08/01/2026
Böyük Britaniya vizası üçün müraciət edərkən yazdığınız Cover Letter sizin viza zabiti ilə "söhbətinizdir". Amma bəzi cümlələr var ki, onlar sizin müraciətinizi qeyri-ciddi göstərir və ya şübhə yaradır.
Cover Letter-də əsla istifadə etməməli olduğunuz ifadələr:
1. "I promise to come back to Azerbaijan."
(Azərbaycana qayıdacağıma söz verirəm)
Niyə yazmamalıyıq? Viza zabiti sizin sözünüzə deyil, sənədlərlə sübut olunmuş bağlarınıza (iş yeri, ailə, mülkiyyət) baxır. "Söz verirəm" əvəzinə, "Hazırkı iş yerimdəki öhdəliklərim və ailə vəziyyətim qayıtmağımı zəruri edir" yazmaq daha peşəkardır.
2. "I don't have enough money, but my friend will help me."
(Kifayət qədər pulum yoxdur, amma dostum kömək edəcək)
Niyə yazmamalıyıq? Əgər rəsmi sponsorunuz deyilsə, dostunuzun kömək edəcəyi ifadəsi maliyyə qeyri-müəyyənliyi yaradır. Maliyyə mənbəyiniz dəqiq və sənədləşdirilmiş olmalıdır.
3. "I want to visit London because it's a beautiful city."
(Londonu gəzmək istəyirəm, çünki gözəl şəhərdir)
Niyə yazmamalıyıq? Bu çox ümumi bir ifadədir. Viza zabiti sizin konkret planınızı görmək istəyir. Hansı muzeyə gedəcəksiniz? Hansı tədbirdə iştirak edəcəksiniz? Detallı olun!
4. "I am unemployed right now, but I will find a job soon."
(Hazırda işsizəm, amma tezliklə iş tapacam)
Niyə yazmamalıyıq? Bu cümlə sizin Azərbaycandakı iqtisadi bağlarınızın zəif olduğunu göstərir. İşsizsinizsə, bunu gələcək planlarla deyil, hazırkı gəlir mənbəyinizlə (məsələn: freelancing, kirayə gəliri və s.) izah etməlisiniz.
5. "I have no idea where I will stay yet."
(Hələ harda qalacağımı bilmirəm)
Niyə yazmamalıyıq? Britaniya viza qaydalarına görə, sizin yaşayış planınız öncədən bəlli olmalıdır (hotel rezervasiyası və ya dəvət edənin ünvanı). Qeyri-müəyyənlik imtinaya aparan ən qısa yoldur.
📞 Xəyallarınızdakı Britaniya vizasını riskə atmayın!
Cover Letter-in peşəkar şəkildə hazırlanması və viza prosesində tam dəstək üçün bizə müraciət edin.
📥 İndi müraciət etmək üçün DM yazın və ya vatsapla əlaqə saxlayın:
📱 +994 51 773 67 39
📨 [email protected]