insanları çox-çox istiqanlı, yeməkləri ləzzətli, hər tərəfi tarix izləri daşıyan möhtəşəm Roma 🫠 Ayaqlarını daşlara basdıqca şəhərin hər hissəsində fərqli enerji alırsan. Mən bu şəhərə sadəcə muzey-şəhər deyə bilmirəm, şəhərin çox canlı ruhu var.
Romadan doymadım, mütləq təkrar qayıdacam. Tələsmədən, doya-doya gəzmək üçün bu şəhərə daha geniş aralıqlı səfər planlamaq lazımdır.

Turizm gününüz mübarək, turizmçi dostlarım ! ✈️Sizə arzularım:✅️ Sayını itirəcəyiniz qədər bol səyahət✅️ Başınızı itirəc...
29/09/2024

Turizm gününüz mübarək, turizmçi dostlarım ! ✈️
Sizə arzularım:
✅️ Sayını itirəcəyiniz qədər bol səyahət
✅️ Başınızı itirəcəyiniz qədər bol satış
✅️ Minimal kaprizli turistlər
✅️ cəriməsiz mövsüm
✅️ Anlayışlı və uğurlu komanda mühiti
✅️ Yeni səyahət destinasiyaları
✅️ Yeni və etibarlı partnyorlar 🤭
✅️ İşinizə olan sevgini itirməmək

Bir çox sahə kimi bizim sahənin də çətinlikləri var, zarafatyana bu sahəyə yeni gələnlərə "welcome to the hell" deyirik 🤭 Amma işinizi sevirsinizsə bu çətinlikləein hamısını prosesin hissəsi kimi görüb arxada qoyacaqsınız. Hər arxada qoyduğunuz çətinlik sizə qarşıda gələn problemləri xeyli rahat həll edə bilməyinizdə ən yaxın dostunuz olacaq.

Turizm işi bizə dünyanın qapılarını açır, yeni mədəniyyətlər tanıdır və ən gözəl sahələrdəndir.

Mən işimi sevirəm və ona görə yeni turizm ili ilə bağlı planlarım və gözləntilərim böyükdür 😎

Turizm sahəsinə yeni atılmaq istəyənlərlə bu il yaşadığım ən böyük paradoksu paylaşıram, paylaşıram ki, siz belə etməyin...
31/08/2024

Turizm sahəsinə yeni atılmaq istəyənlərlə bu il yaşadığım ən böyük paradoksu paylaşıram, paylaşıram ki, siz belə etməyin, dərdləşək bir az 😊:

Bir kadr düşünün, iş dünyasına ilk addımını sizinlə atan, ilk əmək haqqını qazananda üzündəki sevincini hələ də unutmadığınız, bildiyiniz hər işi öyrətdiyiniz, inkişafına hər cür dəstək olduğunuz və birlikdə çalışdığınız müddət ərzində ailə üzvünüzə yanaşdığınız qədər doğma yanaşdığınız.... Sizə “Ailəmsiniz” deyən...

Və yenə də elə həmin kadrı düşünün, hər hansı bir əməkdaşın maraqlar mübarizəsinin qurbanı olub “Ailəm” dediyi şirkətə arxa çevirən, hətta baş verənlərin nəticəsini dərk edərək şirkətin iflasını sevinclə soruşduran... Bir şeyə əminəm, həyatda karma qanunu işləyir: insanın etdiyi heç bir hərəkət nəticəsiz qalmır və gələcək müqəddəratında mütləq ki, qarşısına çıxır.

Həqiqətən böyük paradoksdur bu 😊 ..
Bəli, çətin turizm mövsümü yaşadıq, amma mən çətinlikləri sevirəm – çünki bu çətinliklər ailə üzvünüz hesab etdiyiniz həmin kadrı ailənizdən və qəlbinizdən çıxarmağınıza işıq salır. Kadr seçimində təkcə əməkdaşı peşəkar tərəfdən deyil, həm də insani keyfiyyət aspektindən dəyərləndirməyin vacibliyini anlayırsınız. Çətin dövrdən keçdik, amma qısa müddətdə güclü komanda topladıq və sezonu uğurla başa vurduq. Yəni😊

