Cruise in Azerbaijan

Cruise in Azerbaijan Dünyanın ən böyük kruiz klubudur. Siz kruiz gəmilərində üzən ultra lüks oteldə istirahətdən həzz ala bilərsiniz.

2 milyon üzvü olan dünyanın ən böyük səyahət klubuna qoşulmaqla Siz, 5.000 istiqamətdə 21.000 kruizi və 150.000 hoteli ən aşağı qiymətə 100% zəmanətlə seçmək imkanı əldə edirsiniz. Bizim missiyamız milyonlarla insanı kruiz tətili ilə tanış etmək, pullarına qənaət edərək tətillərini planlaşdırmağı asanlaşdırmaqdır. Tətilinizin uzunluğundan və marşrutunuzdan asılı olaraq, bir çox limanda müxtəlif mə

dəniyyətlərlə tanış olmaq şansınız olacaq. Üstəlik, bütün bunları edərkən çantalarınızı yığmaqda və daşımaqda çətinlik çəkməyəcəksiniz. Çünki dünyanın ən böyük və ən lüks gəmisində səyahət edərkən otel otağını da özünüzlə aparırsınız. Yüksək təhlükəsizlik texnologiyaları ilə təchiz olunmuş kruiz gəmilərində sizi əyləndirəcək hər şey əvvəlcədən düşünülmüşdür. Əylənərkən beynəlxalq mətbəxdən də ləzzət ala bilərsiniz. Bu qədər əlverişli və lüks şəraiti olan tətil yalnız kruiz gəmilərində əlçatandır. Bundan əlavə, InCruises sistemində qeydiyyatdan keçərək tətilinizi pulsuz edə və ya hətta pul qazana bilərsiniz. Bilinənlərin əksinə olaraq, kruiz gəmisinə mindiyiniz zaman ənənəvi tətil xərclərinizdən daha az ödəməklə daha geniş tətil əldə edirsiniz. Incruises, tamamilə kruiz gəmisi turizminə yönəlmiş dünyanın ilk və yeganə turizm klubudur.

🚢 Kruiz sevərlər üçün əla xəbər!✈️ 29 sentyabr 2026-cı ildən etibarən Bakı–Bratislava birbaşa uçuşları başlayır!Bratisla...
08/07/2026

🚢 Kruiz sevərlər üçün əla xəbər!

✈️ 29 sentyabr 2026-cı ildən etibarən Bakı–Bratislava birbaşa uçuşları başlayır!

Bratislava Slovakiyanın paytaxtıdır və Şengen zonasına daxildir. Bu o deməkdir ki, etibarlı Şengen vizası olan səyahətçilər Bakıdan birbaşa Bratislavaya rahat şəkildə uça biləcəklər.

Bu yeni istiqamət kruiz həvəskarları üçün də əla fürsətlər yaradır. Bratislavadan qısa müddətdə Avropanın məşhur kruiz limanlarına çatmaq mümkündür:

⚓ Triest – təxminən 5–6 saat
⚓ Venesiya (Marghera) – təxminən 6 saat
⚓ Ravenna – təxminən 6–7 saat

🌍 Bununla da Bakıdan Avropaya birbaşa uçuş istiqamətlərinin sayı daha da artır.

Bu isə daha çox seçim və Avropanın ən populyar kruiz marşrutlarına çıxış deməkdir.

⚓ Yeni istiqamətlər – yeni kruiz macəraları! 🚢

Wizz Air Heydar Aliyev International Airport Letisko Bratislava / Airport Bratislava

Əziz və dəyərli səyahətsevərlər! 🌍✈️Sizi müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik!Bu gözəl bayram hər ...
27/05/2026

Əziz və dəyərli səyahətsevərlər! 🌍✈️

Sizi müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik!
Bu gözəl bayram hər birinizə sağlamlıq, ruzi-bərəkət, sevinc və yeni üfüqlərə açılan yollar gətirsin.

