11/03/2020
İstanbul Hava limanının adı verilən Səbihə Göyçən kimdir?
1913-cü ildə Bursa şəhərində məmur ailəsində anadan olub. Hər iki valideynini itirəndən sonra qohumları ilə yaşayırdı. Mustafa Kamal 1925-ci ildə Bursaya gələndə onu görmək üçün Səbihə bir fürsət tapdı və həqiqətən oxumaq istədiyini bildirdi. Atatürk 12 yaşlı bir qızın belə bir istəyinə biganə qala bilməzdi. Onu Ankaraya apardı və mənəvi 6 qızından biri etdi. Orada ibtidai məktəbə getdi, İstanbulda orta məktəbi bitirdi. Parisdə oxuyub. Eskişehir Uçuş Məktəbini bitirib.
⠀
1937-ci ildə Dersim bölgəsindəki döyüşlərdə iştirak etmək istəyini ifadə edərkən, Mustafa Kamal əsirlik dəhşətlərindən qorxaraq onu bu fikirdən yayındırmağa çalışdı. Lakin 24 yaşlı qız qəti niyyətini ifadə etdi və cəsarətlə tutulmayacağını bəyan etdi. Öz silahını ona təqdim edən Atatürk, Sabihanı hava limanına apardı.. Beləliklə, Səbihə dünyada ilk qadın- hərbi pilot oldu!
⠀
Bir düşünün: şərq qadını və dünyada ilk dəfə hərbi təyyarədə! Həyatı boyunca o, ümumilikdə 22 fərqli təyyarə modelini idarə edib, 8000 saatdan çox uçub. Türkkuşu Aviasiya Məktəbində əsas müəllim kimi çalışıb.
⠀
Səbihə - dünyanın ən nüfuzlu pilot mükafatını alan yeganə qadın idi- Amerika Hərbi Hava Qüvvələri Kollecindən "adını dünya tarixinə həkk edən 20 pilotdan biri" seçilir. Son uçuşunu 83 yaşında yerinə yetirdi. Göyçən soyadını isə ona Atatürk verib. 1940-cı ildə ailə quranda həyat yoldaşının soyadını götürmədi, əksinə öz soyadını ona da verdi, bu da ilk oldu.
Təəssüf ki, ailə qurduqdan 3 il sonra Səbihə dul qaldı. Səbihə Göyçən 88 yaşında vəfat etdi və Ankarada dəfn edildi.
@ Sabiha Gökçen Hava Limanı