AZ Turizm

AZ Turizm AZ turizm shirketi Tur menecer və Aviakassirlərimizlə xidmətinizdəyik.

04/03/2021
QR kod ilə uçuşa qəbul şərtindəki dəyişikliyi nəzərinizə çatdırmaq istəyirik!QR kod olmayan sərnişinlər də artıq u...
04/03/2021

QR kod ilə uçuşa qəbul şərtindəki dəyişikliyi nəzərinizə çatdırmaq istəyirik!

QR kod olmayan sərnişinlər də artıq uçuşa qəbul ediləcəkdir!

Lakin, xahiş edirik nəzərə alın ki, QR kod olan test nəticəsi ilə səyahət edən sərnişinlər Bakıya gəlişdə, aeroportda daha az yoxlamadan keçəcəklər.

QR kod olmayan test nəticəsi ilə səyahət edən sərnişinlərin test nəticəsi isə daha diqqətli və detallı yoxlamadan keçiriləcəkdir.

01 mart 2021-ci il tarixdən etibarən digər ölkələrdən Azərbaycana uçuş zamanı sərnişinlər COVID-19 koronavirusunun o...
04/03/2021

01 mart 2021-ci il tarixdən etibarən digər ölkələrdən Azərbaycana uçuş zamanı sərnişinlər COVID-19 koronavirusunun olmaması barədə arayış təqdim etməlidirlər (yalnız PCR testləri qəbul olunur), testin nəticəsində QR-kodu göstərilməlidir.



Həmin arayışın həqiqiliyi Azərbaycana yola düşərkən qeydiyyat masasında müəyyən bir sərnişin üçün test nəticələrinin qeydi olan veb səhifəyə yönləndirən klinikanın QR kodunu skan edərək yoxlanılacaqdır.



Koronavirus infeksiyasına dair testin mənfi nəticəsi barədə arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.



DİQQƏT! COVID-19-a dair məcburi testdən keçməyən və unikal QR-kod ilə arayışı təqdim etməyən sərnişinlər uçuşa buraxılmayacaqlar.

Ural hava yollari Kazan ucuslarini bizde yazdira bilersiniz, elave melumat ucun agentlerimize muraciet ede bilersiz
04/03/2021

Ural hava yollari Kazan ucuslarini bizde yazdira bilersiniz, elave melumat ucun agentlerimize muraciet ede bilersiz

21/02/2020

Viza Xidmətləri

AZ Turizm olaraq eyni zamanda müştərilərimizə viza xidmətləri göstəririk. Viza almaq üçün Avropa ölkələri, Amerika, Kanada, Çin və.s. populyar ölkələrə hansı sənədlər lazımdır, sənədlərin yığım qaydası, ümumi viza proseduru nədir və bunlar kimi vacib suallarınıza cavabları bu bölmədə tapacaqsınız. Sizlərə viza xidmətləri göstərməyə şad olarıq.

Viza Dəstəyi nədir?

Viza dəstəyində birinci və ən əsası sizin problem və çətinliklərinizin həllidir. Asan dil ilə desək bu iş həmin sahədə zəngin praktiki və nəzəri təcrübə ilə dəyərlənir. Komandamız həmişə sizə başqa ölkələr üçün viza alınmasında köməklik göstərməyə hazırdır. Düzgün sənəd yığımını və təqdim edilməsini bilmək ən vacib amildir. Viza dəstəyi xidməti, sənədlərin düzgün yığılması üzrə ümumi konsultasiya, otel və aviabilet bronun təqdim olunması, ərizə formalarının doldurulması, səfirlikdə görüş gününün təyin olunmasını nəzərdə tutur. Komandamız sizə blank doldurulmasında köməklik göstərməyə şad olardı. Turpaket alındıqda, viza blankının doldurulması işçi heyətimiz tərəfindən qarşılıqsız yerinə yetirilir.

Xidmətə nələr daxildir?

Ümumi konsultasiya
Blank doldurulması
Sənədlərin düzgün hazırlanması
Otel və bilet bronları
Səfirliklə görüş tarixinin təyin edilməsi

Xidmətə nələr daxil deyil?

Səfirliyə ödəniləcək viza rüsumu
Sığorta

Viza dəstəyi xidməti ilə əlaqədar şirkətimizə ödənilən xidmət haqqları aşağıdakı kimidir:

Şengen – 45AZN
ABŞ – 99 AZN
Birləşmiş Krallıq – 99 AZN
Kanada – 99 AZN
BƏƏ – 170 AZN (Viza rüsumu ilə birlikdə)
Çin – 390 AZN (Viza rüsumu ilə birlikdə)

Address

Nizam Küç 64 Mənzil 44
Baku
AZ1005

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when AZ Turizm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category