Heritage Azerbaijan

Heritage Azerbaijan Tour Guide

05/05/2026
Qazma evin interyeri, içinə səliqə ilə döşənmiş əl işi kilimlər,   və   qışlaqlarının ənənəvi strukturu - hamısı   Dünya...
25/04/2026

Qazma evin interyeri, içinə səliqə ilə döşənmiş əl işi kilimlər, və qışlaqlarının ənənəvi strukturu - hamısı Dünya İrsinin elementlərindəndir. Dünyada çox az yerlərdə bu mədəniyyət forması bizdə qorunduğu qədər autentik qalıb. Turlarımıza qoşulmaqla köç mədəniyyəti və onun dünya irs dəyərləri haqqında məlumat əldə edə, istirahətinizi etno təcrübə ilə zənginləşdirə bilərsiniz💫

Xınalıq və Köç Yolu Dünya İrs Ərazisinin Qışlaq hissəsinə təşkil olunan ilk turumuza böyük maraq göstərdiyiniz üçün təşə...
28/03/2026

Xınalıq və Köç Yolu Dünya İrs Ərazisinin Qışlaq hissəsinə təşkil olunan ilk turumuza böyük maraq göstərdiyiniz üçün təşəkkür edirik! Bu tur qışlaqlara təşkil olunan ilk tur idi. Və bu ərazinin UNESCO Dünya İrs dəyərləri ilə bağlı ekskluziv kontenti təklif edən ilk tur oldu.
Apreldə yenə təşkil edəcəyik..
Aprel ayı isə qışlaq həyatını görmək üçün sonuncu gözəl aydır. Mayda sürülər yaylağa qalxır. Bir də oktyabr ayı geri dönəcəklər. Amma aprel ayı qışlaqda təbiətin oyandığı aydır. Qışlağın güllü çiçəkli vaxtları məhz aprel ayına təsadüf edir.

Aranın füsunkar yarımsəhra iqliminin əsrlərdir gizlin bir mədəniyyəti ağuşunda saxladığını bilirdinizmi? Təbiətlə harmon...
17/03/2026

Aranın füsunkar yarımsəhra iqliminin əsrlərdir gizlin bir mədəniyyəti ağuşunda saxladığını bilirdinizmi? Təbiətlə harmoniyada yaşayan köçəri icmaların qışlaq yerlərinə (Hacıqabul r) - Xınalıq və Köç Yolu Dünya İrs Ərazisinə eko-mədəni turumuz var. Bu turda siz orqanik qışlaq yeməkərindən dadacaq, təbiətində yürüş edəcək, köçəri yaşayış tərzinin niyə UNESCO Dünya İrs statusu aldığını öyrənəcəksiniz.

Turumuza aşağıdakı xidmətlər daxildir:

- Komfortlu nəqliyyat
- Qazma evdə günorta yeməyi (vegeterian seçim də olacaq)
- Samovar çay süfrəsi
- Qoruğun UNESCO Dünya İrs kontenti ilə bağlı peşəkar bələdçi
- Bonus: Yolüstü Pirhüseyn Xanəgahına qısa tur və bu abidənin köçəri icma üçün əhəmiyyəti haqqında məlumat

Tarix: 26 Mart, 2026
Qiymət: 55 AZN
Əlaqə: 055-443-12-56 (yalnız WhatsApp ilə)

Yerlər məhduddur

Aya Sofiya məbədi. Müasir dövrdə kilsənin məscidə çevrildiyi, amma orjinalına əsaslı toxunulmayan yəqin ki yeganə abidəd...
21/01/2026

Aya Sofiya məbədi. Müasir dövrdə kilsənin məscidə çevrildiyi, amma orjinalına əsaslı toxunulmayan yəqin ki yeganə abidədir. İçəridə insanlar namaz qılır, yuxarıda xaç, fonda azan səsi. Möhtəşəm yerdi. Gedəndə ibadət adı ilə rahat pulsuz daxil ola bilirsiz. Sonra namaz qılsanız da olar, qılmasanız da. İbadət yalnız namaz göstərisi yox, elə bu gözəl məbədi ziyarət etmək də ibadət sayılır.

