Medproinfo Professional Tibbi İnformasiya Portalı

Medproinfo Professional Tibbi İnformasiya Portalı Tibbi yeniliklər, xəbərlər, elanlar, məqalələr, həkimlərin məqalələri, konfrans, kongre və kurslar- tibbdə Sizi maraqlandıran hər bir mövzu burada!

26/12/2022

Çox beyenirik xidmətlərinizi. Təmiz, ətirli, seliqeli, ütülü, hər şey yüksek seviyyededi. Təşəkkürlər.

E vitamini ürək-damar sistemini qoruyan, xərçəng riskini azaldan, antioksidant təsiri olan preparatdır. Tokoferol yunan ...
31/01/2022

E vitamini ürək-damar sistemini qoruyan, xərçəng riskini azaldan, antioksidant təsiri olan preparatdır. Tokoferol yunan dilində nəsil artıran deməkdir. Yaşlanmanı gecikdirən bu vitamin dəri və saç sağlamlığını qoruyur, immuniteti gücləndirir. E vitamini hüceyrələrimizi sərbəst radikalların zərərli təsirindən qoruyur, bilinən ən güclü antioksidantlardan biri olduğu üçün əskikliyi orqanizmdə çox böyük təsirə malik olur.

Bəzi təcrübülərdə Alzheymer xəstəliyinin müalicəsində kömək etdiyi də bilinir.
Bir çox qida maddələrinin tərkibində E vitamini vardır:
Badam, tum, qoz, fındıq, bitki yağları ( əsasən, zeytun yağı), ispanaq, kahı, kələm, brokoli kimi bitkilər, balıq əti (tuna, qızılbalıq), banan, kivi, manqo, avakado, pomidor, kartof, kərə yağı, taxıllar, qırmızı ət, yumurta.

Qida ilə qəbul olunan E vitamini yağda həll olduğuna görə sağlam və balanslı qidalanmaq lazımdır, yəni yağ miqdarı da optimal olmalıdır. Diyeta saxlamaq, yağ qəbul etməmək heç də sağlam qidalanmaq deyil.

Çatışmazlığın simptomları:
- Əzələ zəifliyi;
- Əzələ kütləsi itkisi;
- Görmə zəifliyi;
- Qavrama problemi;
- İmmunitet zəifləməsi;
- Həzm problemleri;
- Koordinasiya və yerimədə çətinlik;
- Quru dəri;
- Zəif və tökülən saçlar;
- Ətrafların keyiməsi;
- Əlin üst hissəsinin piqmentlənməsi/

Çatışmazlığı zamanı yaranan xəstəliklər:
- Ateroskleroz;
- Sinir sistemi xəstəlikləri;
- Qaraciyər və böyrək xəstəlikləri;
- Sonsuzluq;
- Hemolitik anemiya;
- Ürək-ritm pozuntuları;
- Demensiya;
- Katarakta və korluq.

Qadınlar üçün daxilə qəbulla birlikdə və ya ayrıca dəriyə maska şəklində də tətbiq olunması xeyirlidir.

MUKOPOLİSAXARİDOZArtıq 3 ayrı valideyinlərin müraciəti zamanı bu nadir xəstəlikdən əziyyət çəkən uşaqlar bu ilə qədər "R...
28/01/2022

MUKOPOLİSAXARİDOZ

Artıq 3 ayrı valideyinlərin müraciəti zamanı bu nadir xəstəlikdən əziyyət çəkən uşaqlar bu ilə qədər "RAXİT" diaqnozu ilə müalicə olunub,sonda əqli geriliyinə göre nevroloqa müracət ediblər.Usaqlarla işləyən bütün həmkarlarımı diqqətli olmağa çağırıram.

MUKOPOLİSAXARİDOZ haqqında qısa,lakin vacib olan əlamətləri sizlərlə paylaşmaq istədim.
Birləşdirici toxumaların metabolik,irsi xəstəliyidir,turş qlukozaminqlukanlarin mübadiləsi pozulur .

