Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, M. Ə. Rəsulzadə küçəsi 7, Xirdalan.

Abşeron rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Sağlam Gənclik və Sağlam Gələcək" adlı tədbir keçirilib.Təd...
20/07/2026

Abşeron rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Sağlam Gənclik və Sağlam Gələcək" adlı tədbir keçirilib.

Tədbir Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi Abşeron gəncləri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, asudə vaxtın səmərəli təşkili, eləcə də yeniyetmə və gənclərin ictimai həyata daha fəal cəlb olunmasına töhfə vermək olub.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında açıq havada keçirilən tədbirdə rayon sakinləri, gənclər, RİH könüllüləri, idmançılar və idmansevərlər fəal iştirak ediblər.

Tədbir çərçivəsində rəsm və kitab sərgiləri təşkil olunub, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Bununla yanaşı, fiziki məhdudiyyətli şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub.

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri tərəfindən təşkil olunan bilik yarışında iştirakçılar milli atributları əks etdirən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Tədbirdə çıxış edən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova sağlam həyat tərzinin gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, vətənpərvər, sağlam düşüncəli və savadlı gənclərin yetişdirilməsi cəmiyyətin gələcəyinin etibarlı təminatıdır.

Xatirə İsmayılova qeyd edib ki, gənclərin idmana, elmə, mədəniyyətə və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşması ölkəmizin davamlı inkişafına mühüm töhfə verir. O, şəhid ailələrinin ən böyük arzusunun Vətənini sevən, sağlam ruhlu və yüksək mənəvi keyfiyyətlərə malik gənclərin yetişməsi olduğunu diqqətə çatdırıb.

Sonda tədbir rayonun incəsənət nümayəndələrinin və gənc ifaçıların iştirakı ilə təqdim olunan rəngarəng konsert proqramı ilə davam edib.

12/07/2026

10.07.2026- cı il tarixində Abşeron rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Sağlam Gənclik - Sağlam Gələcək" adlı tədbir keçirilib.

Tədbir Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi Abşeron gəncləri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, asudə vaxtın səmərəli təşkili, eləcə də yeniyetmə və gənclərin ictimai həyata daha fəal cəlb olunmasına töhfə vermək olub.

Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri2026-cı ilin iyul ayında Avropa Komissiyasının Pre...
06/07/2026

Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

2026-cı ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm siyasi və iqtisadi hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində verilən bəyanatlar tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, enerji təhlükəsizliyi, regional sabitlik və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də öz bəyanatında Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkənin beynəlxalq enerji bazarında artan roluna diqqət çəkmişdir.

Bəyanatda qeyd olunan əsas məsələlərdən biri enerji əməkdaşlığı olmuşdur. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra Avropa dövlətlərini təbii qazla təmin edir. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan gələcəkdə də qaz ixracını artırmağa, eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırmağa hazırdır. Bu yanaşma Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı enerji siyasəti ilə üst-üstə düşür.

Səfər zamanı yaşıl enerji sahəsində əməkdaşlıq da ön plana çıxmışdır. Azərbaycanın günəş və külək enerjisi potensialı olduqca yüksək qiymətləndirilir. Xüsusilə Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, yaşıl elektrik enerjisinin Avropa bazarlarına ixracı və beynəlxalq enerji layihələrinin genişləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur. Bu layihələr Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirməklə yanaşı, Avropa İttifaqının karbon emissiyalarının azaldılması və iqlim hədəflərinə nail olunmasına da mühüm töhfə verə bilər.

Prezident İlham Əliyevin bəyanatında regional sabitlik və təhlükəsizlik məsələləri də mühüm yer tutmuşdur. Bildirilmişdir ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və iqtisadi əməkdaşlığın tərəfdarıdır. Nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Avropa İttifaqının regionda sabitliyə və dialoqa verdiyi dəstək tərəflər arasında siyasi münasibətlərin inkişafında mühüm rol oynayır.