🏛️ Şəki UNESCO Dünya İrsinə Səyahət(For english, scroll down)Şəkinin Dünya İrs dəyərlərini kəşf etmək istəyirsənsə, bu t...
14/11/2025

🏛️ Şəki UNESCO Dünya İrsinə Səyahət
(For english, scroll down)

Şəkinin Dünya İrs dəyərlərini kəşf etmək istəyirsənsə, bu turu qaçırma!
🗓 Tarix: 22.10.2025 / 22–23.10.2025 (1 və ya 2 günlük)

🚆 Gediş: 21 noyabr gecəsi, saat 23:50-də Bakı Dəmiryolu Vağzalından.
Biletlər ady.az üzərindən almaq mümkündür (18–19 AZN).
Səhər saat 06:00-da Şəkiyə çatırıq.

🌄 1-ci günün proqramı:
• Taclıq su yolu boyunca səhər yürüş, Xan Sarayı, Dairəvi məbəd, bəy evləri, Su dəyirmanı, Xan Məscidi, qədim küçələrdə gəzinti, kəlağayı emalatxanası və b. ziyarət edəcək, Şəkinin yerli mətbəxindən dadacağıq.
🚆 Qayıdış: 22 noyabr gecəsi 00:41 → Bakı 06:40.

💰 Qiymət: 25 AZN
Daxildir: bələdçi xidməti, şəhərdaxili taksi.
Daxil deyil: yeməklər, qatar bileti, muzeylərə giriş biletləri (yerli 2 AZN / əcnəbi 9 AZN).

🌿 2-ci gün (istəyə görə, +20 AZN):
• Kiş kəndi və Alban məbədi, “Yer” foto sərgisi, Gələsən-Görəsən qalasına yürüş, Şəki Şərab Zavodu, muzeyi və dequstasiya 🍷
🚆 Qayıdış: 23 noyabr gecəsi 00:41 → Bakı 06:40

🎟️ Qatar biletlərini öncədən almağı unutmayın – yerlər tez tükənir!

English version
🏛️ Sheki UNESCO World Heritage Journey
Explore Sheki’s World Heritage and nature in this trip!
🗓 Date: 22.10.2025 / 22–23.10.2025 (1- or 2-day option)
🚆 Departure: On the night of 21 November, at 23:50, from Baku Railway Station. Arrival in Sheki at 06:00 AM.
Tickets can be purchased at ady.az

🌄 Day 1 Program:
• Morning hike along Tajliq waterway.
• Visits to the Khan’s Palace, Round Temple, and noble houses, old Water Mill, Khan Mosque, and the old streets of Sheki etc.
• Visit kelaghayi (silk women headscarf) and halva workshops.
• Taste local food
🚆 Return: 00:41 on the night of 22 November → arrival in Baku at 06:40.
💰 Price: 25 AZN
Includes: Guide service, local taxi transfers.
Not included: meals, train ticket, entrance tickets to museums (locals 2 AZN / foreigners 9 AZN).

🌿 Optional Day 2 (+20 AZN):
• Visit Kish village and Albanian Church, “Yer” photo museum (donation-based entry), hike to Galasan-Gorasan Fortress.
• Visit Sheki Wine Factory, Wine Museum, and enjoy wine tasting 🍷
🚆 Return: 00:41 on the night of 23 November → arrival in Baku at 06:40

🏛️ Şəkinin Dünya İrs dəyərlərini və təbiətini bizimlə kəşf edin!For English, scroll down. Tarix: 22.10.2025 / 22–23.10.2...
14/11/2025

🏛️ Şəkinin Dünya İrs dəyərlərini və təbiətini bizimlə kəşf edin!

For English, scroll down.

Tarix: 22.10.2025 / 22–23.10.2025 (1 və ya 2 günlük)

🚆 Gediş: 21 noyabr gecə saat 23:50-də Bakı Dəmiryolu Vağzalından.
Biletlər ady.az üzərindən almaq mümkündür (18–19 AZN). Səhər 06:00-da Şəkiyə çatırıq.

🌄 1-ci günün proqramı:
• Taclıq su yolu boyunca səhər yürüş, Xan Sarayı, ABAD keramika mərkəzi, Dairəvi məbəd və bəy evləri, Su dəyirmanı, Xan Məscidi, qədim küçələrdə gəzinti, kəlağayı emalatxanası və b. ziyarət edəcək, Şəkinin yerli mətbəxindən dadacağıq.
🚆 Qayıdış: 22 noyabr gecəsi 00:41 → Bakı 06:40.