Simptomlar:
- Zəka geriliyi
- Üzdə olan dəyişikliklər:qalın qaşlar,duz,basıq burun kökü,ətli və geniş dodaqlar,böyük dil
- Derin və böyük səsə malik olmaq
- Ürək çatmamazlığı
- Eşitmə zəifliyi
- Görmə atrofiya
- Hepatosplenomeqaliya
-Tez başlayan,proqressivləşən oynaq kontrakturalari
- İnkişaf geriliyi
- Sümük anomaliyaları:Sümük əyilmələri

7 növü vardır;1-Qurler.2-Hunter.3-Sanfilippo.4-Morkio.5-Maroto-Lami.6-Şeye.7-Slay.

Müalicə:Hər bir növdə bir fermentin çatışmazlığı yaranır.Onun üçündə xəstəliyin hər bir növünə uyğun çatışmayan ferment xəstəyə vurulmalıdır.Mualicə erkən aylarda və yaşlarda baslanmalidirki,ürək və qaraciyər çatışmazlığının qarsisi alınsın.Ve xəstə mütləq şəkildə genetikə yönləndirilməlidir.

Sizlərə münasibətlərlə bağlı qorxularınızı yenəcək və davranışlarınızı surətlə dəyişə biləcəyiniz seminar hazırlamışıq.B...
27/01/2022

Sizlərə münasibətlərlə bağlı qorxularınızı yenəcək və davranışlarınızı surətlə dəyişə biləcəyiniz seminar hazırlamışıq.
Bu seminarda iştirak etməklə romantik və ailə münasibətlətərində uğurlu olacaqsınız.

Seminardan nə əldə edəcəksiniz.
- İkili münasibətlərdə düzgün bağ qurma bacarıqlarının sirrlərini
- Psixoloji və fizioloji prioritetlərin uyğunluğunun təhlilini
- Həyat tərzinin münasibətlərdə rolunu
- Partnyorların görünüş , yaş , maraq dairələri və mənəvi dəyərlərinin uyğunluğunun effektivliyini
- Qarşılıqlı anlayış ,ahəng və empati bacarıqlarını
- Partnyorumuzdan gözləntilərimizin düzgün nizamlanlaması qaydalarını
- Dietoloji və Psixoloji aydınlatma çalışmaları
- Anonim suallara cavab
- Dr.Azay Musayeva və Psixolog Ülkər Musayevanın qəbuluna 30% endirim

Seminara qoşulmaqla münasibətlərinizin keyfiyyətini asanlıqla yüksəldə biləcəksiniz.
Seminar 3 saat davam edəcək.
Ödəniş 59azn

Allergiya orqanizmin yad cisimə qarşı olan immun reaksiyasıdır. Yad cisimlər allergenlər adlanır. Məsələn, bəzi qidalar,...
26/01/2022

Allergiya orqanizmin yad cisimə qarşı olan immun reaksiyasıdır. Yad cisimlər allergenlər adlanır. Məsələn, bəzi qidalar, bitkilər və ya heyvanlara qarşı.

Allergiyanın simptomları: qida allergiyaları zamanı şişkinlik, səpki, mövsüm allergiyaları zamanı soyuqdəymə əlamətləri, dərman maddələrinə qarşı allergiya zamanı isə anafilaktik şok.

Dəri allergiyaları - bu ümumi allergiyanın bir simptomudur. Məsələn, yediyimiz qida və ya toxunduğumuz allergen dəridə allergik reaksiya; qaşınma, səpki, şişkinlik və qızartı əmələ gətirə bilər. Dəri allergiyalarına ekzema, kontakt dermatit və s. misal gətirə bilərik. Orqanizm genetik faktordan asılı olaraq allergik reaksiya verə bilər, yəni bəzi allergiyalar valideyndən övladına ötürülür.

Mövsüm allergiyaları - yeni bitki tozcuqlarına qarşı allergiya zamanı yüksək temperatur, gözlərin qızarması və yaşarması, burun axması və öskürək əlamətləri olur.

