22/03/2022
19.03.2022-tarixində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin Astara rayonunda növbəti maarifləndirici tədbirini keçirdi. Tədbir çərçivəsində 25 yaxın Astara sakinləri, müxtəlif peşələrdə çalışan insanlar, gənclər ilə “Astara rayon Heydər Əliyev Mərkəzində” görüş keçirildi. Tədbiri, layihənin rəhbəri İSAY İB nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamaladı və layihə haqqında geniş məlumat təqdim etdi. Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakşıların diqqətinə çatdırıldı. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamləğı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məllumatlar iştirakçıların diqqətinə çatdırıldlı. Tədbirdə Astara RİHB-nin müavini Firəngiz xanım Sadıxova layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış etdi. Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirildi. Bu çarx, iştirakçıların çox böyük marağına səbəb oldu.
Astara rayonunda “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə qida təhlükəsizliyi üzrə ekspert Cavid Qurbanzadə plastik və polietilen qabların ekoloji və sağlamlıq zərərləri , bu məhsulların istifadə qaydaları, xsüsiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya etdi. İştirakçıları maraqlandıran suallara cavab verildi. Layihənin təsirlərini və əhatəliliyini təmin etmək üçün iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar,blaknot və qələmlər paylanıldı. Daha ətraflı www.isay.az dan tanış olmaq olar.