💰 Qiymət: 25 AZN
Daxildir: bələdçi xidməti, şəhərdaxili taksi.
Daxil deyil: yeməklər, qatar bileti, muzeylərə giriş biletləri (yerli 2 AZN / əcnəbi 9 AZN).

🌿 2-ci gün (istəyə görə, +20 AZN):
• Kiş kəndi və Alban məbədi, “Yer” foto sərgisi, Gələsən-Görəsən qalasına yürüş, Şəki Şərab Zavodu, muzeyi və dequstasiya 🍷
🚆 Qayıdış: 23 noyabr gecəsi 00:41 → Bakı 06:40
Şəkidə yerləşmə: 20–200 AZN aralığında büdcəyə uyğun hostel yaxud hoteldə
🎟️ Qatar biletlərini öncədən almağı unutmayın – yerlər tez tükənir!

English version
🏛️ Explore Sheki’s World Heritage and nature with us!
🗓 Date: 22.10.2025 / 22–23.10.2025 (1- or 2-day option)
🚆 Departure: On the night of 21 November, at 23:50, from Baku Railway Station. Arrival in Sheki at 06:00 AM.
Tickets can be purchased at ady.az

🌄 Day 1 Program:
• Morning hike along Tajliq waterway.
• Visits to the Khan’s Palace, Round Temple, and noble houses, old Water Mill, Khan Mosque, and the old streets of Sheki etc.
• Visit kelaghayi (silk women headscarf) and halva workshops.
• Taste local food
🚆 Return: 00:41 on the night of 22 November → arrival in Baku at 06:40.

💰 Price: 25 AZN
Includes: Guide service, local taxi transfers.
Not included: meals, train ticket, entrance tickets to museums (locals 2 AZN / foreigners 9 AZN).
🌿 Optional Day 2 (+20 AZN):
• Visit Kish village and Albanian Church, “Yer” photo museum (donation-based entry), hike to Galasan-Gorasan Fortress.
• Visit Sheki Wine Factory, Wine Museum, and enjoy wine tasting 🍷
🚆 Return: 00:41 on the night of 23 November → arrival in Baku at 06:40

Şəkinin  UNESCO dəyərlərini dəstəkləyən Su Dəyirmanı haqqında danışmaq istəyirəm. Şəkinin tarixi ərazisində suvarma prob...
09/11/2025

Şəkinin UNESCO dəyərlərini dəstəkləyən Su Dəyirmanı haqqında danışmaq istəyirəm. Şəkinin tarixi ərazisində suvarma probleminin həll etmək məqsədilə Kiş çayından başlayan arx çəkilir. Arx üzərində çoxlu su dəyirmanları olduğu üçün adı elə Dəyirmanarx qalır. Hazırda arx üzərində iki dəyirman var, amma onun biri işləyir.
Dəyirmançı Qurbanəli usta əsrlərdir bu işi atadan oğula ötürməklə işlədiblər. Şəkidə su dəyirmanın indiyə kimi qorunmasında əsas səbəb dəyirmanda Şəki halvasının əsas inqridiyenti olan düyü ununun üyüdülməsidir. Halvaçılar üçün düyü unu az miqdarda lazım olduğu üçün bu ehtiyac dəyirmançının 21-ci əsrdə Şəki şəhərində indiyə kimi mövcud olmasını şərtləndirmişdir. Əks halda, bu da Azərbaycanda bir vaxtlar hər kənddə və şəhərdə mövcud olan və elektrik dəyirmanlarının gəlişi ilə tarixə qovuşan su dəyirmanlarının aqibəti kimi olacaqdı. İndi deyəsən bir Oğuzda, bir Göyçayda, bir də elə bu Şəkidə qalıb. Birini də Qubanın Əlik kəndində görmüşdüm, amma onu ailə muzeyi kimi saxlamışdılar.

Əlqərəz, bu su dəyirmanı tarixi şəhərdə UNESCO kriteriayalrından "insan təbiət əlaqələri"nin (V kriteriya) və ənənəvi su idarəetmə sisteminin köməkçi təzahürlərindən biridir. Həmçinin, onun fəaliyyəti iki sənətklarlıq ənənəsinin - dəyirmançılar ilə halvaçıların bu günə kimi mövcud olmasını şərtləndiribdir.