Bəyanatda iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri də xüsusi vurğulanmışdır. Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir və tərəflər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, səfər zamanı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasətdə həyata keçirdiyi balanslaşdırılmış kursun uğurlu nəticəsi kimi də qiymətləndirilə bilər. Azərbaycan həm Şərq, həm də Qərb arasında etibarlı tərəfdaş kimi çıxış edir, beynəlxalq enerji, nəqliyyat və logistika layihələrində mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın geostrateji mövqeyi daha da əhəmiyyət qazanır və Avropa ilə Asiya arasında etibarlı tranzit körpüsü rolunu möhkəmləndirir.

Eyni zamanda, tərəflər arasında əməkdaşlığın yalnız enerji və iqtisadiyyatla məhdudlaşmayacağı, elm, təhsil, rəqəmsal texnologiyalar, innovasiya, ekologiya və humanitar sahələrdə də genişlənəcəyi gözlənilir. Bu istiqamətlərdə həyata keçiriləcək birgə layihələr xalqlar arasında əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və uzunmüddətli tərəfdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ölkənin beynəlxalq inteqrasiyasını gücləndirən mühüm amillərdən biri kimi çıxış edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bəyanatda enerji təhlükəsizliyi, yaşıl enerji, iqtisadi əməkdaşlıq, regional sabitlik, nəqliyyat dəhlizləri və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq kimi məsələlərin ön plana çıxarılması göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu əməkdaşlığın gələcək illərdə daha da genişlənməsi həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı və regional sabitlik məqsədlərinə mühüm töhfə verəcəkdir.

Şəhla Ağbulud
Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri

Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilibAbşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 İ...
03/07/2026

Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov, hüquq-mühafizə orqanlarının, regional idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, polis əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndərin, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə Azərbaycan polisinin şərəfli fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Anar Musayev, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və Vətən müharibəsi qazisi Orxan Qurbanov çıxış ediblər.

Çıxışlarda Azərbaycan polisinin dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və hüquq qaydasının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, eləcə də Vətən müharibəsində göstərdiyi fədakarlıq və qəhrəmanlıq xidmətlərindən bəhs olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirildiyi, polis əməkdaşlarının sosial müdafiəsinin və fəaliyyət şəraitinin daha da yaxşılaşdırıldığı vurğulanıb.

Xatirə İsmayılova çıxışında Azərbaycan polisinin Vətən müharibəsində göstərdiyi şücaəti, şəhid və qazilərimizin qəhrəmanlığını xüsusi qeyd edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub. Tədbir respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təqdim olunan bədii proqramla başa çatıb.

Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının istifadəyə verilməsi münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti y...
03/07/2026

Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının istifadəyə verilməsi münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri olaraq rayon sakinlərini, səhiyyə işçilərini və bu mühüm layihənin həyata keçirilməsində əməyi olan hər kəsi ürəkdən təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Əhalinin sağlamlığının qorunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə səhiyyə infrastrukturunun müasirləşdirilməsi, yeni tibb müəssisələrinin tikintisi və mövcud müəssisələrin əsaslı yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlərdən istifadə imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri kimi vətəndaş qəbullarında və ictimai dinləmələrdə iştirak edərkən sakinlər tərəfindən ən çox səsləndirilən müraciətlərdən birinin yaşayış məntəqələrində ilkin səhiyyə xidmətlərinin genişləndirilməsi və müasir tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi ilə bağlı olduğunu müşahidə edirik. Rayon əhalisinin sürətlə artması fonunda Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşların sayının əhəmiyyətli dərəcədə çoxalması yaşayış məntəqələrində yeni ailə sağlamlıq mərkəzlərinin yaradılmasını zərurətə çevirmişdir.

Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının istifadəyə verilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeni tibb müəssisəsi bir tərəfdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının iş yükünün azalmasına mühüm töhfə verəcək, digər tərəfdən isə sakinlərin yaşadıqları ərazidə, əlavə vaxt itkisinə və uzaq məsafə qət etməyə ehtiyac olmadan keyfiyyətli ilkin tibbi xidmət almalarına geniş imkan yaradacaqdır. Bu isə səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına və vətəndaş məmnunluğunun daha da yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, ölkəmizdə səhiyyə sahəsinin inkişafına, müasir tibbi infrastrukturun yaradılmasına və vətəndaşların sağlamlığının etibarlı qorunmasına göstərdiyi davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Abşeron rayonunda müasir səhiyyə müəssisələri istifadəyə verilir, tibb infrastrukturunun maddi-texniki bazası gücləndirilir, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı ildən-ilə artırılır. İnsan amilinin dövlət siyasətinin mərkəzində dayanması səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətlərin əsasını təşkil edir.

