Sıfır tullantı / Zero waste

Sıfır tullantı / Zero waste Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sıfır tullantı / Zero waste, Agsu.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar VIII Qrant Müsabiqəsinin qalibi olan "Kənd məktəblərində şagirdlərə sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsinin səhifəsidir.

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan "Kənd məktəblərində sıfır tullantı biliklərin...
02/06/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihənin bağlanış mərasimi olub.
Layihənin yekun tədbiri Bakı şəhərində baş tutub. Tullantıdan incəsənətə kursunun işitrakçıları olan 25 nəfər Gəgəli məktəblisi əvvəlcə Bakı şəhərində yerləşən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Tullantıdan sənətə muzeyində olub.
Muzeyin bələdçisi məktəblilərə muzeydəki sənət nümunələri haqqında məlumat verib.
Qoruq ərazisindəki digər abidələrlə tanış olan məktəblilər sonra Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamına gəliblər.
Layihənin yekun tədbirini təlimçi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb və Sıfır tullantı məşğələləri və Tullantıdan incəsənətə kursları haqqında danışıb. Layihə rəhbəri Lalə Xəlilova layihəyə göstərdiyi marağa görə şagirdlərinə və dəstək verdiyinə görə layihə əməkdaşlarına təşəkkür edib.
Layihənin eksperti Gülşən Hüseynova, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü Məleykə Hüseynova, müəllim-valideyn Cabir Alcanlı, məktəblilər adından Nərgiz Gərayeva çıxış ediblər.
Tədbirin sonunda məktəblilərə kurs iştirakçısı olmaları barədə sertifikat təqdim olunub.

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Kənd məktəblərində sıfır tullantı bilikləri...
28/05/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi ” layihəsi çərçivəsində məktəblilərin "Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu" na maarifləndirici ekskursiyası təşkil olunub. Layihənin əsas məqsədi — məktəblilərdə ekoloji şüurun formalaşdırılması, tullantılara yanaşmanın alternativ yollarla izahı və estetik dəyərlərin təşviqidir.

Tədbir zamanı kurs iştirakçıları təlimlər müddətində tullantı materiallardan hazırladıqları yaradıcılıq nümunələrini təqdim edib, “tullantıdan incəsənətə” yanaşmasının praktik nəticələrini nümayiş etdiriblər. Təqdim olunan əl işləri yalnız funksional deyil, həm də ekoloji və vizual mesaj daşıyan estetik obyektlər kimi dəyərləndirilib.

Onu da qeyd edək ki, kurs iştirakçılarına Bakı şəhərindəki Qala Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tullantıdan incəsənətə muzeyinə ekskursiya təşkil ediləcəkdir. Kursun sonunda məktəblilərə sertifikatlar veriləcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı bilikləri...
24/05/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihə çərçivəsində Ağsu rayonu Gəgəli kəndində yerləşən Sahib Mütəllimov adına tam orta məktəbdə " Tullantıdan incəsənətə " kursuna başlanmışdır .
Bu dəfə uşaqlarımızla birlikdə həm öyrəndik, həm yaratdıq! Layihə çərçivəsində keçirilən “Tullantıdan incəsənətə” kursunda uşaqlar atılmış və təkrar istifadə edilə bilən materiallardan əl işləri hazırladılar.
Ən maraqlısı isə odur ki, qədim Azərbaycan xalq sənət növlərindən biri olan qurama sənəti ilə də tanış olduq. Bu sənətin incəliklərini bizə illərin təcrübəsinə malik, dəyərli qonağımız — Kənd sakini Nailə Rəhimova göstərdi . Onun göstərişi ilə uşaqlar parça tikməyi, bir parçanı israf etmədən necə sənət əsərinə çevirməyi öyrəndilər.

23/05/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihə çərçivəsində Ağsu rayonu Gəgəli kəndində yerləşən Həqiqət Musayev adına ümumi orta məktəbdə " Tullantıdan incəsənətə " kursuna başlanmışdır .

