Vəkil Əlibaba Əliyev

Vəkil Əlibaba Əliyev Azərbaycan Vəkillər Kollegiyasının üzvü, "Femida" Vəkil Bürosunun vəkili

ÇOXMƏNZİLLİ BİNALARDAN ƏMLAK ALAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!Məlum olduğu kimi bir çox hallarda çoxmənzilli binalardan alınan əm...
25/07/2024

ÇOXMƏNZİLLİ BİNALARDAN ƏMLAK ALAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

Məlum olduğu kimi bir çox hallarda çoxmənzilli binalardan alınan əmlakların müqavilədə nəzərdə tutulan sahəsi ilə çıxarışda (kupça) olan sahəsi arasında uyğunsuzluqlar olur. Vətəndaşların müqavilədə mənzilin ümumi sahəsi kimi ödənişini etdiyindən təxminən bir neçə kvadratmetr daha aşağı ölçü dövlət reyestrindən çxıarışda öz əksini tapır. Təbii olaraq bu hal vətəndaşlarda narazılıq yaradır.

Qanunvericiliyin tələblərinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin tikinti və şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Formalaşmış məhkəmə təcrübəsinə görə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.

Bu məqsədlə bu cür hallarla üzləşən vətəndaşlara hüquqi yardım üçün büromuza dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, ilkin vətəndaş qəbulu və sənədlərin yoxlanılması tərəfimizdən ödənişsiz şəkildə həyata keçiriləcək. İş üzrə təhlil edilmiş sənədlərdə perspektiv olacağı halda isə nəticəyönümlü xidmət haqqı paketimizi sizə təqdim ediləcəkdir.

Əlavə məlumat və qəbula yazılmaq üçün +994772773267 nömrəsi ilə əlaqə saxlamağınızı tövsiyə edirik.

19/01/2023

Kommersiya subyektləri tərəfindən 𝙢𝙚𝙙𝙞𝙖𝙨𝙞𝙮𝙖 𝙥𝙧𝙤𝙨𝙚𝙨𝙞 nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi hansı məhkəmədə baxılmalıdır ⁉️

Mülki-Prosessual Məcəllənin (bundan sonra: MPM) 25.2-ci maddəsinə əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında işlərə ümumi məhkəmələr tərəfindən baxılır. MPM-in 26.2-ci maddəsində bu qaydadan bəzi istisnalar müəyyən edilmiş və siyahı qapalı dairə (numerus clausus) şəklində təsbitini tapmışdır. Lakin həmin normada mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi nəzərdə tutulmadığından hər iki tərəfin kommersiya subyekti olduğu halda barışıq sazişinin təsdiq edilməsi üçün hansı məhkəməyə müraciət edilməli olması təcrübədə müraciətçilər arasında çaşqınlıq yaradır.

Bu xarakterli tələblər ümumən iki hissəyə bölünə bilər:

➡️Birinci halda barışıq sazişinin tərəfi olan sahibkarlıq subyekti yalnız bir, yəni məhz barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

➡️İkinci halda isə, barışıq sazişinin tərəfi olan sahibkarlıq subyekti barışıq sazişinin təsdiq edilməsi tələbi (əsas tələb) ilə yanaşı, bundan irəli gələn digər tələblər (əlavə tələb) də öz ərizəsində qeyd edə bilər.

↗️İkinci halla bağlı bu zamana kimi Ali Məhkəmənin az sayda qərarı mövcud idi ki, həmin qərarlarda formalaşdırılan hüquqi mövqeyə görə bu xarakterli işlər kommersiya yönlü əlavə tələblərin olmasına görə və digər hallara əsasən (subyekt tərkibi, predmet, mübahisənin xarakteri) kommersiya məhkəməsində baxılmalı və aidiyyət üzrə həmin məhkəməyə müraciət edilməlidir.

↗️Birinci halla bağlı isə iş üzrə əlavə tələb olmadan ərizələr bəzi hallarda aidiyyət üzrə ümumi məhkəmələrə verilirdi. Çünki MPM-in 26.2-ci maddəsi bu qəbildən olan işlərə dair hər hansı istisna müəyyən etmir.

Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və çaşqınlıq yaradan hallara son qoyulması üçün tərəfimizdən Ali Məhkəməyə müraciət edildi və Ali Məhkəmənin şikayətimiz əsasında verdiyi qərarına əsasən əlavə tələb olub-olmamasından asılı olmayaraq, kommersiya subyektlərinin mediasiya prosesi nəticəsində bağladığı barışıq sazişlərinin təsdiq edilməsinin müstəsna olaraq kommersiya məhkəmələr tərəfindən baxılmalı olması mövqeyi nümayiş etdirildi. Əsaslandırma isə bu yöndə oldu:

“MPM-in 26.2-ci maddəsi xüsusi icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılan konkret icraat növlərini sadalamaqla yanaşı, qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri də kommersiya məhkəmələrinin səlahiyyətinə aid etmişdir. “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” başlıqlı 40-7-ci fəsil MPM-ə 26.2-ci maddəsinin sonuncu redaksiyasının qəbul edilməsindən sonra – 25 iyul 2021-ci il tarixdə əlavə olunmuşdur. İşlərin məhkəmə aidiyyəti üzrə bağlı qanunvericinin əsas götürdüyü prinsipləri, məqsəd və meyarları nəzərə alaraq, kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır.”.”

🔆Nəticə olaraq, kommersiya subyektləri arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi xüsusi icraat qaydasında 𝗸𝗼𝗺𝗺𝗲𝗿𝘀𝗶𝘆𝗮 məhkəmələri tərəfindən baxılmalıdır❗️❗️❗️

🔍Qeyd edilən uyğunsuzluğun birdəfəlik aradan qaldırılması məqsədilə MPM-in 26.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi daha məqsədəmüvafiqdir:

“26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35, 40-2 və 40-7-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”.

           @ ASAN Könüllüləri / ASAN Volunteers
10/01/2021

@ ASAN Könüllüləri / ASAN Volunteers

Müqavilə prosedurlarını bizə əmanət edin.Müqavilələrin doğru şəkildə hazırlanması yarana biləcək risklərin qarşısını alı...
18/05/2020

Müqavilə prosedurlarını bizə əmanət edin.
Müqavilələrin doğru şəkildə hazırlanması yarana biləcək risklərin qarşısını alır, sizin və şirkətinizin hüquqlarının qorunmasını təmin edir.
Biz qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilələrin tərtibi, müqavilə üzrə risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması, rəylərin verilməsi ilə bağlı məsələlərin tənzimlənməsini peşəkar formada həyata keçiririk:⤵️
✅ Birgə fəaliyyət haqqında müqavilələr,
✅Konfidensiallıq (məxfilik) müqavilələri,
✅Lisenziya (icazə) müqavilələri,
✅Françayzinq müqaviləsi,
✅Distribüter və dillerlik müqavilələri,
✅Alğı-satqı və digər ticarət müqavilələri,
✅İcarə və kirayə müqavilələri,
✅Komissiya və agent müqavilələri,
✅İş (podrat) və müxtəlif məzmunlu xidmət müqavilələri,
✅Digər yerli və xarici kommersiya və qeyri-kommersiya müqavilələri.

Azərbaycan vəkilliyinin təməli 21 il öncə məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.Bu gün Ümummilli Liderin anada...
10/05/2020

Azərbaycan vəkilliyinin təməli 21 il öncə məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bu gün Ümummilli Liderin anadan olmasının 97-ci ildönümüdür. Böyük siyasətçi Heydər Əliyevi hörmətlə anırıq.

Təklif etdiyimiz əmək və məşğulluq hüququ xidmətimizlə fəaliyyətinizin əmək qanunvericiliyinin tələblərinə uyğunluğunu t...
29/04/2020

Təklif etdiyimiz əmək və məşğulluq hüququ xidmətimizlə fəaliyyətinizin əmək qanunvericiliyinin tələblərinə uyğunluğunu təmin edərək dövlət qurumları və şirkət əməkdaşları ilə balanslı münasibətinizi tənzimləyir, şirkətinizin sağlam inkişafına dəstək oluruq. Xidmətimizə daxildir:

✅ Əmək müqavilələri, daxili prosedur və qaydalar, məxfilik, maddi məsuliyyət müqavilələri və s. kimi hüquqi sənədlərin hazırlanması və təhlili;
✅ Şirkətin insan resursları (insan kapitlı,kadrlar) ilə əlaqəli bölməsinin fəaliyyətinin, fəaliyyət zamanı istifadə edilən bütün sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq tənzimləmələrin aparılması;
✅ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu), Dövlət Vergi Xidməti, Dövlət Miqrasiya Xidməti və s. kimi dövlət qurumları ilə hüquqi münasibətlərin tənzimlənməsində iştirak;
✅ Əmək mübahisələrinin məhkəmədənkənar və məhkəmə yolu ilə həlli və məhkəmə proseslərində şirkətin təmsil və hüquqlarının müdafiə edilməsi;
✅ Əcnəbilərin işə götürülməsi, onların iş və yaşayış icazələrinin alınması proseslərində iştirak, əcnəbi işçilərin əmək fəaliyyətin miqrasiya qanunvericiliyinin tələblərinə uyğunluğunun təmin edilməsi üzrə məsləhət xidmətinin göstərilməsi.
İşə qəbuldan, əmək müqaviləsinin ləğvinə qədər hər mərhələdə şirkətinizin hüquqi təhlükəsizliyinin təmin edilməsi üçün gərəkli tədbirlərin görülməsini bizə etibar edə bilərsiniz.

Bizə etibar edin, hüquqi risklərinizin önünə keçin!Peşakar hüquqi yardım olmadan təsadüfi qərarların verilməsi gələcəkdə...
23/04/2020

Bizə etibar edin, hüquqi risklərinizin önünə keçin!
Peşakar hüquqi yardım olmadan təsadüfi qərarların verilməsi gələcəkdə problemlər yarada bilər.
Şirkətin fəaliyyəti zamanı yaranan hüquqi ehtiyaclar uğurlu təcrübələrə əsaslanan korporativ hüquqşünaslar vasitəsilə qarşılanmalıdır. Bu istiqamətdə
✅ Şirkətlərin qeydiyyatı və lisenziya məsələləri;
✅ Korporativ siyasətin və qaydaların tərtibatı;
✅ Birgə müəssisələrin qurulması və birgə fəaliyyətin tənzimlənməsi;
✅ Səhmlərin və payların alğı-satqısı;
✅ Müflisləşmə, iflas, ləğv və bazardan çıxış məsələləri kimi işlərin hüquqi baxımdan təhlükəsiz aparılması xidmətlərimizin içərisində yer alır.
Şirkətiniz üçün peşəkar xidmətə müraciət edin!

Bizimlə tərəfdaşlıq edərək sahibkarlıq fəaliyyətinizin hüquqi müstəvidə rahatlığını və sabitliyini təmin edə bilərsiniz!...
05/04/2020

Bizimlə tərəfdaşlıq edərək sahibkarlıq fəaliyyətinizin hüquqi müstəvidə rahatlığını və sabitliyini təmin edə bilərsiniz!
 Önləyici məsləhət xidmətimizlə- sahibkarlıq fəaliyyətinizin hüquqi risklərini öncədən müəyyənləşdirir, onları aradan qaldırır və ya minimuma endiririk;
 Operativ məsləhət xidmətimizlə-fors-major hallarda, gündəlik iş prosesində qarşılaşdığınız hüquqi problemləri operativ həll edirik;
 Problemlərin həlli xidmətimizlə- sahibkarlıq fəaliyyətinizin bütün istiqamətlərini hüquqi müstəvidə izləyir, baş verən problemlərdə adekvat müdaxilə edir, məhkəmə proseslərində təmsilçiniz (vəkil) olaraq iştirak edib, hüquq və mənafelərinizi müdafiə edirik.

Novruz bayramınız mübarək!Hər birinizə möhkəm can sağlığı, firavan həyat arzu edirəm.
21/03/2020

Novruz bayramınız mübarək!
Hər birinizə möhkəm can sağlığı, firavan həyat arzu edirəm.

Əziz xanımlar, 8 mart Beynəlxalq Qadınlar Gününüz mübarək! 😊
08/03/2020

Əziz xanımlar, 8 mart Beynəlxalq Qadınlar Gününüz mübarək! 😊

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayının zirehli texnikası və hərb...
25/02/2020

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdi. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu, 487 nəfər yaralandı,1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü. Faciədə şəhid olanların ruhunu hörmətlə yad edirik!

Address

Nərimanov Rayonu, İ. Həsənoğlu Küçəsi, 4
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994555896939

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil Əlibaba Əliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vəkil Əlibaba Əliyev:

Share