Allergiyanın müalicəsi

Allergiyanın müalicəsində əsasən antihistaminlər (klaritin, yeni loratadin, dezloratadin, erius, zirtek, setirizin) və kortikosteroidlər istifadə olunur. Antihistamin preparatlar yuxu əmələ gətirən və gətirməyənlər olaraq iki yerə bölünür. Təbii olaraq daha müasir olan yuxu əmələ gətirməyən antihistaminlərin istifadəsi daha məqsədəuyğundur.

Dəyərli həkimlər,29 YANVAR 2022-ci il tarixində saat 12:00-da "Süd Vəzisi Xəstəlikləri və Masaj" mövzusu üzrə seminara s...
25/01/2022

Dəyərli həkimlər,

29 YANVAR 2022-ci il tarixində saat 12:00-da "Süd Vəzisi Xəstəlikləri və Masaj" mövzusu üzrə seminara sizləri dəvət edirik. Seminara qeydiyyat başladı. Təlimçi - Mamoloq - Cərrah Dr. Günay Əhmədova və Fizioterapevt-Reabilitoloq, Masaj üzrə mütəxəssis Dr. Aynur Əhmədovadır.
Ödəniş : 20 AZN

Ünvan :
Cavadxan 32/15
Green Zone Sağlamlıq & Estetika Mərkəzi

Əlavə məlumat üçün:

📌I www.medproinfo.com
📧I [email protected]
📱 I WhatsApp I (055) 444-63-13

DİQQƏT!Geniş izləyici auditoriyası və çox saylı Beynəlxalq Mediya Partnyorluq əlaqələri olan "Medproinfo" Professional T...
24/01/2022

DİQQƏT!

Geniş izləyici auditoriyası və çox saylı Beynəlxalq Mediya Partnyorluq əlaqələri olan "Medproinfo" Professional Tibbi İnformasiya Portalı SATIILIR.

Saytın Kateqoriyası: Həkim kataloqu, tibbi xəbər və konfrans saytı
Sayt Linki: https://medproinfo.com/
Sayt haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilər və ya bizimlə əlaqə saxlaya bilərsiniz:

Link: https://medproinfo.com/news/Sayt-satilir-3631

Əlavə məlumat üçün:

📧I [email protected]
📱 I WhatsApp I (055) 444-63-13

Depressiya davamlı kədər hiss edilən əhvali-ruhiyyə pozuntusudur. Depressiyadan əziyyət çəkən insanlarda evdə və işdə öz...
21/01/2022

Depressiya davamlı kədər hiss edilən əhvali-ruhiyyə pozuntusudur. Depressiyadan əziyyət çəkən insanlarda evdə və işdə öz vəzifələrini yerinə yetirmə qabiliyyəti azalır.

Kədərli hadisələr zamanı qəmgin hiss etməyimiz normaldır. Lakin bunun normadan artıq olması depressiyaya gətirib çıxardır. Buna görə də depressiya və üzüntünü bir-birindən ayıra bilməliyik.

Depressiya əlamətləri:

- Davamlı qəmgin hiss etmək;
- Gündəlik işlərdən zövq almamaq;
- İştahda dəyişiklik (arta və ya azala bilər);
- Yuxuya getməkdə çətinlik;
- Tez oyanma və ya çox yatmaq;
- Həmişə yorğun hiss etmək;
- Nitq və hərəkətlərdə yavaşlama;
- Günahkar hiss etmə;
- Konsentrasiyanın azalması;
- Qərar vermədə çətinlik;
- İntihara meyillilik.

Depressiya diaqnozunun qoyulması üçün bu əlamətlərin ən az 2 həftə davam etməsi lazımdır.

Depressiyaya qadınlarda daha çox rast gəlinir.

Depressiyanın səbəbləri psixolojik bioloji və sosial faktorların biri və ya cəmidir.

Depressiya diaqnozu xəstədən alınan məlumatlar və testlər əsasında qoyulur.