21/05/2025

20/05/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihə çərçivəsində Ağsu rayonu Gəgəli kəndində yerləşən Sahib Mütəllimov adına tam orta məktəbdə təlimlərə davam edilir.

Layihənin əsas məqsədi məktəblilərə ekoloji düşüncə və sıfır tullantı fəlsəfəsinin aşılanması, onların gündəlik həyatında bu biliklərin tətbiqinə stimul yaratmaq, eyni zamanda, təbiətə münasibətdə yaradıcı və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasıdır.

Təlimlər layihənin təlimçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən aparılır. 22 nəfərlik 8A və 8B sinif şagirdlərindən ibarət qrupla interaktiv dərslər təşkil olunub. Təlim zamanı şagirdlərə "sıfır tullantı" anlayışı, tullantıların ətraf mühitə təsiri, onların parçalanma sürəti və çeşidlənməsi mövzularında ətraflı məlumatlar təqdim olunub. Eyni zamanda şagirdlərə müxtəlif ekoloji təcrübələr aparmaq və müşahidələr aparmaq tapşırılıb.

Layihə çərçivəsində hazırlanmış xüsusi tədris vəsaitləri də məktəb şagirdlərinə təqdim edilib. Praktik təlimlərlə biliklərin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

19/05/2025

Havanın çirklənməsi haqqında - Sıfır tullantı məşğələsi

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı bilikləri...
19/05/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihə çərçivəsində Ağsu rayonu Gəgəli kəndində yerləşən Sahib Mütəllimov adına tam orta məktəbdə təlimlərə davam edilir.

Layihənin əsas məqsədi məktəblilərə ekoloji düşüncə və sıfır tullantı fəlsəfəsinin aşılanması, onların gündəlik həyatında bu biliklərin tətbiqinə stimul yaratmaq, eyni zamanda, təbiətə münasibətdə yaradıcı və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasıdır.

Təlimlər layihənin təlimçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən aparılır. 19 nəfərlik 2 sinif şagirdlərindən ibarət qrupla interaktiv dərslər təşkil olunub. Təlim zamanı şagirdlərə "sıfır tullantı" anlayışı, tullantıların ətraf mühitə təsiri, onların parçalanma sürəti və çeşidlənməsi mövzularında ətraflı məlumatlar təqdim olunub. Eyni zamanda şagirdlərə müxtəlif ekoloji təcrübələr aparmaq və müşahidələr aparmaq tapşırılıb.

Layihə çərçivəsində hazırlanmış xüsusi tədris vəsaitləri də məktəb şagirdlərinə təqdim edilib. Praktik təlimlərlə biliklərin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

18/05/2025

Tullantılar haqqında - Sıfır tullantı məşğələsi

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı bilikləri...
18/05/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihə çərçivəsində Ağsu rayonu Gəgəli kəndində yerləşən Sahib Mütəllimov adına tam orta məktəbdə təlimlərə davam edilir.

Layihənin əsas məqsədi məktəblilərə ekoloji düşüncə və sıfır tullantı fəlsəfəsinin aşılanması, onların gündəlik həyatında bu biliklərin tətbiqinə stimul yaratmaq, eyni zamanda, təbiətə münasibətdə yaradıcı və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasıdır.

Təlimlər layihənin təlimçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən aparılır. 26 nəfərlik 3A və 3B sinif şagirdlərindən ibarət qrupla interaktiv dərslər təşkil olunub. Təlim zamanı şagirdlərə "sıfır tullantı" anlayışı, tullantıların ətraf mühitə təsiri, onların parçalanma sürəti və çeşidlənməsi mövzularında ətraflı məlumatlar təqdim olunub. Eyni zamanda şagirdlərə müxtəlif ekoloji təcrübələr aparmaq və müşahidələr aparmaq tapşırılıb.

Layihə çərçivəsində hazırlanmış xüsusi tədris vəsaitləri də məktəb şagirdlərinə təqdim edilib. Praktik təlimlərlə biliklərin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

Address

Agsu
0618

Alerts

Be the first to know and let us send you an email when Sıfır tullantı / Zero waste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sıfır tullantı / Zero waste:

Share