Arzu edirik ki, həyat yolunuz həmişə maraqlı marşrutlarla dolu olsun, xəritələrinizdə yeni ölkələr, yeni şəhərlər artsın, hər səfəriniz unudulmaz xatirələrə çevrilsin. Qoy bu bayram bizə həm də paylaşmağın, birlikdə kəşf etməyin və dünyanı daha yaxından tanımağın dəyərini bir daha xatırlatsın.

Bayramınız mübarək olsun, yollarınız açıq, səfərləriniz təhlükəsiz olsun!

🇦🇿Dəyərli klub üzvümüz Xəyal Əliyev 3 may tarixindən etibarən başlayan Bakı–Belqrad–Bakı istiqaməti üzrə ilk reysin ilk ...
04/05/2026

🇦🇿Dəyərli klub üzvümüz Xəyal Əliyev 3 may tarixindən etibarən başlayan Bakı–Belqrad–Bakı istiqaməti üzrə ilk reysin ilk sərnişinlərindən biri olaraq Belqrad şəhərindən Bakıya səfər edib.

Bu tarixi anı sizlərə məhz onun gözü ilə təqdim edirik. İlk reysdən eksklüziv görüntülər, açılış mərasiminin xüsusi anları və həmin günün ab-havası bu paylaşımda yer alır.

İlk olaraq Belqrad Nikola Tesla Hava Limanında rəsmi açılış mərasimi keçirildi, qırmızı lent kəsildi və bu yeni istiqamətin başlanğıcı qeyd olundu. Bakıda qarşılanma isə xüsusi və yaddaqalan oldu. İlk reys ənənəyə uyğun olaraq Heydər Əliyev adına Hava Limanında su şırnaqları ilə qarşılandı.

Bu hadisə Bakı ilə Balkanlar arasında yeni səyahət imkanlarının açıldığını göstərir və biz bu anın bir hissəsi olduğumuz üçün böyük məmnunluq duyuruq.

İlk reysdən eksklüziv görüntüləri izləməyi unutmayın.

***
🇬🇧Our valued club member Khayal Aliyev was among the very first passengers on the inaugural Baku–Belgrade–Baku flight route launched on May 3, traveling from to .

We are pleased to present this historic moment through his eyes. This post features exclusive footage from the first flight, including highlights from the official opening ceremony and the unique atmosphere of that day.

The journey began with an official inauguration ceremony at Belgrade Airport, where the red ribbon was cut to mark the launch of this new route. The arrival in Baku was equally remarkable and memorable, as the aircraft was welcomed with a traditional water cannon salute at

This milestone demonstrates the opening of new travel opportunities between Baku and the region, and we are proud to be part of this significant moment.

Don’t miss the exclusive footage from the inaugural flight.

"Xoşvaxlıx növbəti səyahətin xəyalıdır" deyirlər... Amma o xəyala gedən yol ümumvətəndaş pasportundan başlayır.✈️ Xaricə...
24/04/2026

"Xoşvaxlıx növbəti səyahətin xəyalıdır" deyirlər... Amma o xəyala gedən yol ümumvətəndaş pasportundan başlayır.

✈️ Xaricə səfər və ya kruiz planlayırsınız?

Səfər etməzdən əvvəl mütləq pasportunuzun etibarlılıq müddətini yoxlayın. Bir çox ölkələrə giriş üçün pasportunuz səfər tarixindən etibarən ən azı 6 ay etibarlı olmalıdır.

Əks halda, ölkəyə buraxılmama riski var.

Vaxtında yoxlayın, ehtiyac varsa əvvəlcədən yeniləyin və rahat səyahət edin.

Vaxtında hazırlanan sənəd stressiz və xoşbəxt səyahət deməkdir. 🌍✈️

🇦🇿🤝🇲🇪Azərbaycan səyahətsevərlərinə şad xəbər: Balkanlar və kruizlər artıq daha əlçatanAZAL Serbiyanın milli aviadaşıyıcı...
14/04/2026

🇦🇿🤝🇲🇪Azərbaycan səyahətsevərlərinə şad xəbər: Balkanlar və kruizlər artıq daha əlçatan

AZAL Serbiyanın milli aviadaşıyıcısı olan Air Serbia ilə əməkdaşlığa başlayır.