Depressiya dərman preparatları və psixoterapiya ilə müalicə olunur, həmçinin isiq terapiyası və elektrokonvulsiv terapiyadan da istifadə olunur. Alternativ terapiyalara nümunə olaraq meditasiya və akupunkturanı misal gətirə bilərik.

Ailə və ətrafın dəstəyi çox vacibdir.

Depressiyanın müalicəsində əsasən selektiv serotonin reuptake inhibitorları və digər antidepressantlardan istifadə olunur. Məlum səbəblərdən dərman preparatlarının adlarını qeyd etmirəm, bunları yalnız psixoterapevt təyin edə bilər.

Bu gün 20 Yanvar Şəhidlərinin 32-ci il anım günüdür🥀. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizi qürur və ehtiraml...
20/01/2022

Bu gün 20 Yanvar Şəhidlərinin 32-ci il anım günüdür🥀.

Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizi qürur və ehtiramla anırıq.

Əziz valideynlər!Əgər, sizində uşaqlarınızda, yeniyetmələrinizdə və yaxudda böyüklərinizdə problemləriniz varsa, o zaman...
19/01/2022

Əziz valideynlər!
Əgər, sizində uşaqlarınızda, yeniyetmələrinizdə və yaxudda böyüklərinizdə problemləriniz varsa, o zaman mərkəzinə müraciət edib, kampaniyadan yararlana bilərsiniz.
Bizi İnciprm.az saytından və İnci Reabilitasiya Youtube Kanalından izləyə bilərsiniz.
https://inciprm.az/
https://youtube.com/channel/UCH0RTu4yF2KYuKacP4nbiUw
📍İnci_psixoloji_reabilitasiya
psixoloq_ramida
.kursları
Mob: (+994)55 365 10 20
(+994)12 370 82 64
(+994)55 252 92 06
Whatsapp: (+994) 70 555 49 19
Mərkəz: İnci Psixoloji Reabilitasiya
Mərkəzi Ünvan: Bakı şəh, Nizami r-nu, Özbəkistan küç 1, Yeni ev MTK, 32 nömrəli tam orta məktəblə üzbə üz (Q.Qarayev metrosunun yaxınlığı).
Əhmədli Filialı: Əhmədli metrosunun yanı, Sarayevo 18C küç, İdeal Parfumeriyanın yanı

ी¥ ✔

Dəyərli həkimlər,28 YANVAR 2022-ci il tarixində "Plazmolifting sistemi üzrə Plazmopunktura" mövzusunda keçiriləcək Maste...
14/01/2022

Dəyərli həkimlər,

28 YANVAR 2022-ci il tarixində "Plazmolifting sistemi üzrə Plazmopunktura" mövzusunda keçiriləcək Master-Class-a qeydiyyat başladı. Təlimçi - Dr. Leyla Səlimova. Sonda Beynəlxalq Sertifikat verilir.

Qeydiyyat başlayıb!
Əlavə məlumat üçün:

📌I www.medproinfo.com
📧I [email protected]
📱 I WhatsApp I (055) 444-63-13

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+99455 444 63 13

Alerts

Be the first to know and let us send you an email when Medproinfo Professional Tibbi İnformasiya Portalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medproinfo Professional Tibbi İnformasiya Portalı:

Share

Haqqımızda

MEDPROINFO - tibb mütəxəssislərinə yaxın və uzaq xarici ölkələrdən olan həmkarları ilə əlaqə saxlamağa imkan verən, peşəkar bir vasitə olan innovasion onlayn tibbi platformadır. Özünün xüsusi peşəkar komandasının köməyi ilə MEDPROINFO mütəxəssislərə bir-birlərini daha yaxından tanımaq, təcrübə mübadiləsi etmək, uğur və nailiyyətlərini paylaşmaq, tədbirlərdə görüşüb iştirak etmək və yeni tədbirlər təşkil etmək imkanı verir. Həmçinin öz sağlamlığının qayğısına qalan hər kəsin, tibb və sağlamlıq sferasında olan ən son yenilikləri izləməyə imkan verir.