CV-sində əməkdaşı olduğu şirkətin adını qeyd etməyən, yaxud referans almağınızın qarşısını almaq üçün əvvəlki iş yerinin ancaq p*s tərəflərindən danışan əməkdaşlardan ehtiyatlı olun, istənilən halda referans alın.
Bəli, iş yerini dəyişmək, anlaşmamaq, istənilən səbəbdən uyğunlaşmamaq hər bir vətəndaşın haqqıdır, özüm həmişə deyirəm, kadr uyğunlaşmadığı yerdə qalmamalıdır, hər iki tərəf zərərli çıxır bu vəziyyətdən. Amma şirkətlə yolları ayırma forması var. Yazılı və mənəvi qaydalar var. Yəni kadrın həmin şirkətlə ayrılma şəklindən siz də sığortalı deyilsiniz. Mən zamanında buna da diqqət etməmişdim, amma səhv etmişəm, bir daha eləmərəm.

Hər hadisədə pozitivlər görək ki, yolumuza işıq tutsun, qəlbimiz qaranlıqlaşmasın.

Bu hadisəni neqativdən çıxan pozitiv kimi dəyərlənidirib burda təcrübə kimi saxlayıram ki, gələcəkdə nəvələrim oxuyub nənələri ilə fəxr eləsinlər 😁

🤓Viza tələb edən ölkələrə tur satışı həyata keçirmək sizin üçün qorxulu kabusdur? Elə isə "Viza mütəxəssisi" proqramımız...
25/07/2024

🤓Viza tələb edən ölkələrə tur satışı həyata keçirmək sizin üçün qorxulu kabusdur? Elə isə "Viza mütəxəssisi" proqramımıza qoşula bilərsiniz!

✅️Viza təlimimizə qeydiyyat bağlanır, yayın son təliminə start veririk,

siz də "viza mütəxəsisi" proqramımıza qeydiyyatdan keçərək
1️⃣ gəlirinizi artıra bilərsiniz, viza anketləri dolduraraq ekstra gəlir əldə edəcəksiniz
2️⃣ Viza prosedurunu və ölkələrin viza tələblərini dərindən anlayaraq peşəkarlıq səviyyənizi artıracaqsınız
3️⃣ Universal menecer olduğunuz üçün əməkdaşı olduğunuz şirkətin sevimlisinə çevriləcəksiniz

Viza mütəxəssisi olmağın mənfi tərəfləri:
❌️Şirkətdə hər kəs sizə güvənərək viza prosedurları ilə bağlı çoxlu sual verəcək 😁

Təlim paketimiz barədə ətraflı məlumat almaq üçün şərh bölməsinə + atmağınız yetərlidir.

Təlim növbəti bazar ertəsi günü başlayır.

✴️Özünü elə dostlarla əhatəyə al ki, olmadığın otaqlarda sənin üçün mübarizə aparsınlar - həftəmin sitatı, sahibini tanı...
21/07/2024

✴️Özünü elə dostlarla əhatəyə al ki, olmadığın otaqlarda sənin üçün mübarizə aparsınlar - həftəmin sitatı, sahibini tanımıram, qarşıma çıxdı, uyğun ana təsadüf etdi deyə diqqətimi cəlb elədi və daxilim hüzurla doldu ki, məhz belə dostlarım var. İnkişaf etdikcə, irəli addımlar atdıqca, ayağına daşlar dəydikcə həqiqi dostların dəyərini daha yaxşı anlayır insan. Qazandığım dostlarımla, qurduğum münasibətlərlə qürur duyuram ❤️

Sosial şəbəkələrdəki effektli fotolardakı kimi filterlənmiş insanlardan uzaq olmaq ümidi ilə bu post burda xatirə qalsın 🌟

01/07/2024

"R-travel and Tour" şirkəti "outgoing manager" vakansiyası elan edir.

Namizəddən tələblər:
- Minimal 1 il iş təcrübəsi (şengen, Amerika viza praktikası, Avropa individual və qrup turları təcrübəsi önəmlidir)
- sərbəst azərbaycan, rus dili; orta ingilis dili biliyi
- Komanda mühitində işləmək bacarığı

Əmək haqqı namizədin bacarıqlarına əsasən müəyyən ediləcək.