Eyni zamanda, bu mühüm layihənin həyata keçirilməsində əməyi olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, TƏBİB-in rəhbərliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının kollektivinə, layihənin icrasında iştirak edən bütün qurumlara və fədakar səhiyyə işçilərinə rayon ictimaiyyəti adından səmimi təşəkkürümü bildirirəm.

Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayır, əminliyimi ifadə edirəm ki, bu müasir səhiyyə müəssisəsi uzun illər ərzində rayon sakinlərinin sağlamlığının keşiyində dayanacaq, göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə və dövlətimizin həyata keçirdiyi uğurlu səhiyyə siyasətinə layiqli töhfə verəcəkdir.

İctimai Şuranın sədri,
şəhid anası Xatirə İsmayılova

26/06/2026
26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeli...
02/06/2026

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəfəq qəsəbə tam orta məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, eləcə də məktəbdə təhsil alan şəhid və qazi övladları iştirak ediblər.

Tədbir çərçivəsində uşaqlar üçün maraqlı və rəngarəng əyləncə proqramı təşkil olunub, müxtəlif oyunlar, musiqili çıxışlar və interaktiv tədbirlər təqdim edilib. Bayram ovqatı ilə keçən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Almaz Hüseynova uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayaraq, bu kimi tədbirlərin onların sosial və mənəvi inkişafında mühüm rol oynadığını bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxışında uşaqların cəmiyyətin ən qiymətli sərvəti olduğunu qeyd edib. O, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, şəhid və qazi ailələrinin övladlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova qeyd edib ki, uşaqlar cəmiyyətin ən qiymətli sərvətidir: O, həmçinin Abşeron rayon İcra Hakimiyyıtinin başçısı Abdin Fərzəliyevin salamlarını da çatdırıb. Bildirib ki, "Şəhidlərimizin və qazilərimizin bizə əmanət qoyduğu övladların üzündə təbəssüm görmək hər birimiz üçün qürurvericidir. Xatirə İsmayılova qeyd edib ki, tədbirin keçirilməsi üçün məhz Şəfəq qəsəbə tam orta məktəbinin seçilməsi təsadüfi deyil. Belə ki, bu təhsil ocağında şəhid və qazi ailələrinin övladları çoxluq təşkil edir və onların mənəvi dəstəklənməsi, sevindirilməsi xüsusi əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış edərək uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.

Çıxışlarda vurğulanıb ki, uşaqlar cəmiyyətin və dövlətin gələcəyidir. Onların hərtərəfli inkişafının təmin olunması, xüsusilə şəhid və qazi ailələrinin övladlarının diqqət və qayğı ilə əhatə olunması dövlət tərəfindən daim xüsusi diqqətdə saxlanılır.

Tədbirin sonunda şəhid və qazi övladlarının iştirakı ilə bayram tortu kəsilib, uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Balacaların üzündəki sevinc və təbəssüm tədbirin ən yaddaqalan anları kimi yadda qalıb.

Qeyd edək ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbir uşaqlara göstərilən diqqət və qayğının, eyni zamanda şəhid və qazi ailələrinə verilən yüksək dəyərin növbəti təzahürü olub.

https://youtu.be/g1p8aPGkVTU?si=OUPwwXCP6qUPyg0j

Şəfəq qəsəbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib-VİDEO » Den.az https://share.google/6cBYLmRDxb1McgTpb

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Address

M. Ə. Rəsulzadə Küçəsi 7
Xirdalan
AZ0101

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994502852106

Website

Alerts

Be the first to know and let us send you an email when Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura:

Shortcuts

Share