Portalımız təcrübə keçmiş həkimlər, ayrı-ayrı tibb müəssisələri, müxtəlif istiqamətlərdə olan tibbi xidmətlər, eləcə də müxtəlif xəstəliklər, onların diaqnostikası və müalicə üsulları ilə bağlı yüksək keyfiyyətli və etibarlı məlumat əldə etməyə kömək edir. Bundan əlavə saytda tibbi mövzularda olan səmərəli məqalələrlə tanış olmaq, tibbdə olan ən son xəbərləri oxumaq və müxtəlif videomaterialları izləmək mümkündür. Portalımızın strukturu, onun müəyyən bir istifadəçi dairəsinə (tibb mütəxəssisləri üstünlük təşkil etməklə) ünvanlanmış olması və saytda təqdim olunan məlumatların daha rahat və məqsədyönlü istifadə edilməsinə imkan verir.

MEDPROİNFO-platformamıza üzv olan hər bir mütəxəssisə portalımızda elmi və ixtisaslaşdırılmış məqalələr dərc etməyə imkan verir. MEDPROINFO, portalın virtual məkanında mütəxəssislər üçün forumlar təşkil edir. Bu da öz növbəsində, üzvlərimizə digər tibb mütəxəssisləri ilə onları maraqlandıran məqamları, tibbi təcrübələrini diskussiya etməyə, həmçinin istifadəçilərin gündəliklərində şərhlər və peşəkar məsləhətlər verməyə imkan verəcəkdir. Bizə hər zaman portalımıza üzv olan mütəxəssislərimizin müxtəlif xəstəliklərin müasir müalicə metodları, onların qarşısının alınması və reabilitasiyasına olan faydalı fikirləri, yanaşma tərzləri maraqlıdır. Portalla işləmək və xidmətlərin tam siyahısına daxil olmaq üçün portalımızın pulsuz qeydiyyatından keçmək və e-mailə göndəriləcək sorğunu təsdiqləmək kifayətdir. Bu göstəricilər ilk növbədə sistem təhlükəsizliyinin təmin edilməsi, həmçinin, xidmətlərin tarixçəsini nəzərdən keçirmək və fərdi fayl kabinetinin saxlanılması ilə bağlıdır. Portalımızda qeydiyyatdan keçən şəxslər aşağıdakı güzəştləri əldə edirlər: 1. Qeydiyyatdan keçən şəxslər təşkil etdiyimiz tədbirlərdə güzəştli şəkildə iştirak etmək hüququ ilə təmin olunur. 2. Qeydiyyatdan keçən şəxslərin email ünvanlarına mütəmadi olaraq Azərbaycanda və xaricdə təşkil olunan tibbi tədbirlərlə (konfranslar, seminarlar, workshoplar, ixtisas artırma kursları) bağlı məlumatlar göndərilir. 3. Qeydiyyatdan keçən şəxslər istənilən sayda Medproinfo portalının uyğun bölmələrində elmi və öz təcrübələrinə əsaslanmış tibbi məqalələri yerləşdirə bilir. 4. Qeydiyyatdan keçən şəxslər ödənişsiz və ya güzəştli əsaslarla Azərbaycan və xaricdə nəşriyyatdan asılı olaraq məqalələrini dərc edə bilir. 5. Qeydiyyatdan keçən şəxslər şirkətimiz tərəfindən təşkil edilən “Meet-App”-larda təmənnasız iştirakları üçün dəvət olunur. Hədəfimiz Səhiyyə sahəsində tibbi biliklərin populyarlığına görə reytinqlərdə ön sıralarda olmaq, tibbi peşə mahiyyətinin, təcrübə və bacarıqların artırılmasında ən etibarlı bilik və informasiya mənbəyinə çevrilməkdir.

Əməkdaşlıq üçün təklif və tövsiyyələrinizi, bizimlə əlaqə saxlaya bilərsiniz: E-mail: [email protected] www.medproinfo.com Phone: +99455 444 63 13