Minimal əmək haqqı: 600 azn sabit maaş + 13% bonus

Cv-lər:
[email protected]
+994705440155

Lavanda tarlası - Fazilənin izi ilə 🤭 Məsləhətlərimi paylaşıram ⬇️Deməli dostlar, keçən bazar Essenso Lavanda tarlasını ...
05/06/2024

Lavanda tarlası - Fazilənin izi ilə 🤭
Məsləhətlərimi paylaşıram ⬇️
Deməli dostlar, keçən bazar Essenso Lavanda tarlasını görmək üçün Qəbələyə getdik. Monteneqrodakı famtrip-dən qazandığımız dostlarla 1 günlük Qəbələ səfəri planladıq.
Sürət qatarı ilə səhər gedib axşam qayıtdıq, qatar tam hərəkət cədvəlinə uyğun yola düşdü, gecikmə olmadı.
✅️ ekonom zalda 2 tərəfə qatar bileti 28 AZN. Şəxsiyyət vəsiqənizi üzərinizdə götürməyi unutmayın. Oturacaqlar rahat deyildi - komfortuma çox düşkünəm deyəsən :) amma biznes oturacaqları rahat imiş, biznesdə səyahət edən varlı rəfiqəm Fazilə verdi bu bilgini 🫠
✅️ İlk öncə Tufandağa yollandıq. Kanatla yuxarı qalxdıq - qiymət 1 nəfər 19 azn, uşaq üçün 3-4 azn endirim var. Mənzərə və hava möhtəşəm idi. Ümumiyyətlə Qəbələni çox sevirəm mən. Həm təmiz, səliqəli, həm də mənzərə kimi gözəl şəhərdir. İnsanın ruhu dincəlir burda. Deməli yuxarıda leysan başladı, təxminən 1-1.5 saat kanat işləmədi. Biz aşağı düşəndə düşündük ki, həmin gün lavanda tarlasını unudaq, yağışlı havada əraziyə daxil ola bilməyəcəkdik. Amma taksi sürücümüz bizi sevindirdi ki, Essenso tərəfdə ümumiyyətlə yağış olmayıb. Beləliklə Lavanda ərazisinə yol aldıq.
✅️ Essenso-ya giriş 7 AZN-dir. Bu qiymətə qapılarda və ödənişsiz yerlərdə şəkil çəkdirmək daxildir. Amma yelləncəklərdə bloggersayağı kreativ şəkillər çəkdirmək istəyənlər hər dekor üçün əlavə 3-4 azn ödəniş etməlidirlər. Bileti alanda çəkiliş üçün də kassada ödəniş edirsiniz. Bizim cəmi yarım saatımız var idi, sahəyə girməklə kifayətləndik, 1-2 şəkil çəkdirdik, Essenso təbii lavanda məhsulları ilə tanış olduq:
Lavanda balı - 15 azn (kiçik banka), krem və lasyonlar isə fərqli qiymətlərə idi. Balı ailə üzvlərim bəyəndilər. Ərazidə lavanda məhsullara mütləq incələyin, bizim çox vaxtımız yox idi deyə ötəri göz gəzdirə bildik, ödəniş giriş bileti üçün kart keçərlidir, amma lavanda məhsulları üçün nağd ödəniş qəbul edirdilər. Yerli istehsal brendlərin sayının artması məni çox sevindirir. Ölkə xaricinə qonaq qismində səfər edəndə yerli istehsal məhsulları hədiyyə aparmağı sevirəm, qürur hissi keçirirəm ki, bəli, öz istehsalımızdır.
✅️Tarladan işıq sürəti ilə vağzala qayıtdıq.

Dostlar, dəyərli həmkarlar.Bu sezon Səfirliklərdə viza görüşləri satışının qarşısı alınması üçün əlimizdən gələni edəcəy...
01/06/2024

Dostlar, dəyərli həmkarlar.
Bu sezon Səfirliklərdə viza görüşləri satışının qarşısı alınması üçün əlimizdən gələni edəcəyik. Ciddi mübarizə aparırıq, bütün turizmçiləri bu halla mübarizəyə dəvət edirəm. Biz susduqca vəziyyət daha p*s hal alacaq, digər profillərə də sirayət edəcək.
Bildiyiniz kimi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsi yeni tərkibdə formalaşdırılıb. Bizim şirkətimiz də həmin tərkibdə yer alır. Bu mübarizəni aparmaq, turizm sahəsində qarşılaşdığımız çətinliklərin həllinə nail olmaq, hər birimizin işini asanlaşdırmaq komitəmizin əsas vəzifəsidir.
Əgər kontaktımda olan turizmçi həmkarlardan bu halla qarşılaşanlar varsa mənə şəxsi mesajda bilgi vermələrini xahiş edirəm.
Bilgi verən şirkətin tam konfidensiallığını qoruyacam.
Əgər gücümüzü birləşdirməsək mübarizəmiz nəticə verməyəcək.