Dəyirman çoxlu turistlərin qəbulu üçün infrastruktur baxımıdan uyğun deyil. Əgər donor tapılsa, turistlərin gəlişi, su dəyirmanı haqqında məlumatlandıırmanın təmini üçün uyğun şəriat qura bilərik.

Şəkinin UNESCO atributlarından olan Taclıq su kəməri haqqında əvəlki postda yazmışdam. Bu dəfə sizə su kəmərinin necə tə...
08/11/2025

Şəkinin UNESCO atributlarından olan Taclıq su kəməri haqqında əvəlki postda yazmışdam. Bu dəfə sizə su kəmərinin necə təmizləyindi və indiyə qədər necə qorunub saxlandığı haqqında yazım.

Su kəməri əsrlərdir kommunal idarəetmə əsasında qorunubdur. Hər məhəllədən növbə ilə bir neçə adamın vaxtaşırı kəmərin su gözlərini təmizləmək üçün dağlara yola düşür. Şəkildə gördüyünüz suyun gözü xəzəl və s. ilə tutulduğundan onu vaxtaşırı təmizləmək lazımdır.

2000-ci illərin əvvəllərində yerli icma Taclıq su kəmərinin funksionallığını artırmaq və su itkisinin qarşısını almaq məqsədilə Yapon səfirliyindən qrant alıb kəmərin yarısını, təxmini 2 km-lik xətti dəyişdirir və yer üstünə çıxardır. Dəyişdirilmiş xətt ənənəvi üslubda saxsı boru deyil. İcmaya düzgün bərpa üslubu haqqında təlimat verilmədiyi üçün onlar da öz bildiyi kimi su kəmərlərin təmir ediblər.

Hal-hazırda Şəkidə mədəni irsə bağlı əksər fəaliyyərlər dövlətin nəzarət alıtındadır. Ancaq bu sahədə maarifləndirməni və təbliğatı çevik həyata keçirtmək üçün həqiqi ictimai təşkilatların, QHT-lərin fəaliyyətini stimullaşdırmaq çox vacibdir. Belə olarsa, icma özü öz irsinin qeydinə qalacaqdır və elə özləri də bunu da yaxşı turizm məhsuluna çevirə bilər.

Şəkidə UNESCO dəyərlərinin atributu olan qədim Taclıq su kəməri haqqında yazmışdım. İndi isə onun bu günə kimi necə qoru...
08/11/2025

Şəkidə UNESCO dəyərlərinin atributu olan qədim Taclıq su kəməri haqqında yazmışdım. İndi isə onun bu günə kimi necə qorunub saxlanmasından yazım.

Taclıq və Məhəmmədhəsən su kəmərləri yerli icma tərəfindən vaxtaşırı təmizlənir. Şəkildə də göründüyü kimi bulağln gözləri xəzəl və s. ilə tutulur və onu təmizləmək lazım olur. Hələ də, hamının sərəncamında olan bu bulağı icma kommunlal idarəetmə üslubu ilə təmizləyib saxlayırlar.

2000-ci illərin əvvəlində kəmərin bir hissəsi yerli icma tərəfindən təmir olunur və saxsı borular müasir boru ilə dəyişdirilir. Əlbəttə, yerli icma həmin vaxtı düzgün bərpa metodu haqqında məlumatlandırılsaydı fərqli bərpa nümunəsi görərdik. Hal-hazırda şəhərin Ümumdünya İrsi statusunu alan Qoruq ərazisində bərpa işləri dövlət tərəfindən nəzarətdədir. Amma maarifləndirmə və təbliğat işini artırmaq və effektiv səviyyəyə çatdırmaq üçün ictimai təşkilatların, həqiqi QHT-lərin fəaliyyətini stimullaşdırmaq çox əhəmiyyətlidir. Belə olan halda, bu kimi yerlərin dəyəri həm icmanın gözündə qalxacaq, həm də bu prosesdə yeni yeni mədəni turizm məhsulları ortaya çıxacaqdır. Mədəni irsin yerli icmanın gözündə "hörməti" onda güclü olur ki, o, yerli icmaya həm mədəni, həm sosial, həm də iqtisadi tərəfdən xeyir versin, onu tamamlasın.

Address

Xaqani 84C
Baku

Alerts

Be the first to know and let us send you an email when Heritage Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share