02/11/2026
🌿 SIM KƏNDİ VƏ MANDARİN BAĞLARI: PAYIZIN MİSTİK YÜRÜŞÜ 🍊
Azərbaycanın sıldırım dağlarının qoynunda gizlənmiş, sehrli təbiəti və dərin tarixi ilə seçilən Sım kəndinə unudulmaz bir səyahətə hazırsız? 🏞️
Talış mədəniyyətinin incilərindən olan bu qədim məskən sizi əsrlər öncəsinə aparacaq. 12 qədim qəbiristanlıq, Ute məhəlləsindəki daş oyuqlar və hər daşın, hər ağacın pıçıldadığı sirlər Sım kəndinə mistik bir sükut qazandırır. 🌫️
🍊 Yürüşümüz sadəcə tarixlə bitmir! Marşrutumuz bizi Astaranın məşhur mandarin bağlarına aparacaq. Burada təbiətin sakitliyində dincələcək, ağacdan qopardığınız narıncı meyvələrin dadını çıxaracaq və payızın sehrini tam mənasıyla hiss edəcəyik. 🍊
📅 Tarix: 8 Noyabr
⏳ Son qeydiyyat: 7 Noyabr, saat 19:00
📌 TUR MƏLUMATLARI:
• Növ: Bir günlük yürüş (Hiking)
• Çətinlik dərəcəsi: Orta - Asan
• Uzunluq: 8 km (Gediş–gəliş)
• Müddət: 5–6 saat
• Başlanğıc hündürlüyü: 350 m
• Son hündürlük: 570 m
• Yaş həddi: 7+
⏰ TURUN PROQRAMI:
• 06:40 – Toplanış (Təyin olunmuş yerdə)
• 07:00 – 10:30 – Bakı → Astara, Mandarin bağları
• 12:00 – Sım kəndinə yola düşmə
• 13:00 – 17:00 – Sım kəndi, Sım şəlaləsi və Ballıqaya yürüşü
• 17:30 – 19:00 – Kənd evində isti çay fasiləsi
• 19:00 – 22:00 – Bakıya dönüş
✅ QİYMƏTƏ DAXİLDİR:
• Rahat nəqliyyat (Bakı – Astara – Sım kəndi – Bakı)
• Təcrübəli dağ bələdçisi
• Kənd evində çay süfrəsi
• Fotoçəkiliş
🎒 LAZIM OLAN LƏVAZİMATLAR:
Rahat yürüş ayaqqabısı (uzunboğaz tövsiyə olunur), 1 günlük bel çantası, əlavə isti geyim, termos, fərdi qida qabı/qaşıq dəsti, salfet və şəxsi əşyalar.
🔥 Qeyd: Ləvazimatları mağazasından satın ala bilərsiniz. Tura qoşulanlar üçün icarə ləvazimatlarına 20% ENDİRİM tətbiq olunur!
📥 QEYDİYYAT VƏ ƏLAQƏ:
Tura qoşulmaq üçün rəy bölməsində “Sım” yazın, biz sizə yazaq!
📱 (+994) 77-304-34-54 (Zəng & WhatsApp)