Son aylarda turizm sənayesində viza görüş yerlərinin tutulub-saxlanılması və qeyri-qanuni, dəyərindən 10 dəfələrlə artıq qiymətə satılması faktları geniş vüsət alıb. Turizmplus.az bu faktlarla bağlı turizm sənayesinin qabaqcıl nümayəndələri arasında sorğu keçirib...

"R-travel&Tours" Azərbaycan şikətinin təşəbbüsü ilə İordaniyada famtrip famtrip keçirilib. "R-travel&Tours" Azərbaycan ş...
15/05/2024

"R-travel&Tours" Azərbaycan şikətinin təşəbbüsü ilə İordaniyada famtrip famtrip keçirilib.

"R-travel&Tours" Azərbaycan şikətinin təşəbbüsü və İordaniya turizm bürosunun dəstəyi ilə aprel ayinin 23-30-aralığında İordaniyada Azərbaycan şirkətləri üçün famtrip və "workshop" keçirilib.

Tədbirin əsas dəstəkçiləri olan Azərbaycanın İordaniyadakı səfiri cənab Eldar Səlimov, İordaniya turizm bürosunun əməkdaşları Ahmad Alhmoud və Majd Abu Arqub, İordaniyanın Nümayəndələr Palatasının (Parlament) üzvü Majdi Nawras Jeries AL Yaqoub, Amman Ticarət Palatasının Sədrinin birinci müavini Bahjat Hamdan yerli şirkətlərimizlə axşam yeməyində görüşüblər, qarşılıqlı əməkdaşlıq məsələlərini müakirə ediblər. Həmçinin səfirimiz cənab Eldar Səlimov Famtrip üzvlərini Azərbaycanın İordaniyadakı səfirliyinə dəvət edərək Azərbaycan və İordaniya arasında turizm münasibətlərinin inkişafı üçün əlindən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirib.
Famtrip müddətində Azərbaycanın turizm şirkəti rəhbərləri, medya nümayəndəsi və tanınmış səyahət bloggerləri İordaniyanın əsas turistik mərkəzləri və lyuks otelləri ilə tanış olublar. Əmman şəhərinin Fairmont otelində baş tutan Workshop zamanı isə yerli turizm şirkətləri İordaniyanın aparıcı turagentlikləri ilə b2b görüşlər keçirib, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər, müqavilələr imzalayıblar.
"R-travel and Tour" şirkətinin direktoru Əbülfət Hüseynov Azərbaycanla İordaniya arasında qarşılıqlı turist mübadiləsinin hər iki ölkə üçün çox uğurlu olacağını, münasibətlərin birbaşa uçuş reysləri ilə dəstəklənəcəyi halda daha yüksək nəticələr əldə ediləcəyini düşünür.

Çox maraqlı destinasiyadır İordaniya. Tarixi, dənizi, ən önəmlisi də mehriban və dostcanlı vətəndaşları ilə İordaniya öz...
24/04/2024

Çox maraqlı destinasiyadır İordaniya.
Tarixi, dənizi, ən önəmlisi də mehriban və dostcanlı vətəndaşları ilə İordaniya özünü sizə çox sevdirəcək. Burda insanlar hər şeydən öncə Vətən sevgisi ilə birləşib sonra dinlərə bölünüblər. "Hər şeydən əvvəl mən İordaniyalıyam" deyə bilirlər. Küçədə gəzdikdə insanların mehriban baxışlarından zövq alırsınız. Sanki hər kəs hər kəsə kömək etmək istəyir. Hələ ki, səyahətimizin ikinci günündəyik, amma bu ölkə sehrləyə bilib bizi 🇯🇴❤️🇦🇿

.ol

Address

Feyzulla Gasimzadeh 9
Baku
1007

Telephone

+994705440155

Website

Alerts

Be the first to know and let us send you an email when Turmenecer.ol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Turmenecer.ol:

Videos

Share

Category