Mayın 3-dən etibarən Bakı–Belqrad reysləri həftədə iki dəfə həyata keçiriləcək. Bu əməkdaşlıq Balkan regionuna daha rahat və əlçatan səyahət imkanı yaradır.

Serbiyanın dənizə birbaşa çıxışı olmasa da, Belqrad Avropanın məşhur kruiz limanlarına yaxın yerləşir:

Belqrad – Dubrovnik: 450 km
Belqrad – Split: 500 km
Belqrad – Kotor: 450 km
Belqrad – Bar: 400 km

Bu isə o deməkdir ki, bir uçuşla Balkanlara çataraq Adriatik dənizində kruiz səyahətinə başlamaq mümkündür.

Dubrovnik, Split, Kotor və Bar limanları Avropanın ən çox seçilən kruiz istiqamətləri sırasındadır.

Azərbaycan vətəndaşları üçün Serbiyaya vizasız səyahət imkanı mövcuddur.

Biletlər yaxın zamanda satışda olacaq.

***

🇦🇿🤝🇲🇪Хорошая новость для путешественников из Азербайджана: Балканы и круизы стали еще доступнее

AZAL начинает сотрудничество по код-шерингу с национальным авиаперевозчиком Сербии Air Serbia.

С 3 мая рейсы Баку–Белград будут выполняться два раза в неделю. Это сотрудничество открывает более удобные и доступные возможности для путешествий в Балканский регион.

Несмотря на то, что Сербия не имеет выхода к морю, Белград расположен недалеко от популярных круизных портов Европы:

Белград – Дубровник: 450 км
Белград – Сплит: 500 км
Белград – Котор: 450 км
Белград – Бар: 400 км

Это означает, что всего одним перелетом можно добраться до Балкан и начать круизное путешествие по Адриатическому морю.

Дубровник, Сплит, Котор и Бар входят в число самых востребованных круизных направлений Европы.

Для граждан Азербайджана действует безвизовый режим с Сербией.

Билеты скоро поступят в продажу.

#Круизы #Путешествия #инкруизес #круиз

07/04/2026

Yay üçün planlarınızı qurmusunuz? Hara gedirik? 👀

26/03/2026
Əziz Səyahətsevərlər!Müqəddəs Ramazan bayramınız mübarək olsun!Allah tutduğunuz orucları qəbul etsin, dualarınızı gerçəy...
19/03/2026

Əziz Səyahətsevərlər!

Müqəddəs Ramazan bayramınız mübarək olsun!

Allah tutduğunuz orucları qəbul etsin, dualarınızı gerçəyə çevirsin. Ailələrinizə sevinc, süfrələrinizə bol ruzi-bərəkət, hər zaman həmrəylik və xoş günlər arzulayırıq.

Həyatınız səyahətlərlə, yeni kəşflərlə və unudulmaz anlarla dolu olsun!

Bayramınız mübarək! 🌙✨

Torpaq çərşənbəsi yeni mövsümün gəlişini, zəhmətkeşliyin və xeyirxahlığın təntənəsini ifadə edir.Özünəməxsus ənənələri i...
17/03/2026

Torpaq çərşənbəsi yeni mövsümün gəlişini, zəhmətkeşliyin və xeyirxahlığın təntənəsini ifadə edir.

Özünəməxsus ənənələri ilə insanları birliyə səsləyən İlaxır çərşənbənizi təbrik edir, əmin-amanlıq, bol ruzi və bayram ovqatı arzulayırıq.

🌪️Bugün Yel çərşənbəsidir!Baharın nəfəsi duyulur! 🌬️ Bütün çətinliklərin yelə verilsin, yerinə yeni fürsətlər gəlsin.✌🏻 ...
10/03/2026

🌪️Bugün Yel çərşənbəsidir!

Baharın nəfəsi duyulur! 🌬️ Bütün çətinliklərin yelə verilsin, yerinə yeni fürsətlər gəlsin.✌🏻

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Cruise in Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cruise in Azerbaijan:

Shortcuts

Share

Category