Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzeyin fondunda 50 minә yaxin eksponat toplanmışdır.

Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun , milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan

Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeyin həmçinin asağıdakı filialları mövcuddur:
- Xalq calğı alәtlәri daimi sәrgisi
- Niyazinin mənzil-muzeyi
- Vaqif Mustafazadәnin mənzil-muzeyi
- Qara Qarayevin mənzil-muzeyi
Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn “Qәdim Musiqi Alәtlәri Ansamblı” fәaliyyәt gostәrir.

27/05/2026
25 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Süley...
26/05/2026

25 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Mehriban Əsgərovanın şagirdlərinin iştirakı ilə 28 May - Müstəqillik gününə həsr olunmuş konsert keçirilmişdir.
Giriş sözü ilə Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış edərək gənc ifaçılara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışdır.
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra 28-May Müstəqillik Gününə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda Mehriban Əsgərova tərəfindən şagirdlərə təşəkkürnamələr təqdim edilmiş, qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılmışdır.

23 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunmuş Azər...
25/05/2026

23 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunmuş Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Maarif Sədası” musiqi dərnəyinin konserti keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Giriş sözü ilə muzeyin şöbə müdiri Əzirə Abdullayeva çıxış edərək Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Həmçinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş türk musiqi alətləri haqqında məlumat verərək bu eksponatların muzeyin zəngin kolleksiyalarında mühüm yer tutduğunu bildirmişdir.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Birol Akgün və xanımı Zühre Akgün, Türkiyə Səfirliyinin müşaviri cənab İhsan Açık və həyat yoldaşı, Türkiyə Maarif Vaqifinin Azərbaycan üzrə ölkə təmsilçisi Tabip Gülbay, Nəsimi Kampusunun müdiri Ertuğrul Toy və Gənclik Kampusunun müdiri Mevlüt Altıntop iştirak etmişlər.
Konsert proqramında məktəbin müəllimi Pərvin Əşari və şagirdlərinin təqdim etdikləri rəngarəng musiqi nömrələri və vətənpərvərlik ruhunda səsləndirilən əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Sonda Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müdiri Ertuğrul Toy və müəllim Pərvin Əşari muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildirmişlər.

18-22 may 2026-cı il tarixlərində Daşkənd şəhərində Ənənəvi Musiqi və Rəqs Beynəlxalq Şurasının (ICTMD) Türk xalqlarının...
22/05/2026

18-22 may 2026-cı il tarixlərində Daşkənd şəhərində Ənənəvi Musiqi və Rəqs Beynəlxalq Şurasının (ICTMD) Türk xalqlarının araşdırmaları bölməsi Özbək Konservatoriyası ilə birlikdə konfrans keçirmişdir. Muzeyin direktoru, fəlsəfə elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konfransda "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında olan Azərbaycan mahnıları, muğamları və rəqslərinin birləşdirilmiş reyestri" mövzusunda çıxış etmişdir.

Gənc istedadların konserti21 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Q...
22/05/2026

Gənc istedadların konserti

21 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində gənc istedadların konserti keçirilmişdir.
Giriş sözü ilə Qara Qarayevin Ev Muzeyinin filial müdiri Lətifə Məmmədova qonaqları salamlayaraq gənc musiqiçilərə uğurlar arzulamışdır.
Konsert Respublika və Beynəlxalq müsabiqələr laureatı, AMK nəzdində Musiqi Kollecinin müəllimi Cəmalə Abdinzadənin tələbələrinin sinif konserti çərçivəsində təqdim olunmuşdur.
Bədii hissədə görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmiş, gənc ifaçıların çıxışları tamaşıçılar tərəfindən maraq və alqışlarla qarşılanmışdır.

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə elan edilmiş “Açıq qapı” günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzey...
19/05/2026

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə elan edilmiş “Açıq qapı” günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və bütün filiallarında (Niyazinin Mənzil Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi, Xalq Çalğı Alətləri Daimi Sərgisi) geniş ziyarətçi axını yaşanıb.

Beynəlxalq Muzeylər Günü Niyazinin Mənzil Muzeyində18 may Beynəlxalq Muzeylər günüdür. Beynəlxalq Muzeylər Şurası (ICOM)...
19/05/2026

Beynəlxalq Muzeylər Günü Niyazinin Mənzil Muzeyində

18 may Beynəlxalq Muzeylər günüdür. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən bu il “Bölünmüş dünyanı birləşdirən muzeylər” devizi altında keçirilən Beynəlxalq Muzeylər Günü muzeylərin cəmiyyətlərarası dialoq, qarşılıqlı anlaşma və mədəni əməkdaşlığın inkişafındakı rolunu ön plana çıxarır.
18 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində səhər saatlarından geniş ziyarətçi axını izlənilmişdir.
Həmin gün muzeydə Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin “Niyazi ruhunun sədaları” adlı konserti keçirilmişdir.
Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Sonda Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva gözəl çıxışlarına görə şagird və müəllimləri təbrik etmiş, daha böyük uğurlar arzu etmişdir.

Address

Neftçilər Prospekti, 49
Baku

Opening Hours

Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+994124988184

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi:

Share