zavira_zindani_official

zavira_zindani_official Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from zavira_zindani_official, Travel Company, 2-ci ŞƏHİDLƏR XİYABANI, Baku.

02/09/2023
05/11/2022

📚Bu gün həzrət Məsumənin (s.ə) vəfat günüdür. 😥🌹

Məsumə adı ilə məşhur olan kəramətli xanım İmam Kazımın (ə) qızıdır. Həmçinin İmam Rzanın (ə) bacısıdır. Bəzi mənbələrdə İmam Rzanın (ə) iki bacısı qeyd olunur. Lakin ibn Cuzi “Təzkirətul-Xəvass” (s-315) kitabında İmam Rzanın (ə) dörd doğma bacısını qeyd edir. Xanım Məsumə (ə) də bu bacılardan biridir.
 
Tarixi mənbələr Xanımın (ə) doğum tarixini q.173 il zil-qədə ayında Mədinə şəhərində, vəfatını isə rəbiu-sani 201-ci ildə Qum şəhərində olduğunu bildirirlər.
 
Xanımın (ə) Mədinədən İrana gəlmə səbəbini İmam Rzanın (ə) Mərvə gəlişi ilə əlaqələndirirlər. Beləki Abbasl xələfəsi Məmun 200-ci ildə İmamı (ə) Mədinədən Mərvə gətizdirir. Qardaşını (ə) ziyarət üçün yola çıxan Xanım (ə) yolda bərk xəstələnir. Xanımın (ə) xəstəlik səbəbəni yolda üzləşdikləri ağır döyüş səhnəsi olur. Beləki karvan Qum şəhəri yaxınlığında Əhli-Beyt düşmənləri tərəfindən basqına məruz qalır və demək olar ki, kişilər öldürülür. Xanımın (ə) qardaşları və qardaş balaları şəhid edilir. Bu sarsıntıdan xəstələnən xanım Məsumə (ə) yaxınlarından onu Qum şəhərinə aparılmasını istəyir.
 
Qum şəhərində Xanımı (ə) İmam Rzanın (ə) yaxın səhabəsi, alim, mühəddis Musa ibn Xəzrəc Əşəri qarşılayır və öz evinə aparıb xidmətində durur. Tarixçilər bu hadisəni hicri 201 –ci il rəbiul-əvvəlin 23-də baş verdiyini deyirlər. Xanım Məsumə (ə) 17 gün bu evdə qalır və dünyasını dəyişir.
 
Hazırda Xanımın məzarı Qum şəhərindədir. Əhli-Beyt (ə) sevərlərin ziyarəthagına çevrilib. İmam Rza (ə) Qumda Xanımı (ə) ziyarət etməyin savabına toxunaraq buyurub:
 
“Kim Qumda Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir”.

“Hər kim onun məqam və mənzilətini tanıyaraq ziyarət etsə, cənnət ona vacibdir”.

01/11/2022

Şəhid ailələrilə şəhidlər xiyabanını ziyarət etdik.Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.Ruhları şad olsun inşallah.

29/10/2022

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Əshabi Kəhf ziyarəti

28/10/2022

Təşəkkürlər 👍🌹📚

Hacıqabul  PirHüseyn turumuzdan - 23.10.2022Allah qəbul etsin inşallah
23/10/2022

Hacıqabul PirHüseyn turumuzdan - 23.10.2022

Allah qəbul etsin inşallah

20/10/2022

Allah-təala Qurani-Kərimdə valideynlərlə necə davranmağı, rəftar etməyi xüsusi qeyd edir: «Rəbbin tək Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: «Uf» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış» (İsra-23).

17/10/2022

Nənəmizin duası - Əshabi Kəhf ziyarəti.

28/09/2022

Anım günü şəhidlərimizi ziyarət etdik.
27.09.2022
Uca Allahdan şəhidlərimizə rəhmət , ailələrinə isə səbr diləyirik.😥🌹🇦🇿

26/09/2022

Şəhid Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunmuş ziyarətimizdən

19/09/2022

ƏRBƏİN - 2022
Naxçıvan Əshabi Kəhf ziyarətindən .

15/09/2022

Address

2-ci ŞƏHİDLƏR XİYABANI
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when zavira_zindani_official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category