Hiking Azerbaijan

Hiking Azerbaijan Hiking Azerbaijan LLC is organizing ecological (adventure and extreme) tours to the lakes, waterfall

Sәhifәdә yeni vә ikinci әl (second hand) geyim, tәchizat vә avadanlıqların satışı hәyata keçirilir, bunlar arasında sport geyimlәr, təbiət şәraitindә yaşam, trekking etmәk üçün lazım ola bilәcәk әşyalara üstünlük verilir. Satışa qoyulan mәhsulların çox hissәsi ölkә xaricindәn gәtirilir vә daha çox ölkә әrazisindә tapılması çәtin olan, yuxarıda adı çәkilәn mәhsul növlәrinin satışına üstünlük verilir.

Qış mövsümünün ən həyəcanlı və unudulmaz macərasına qoşulun! ⛷️❄️😍 10-11 Yanvar trixində 2 günlük Şahdağ xizək turu sizə...
06/01/2026

Qış mövsümünün ən həyəcanlı və unudulmaz macərasına qoşulun! ⛷️❄️😍

10-11 Yanvar trixində 2 günlük Şahdağ xizək turu sizə təbiətin gözəlliyindən zövq almaq, xizək sürməyin sevincini yaşamaq və yeni dostlar qazanmaq üçün mükəmməl fürsət təqdim edir. Bu tur sizə tam rahatlıqla Şahdağın qış möcüzələrindən həzz almaq imkanı yaradır. Bakıdan Şahdağa, daha sonra Laza kəndinə və geri Bakı şəhərinə komfortlu nəqliyyat xidmətləri daxil olmaqla hər bir detal düşünülüb. Tur çərçivəsində gecələmə və yemək təcrübəsi Laza kəndində, yerli kənd evində baş tutacaq. Burada həm yerli dadlardan zövq alacaq, həm də kənd həyatının sakitliyini hiss edəcəksiniz. Tur iştirakçılarına xizək və snowboard avadanlığı, geyim kirayəsi, ski pass və təlimlər barədə konsultasiya təqdim olunur. Bununla yanaşı, fərqli səviyyələr üçün ideal xizək yamaclarında sərbəst vaxt keçirərək qardan və xizəkdən həzz alacaqsınız.

Bu tur sizi: Şahdağın qış mövsümündə təqdim etdiyi unikal mənzərələrə. Təcrübəli və ya yeni başlayan xizəkçilər üçün uyğun olan xizək yamaclarına. Yeni dostluqlar və unudulmaz xatirələrlə dolu macəraya aparacaq.

Qeyd: Tura təlim, xizək və snowboard avadanlığı, geyim, ski pass daxil deyil. Hazır olun və macəranıza başlayın! 🏔️❄️

📌 Ətraflı məlumat üçün BIO’dakı linkə daxil olun.

1 May tarixində Astaranın ucqar kəndlərindən olan Sım kəndinə və Sım şəlaləsinə yol alacağıq. Tur asan dərəcəlidir və da...
29/04/2022

1 May tarixində Astaranın ucqar kəndlərindən olan Sım kəndinə və Sım şəlaləsinə yol alacağıq. Tur asan dərəcəlidir və daha çox az məsafə qət edərək şəlaləyə çatmağa uyğunlaşdırılıb.
Tura kəndin aşağı hissəsindən başlayıb kəndin yuxarı çıxışına doğru yol alacağıq. Daha sonra bir müddət meşənin içi ilə irəliləyib Şəlaləyə çatırıq.
Marşrut boyu qət ediləcək məsafə 7.2 km, Asan dərəcəlidir.
Məsafə: 7.2 km
Başlanğıc hündürlük: 374m
Yekun hündürlük: 771m
Max hündürlük: 771m
Yoxuş: 434 m
Eniş: 37m
Çətinlik dərəcəsi: Asan
_________________________
06:30 - Toplanış yeri (N. Nərimanov metrosu “MC Donalds”ın qarşısı)
07:00 - 11:00 Bakı - Astara
11:00 - 14:00 Sım kəndi boyunca Sım şəlaləsinə yürüş
13:00 - 14:00 Nahar fasiləsi
14:00 - 16:00 Avtobusa geri dönüş
16:00 - 17:00 Çay fasiləsi
17:00 - 21:00 Astara - Bakı
_________________________
GƏRƏKLİ LƏVAZİMATLAR
- Bel çantası (20L)
- İsti və sukeçirməz geyim
- Təbiətdə gəzmək üçün rahat ayaqqabı (boot)
- Əlavə geyim
- Gün eynəyi
- Su qabı
- Yürüyüş çubuqları
- Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.)
_________________________
QEYD: Tura qoşulacaq şəxslərdən özləri ilə zəruri qida və su ehtiyyatlarını götürmələri xahiş olunur.
_______________________
TURUN 1 NƏFƏR ÜÇÜN QIYMƏTI 45 AZN
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Komfortlu maşın (Bakı-Astara-Bakı)
- Daxili Səyahət Sığortası
- Çay süfrəsi
- Dağ bələdçisi
_______________________
Qeydiyyat və ödəniş üçün son tarix: 29 Aprel 2022 saat 18:00.
Son qeydiyyat tarixindən sonra imtina olunarsa ödəniş geri qaytarılmır.
QEYD: İştirakçı sayı limitli olduğu üçün ilk ödəniş edənlər qeydə alınacaq. Maksimum say - 18.
_______________________
Çətinlik dərəcəsi: asan
_______________________
Qeydiyyata düşmək üçün əlaqə saxlayın:
✆ +994 (55) 896-37-67 | Mürsəl Qaşqay | (WhatsApp)

Şənbə günü 16 aprel tarixində Astaranın ucqar kəndlərindən olan Sım kəndinə və Sım şəlaləsinə yol alacağıq. Kəndin içind...
12/04/2022

Şənbə günü 16 aprel tarixində Astaranın ucqar kəndlərindən olan Sım kəndinə və Sım şəlaləsinə yol alacağıq. Kəndin içində haykingə başlayıb meşə içi cığır ilə "Ballı qaya"-nın üzərinə çıxırıq. Daha sonra yolumuzu davam edərək Sım şəlaləsinə çatacayıq.
Marşrut boyu qət ediləcək məsafə 7 km, Asan dərəcəlidir.

Məsafə: 7 km
Başlanğıc hündürlük: 374m
Yekun hündürlük: 771m
Max hündürlük: 771m
Yoxuş: 434 m
Eniş: 37m
Çətinlik dərəcəsi: Asan-Orta
_________________________
06:30 - Toplanış yeri (N. Nərimanov metrosu “MC Donalds”ın qarşısı)
07:00 - 11:00 Bakı - Astara (Sım)
11:00 - 14:00 Sım kəndi boyunca "Ballı Qaya" istiqamətinə hiking
13:00 - 14:00 Nahar yeməyi
14:00 - 15:00 Sım şəlaləsinə hiking
15:00 - 16:00 Avtobusa geri dönüş
16:00 - 17:00 Çay fasiləsi
17:00 - 21:00 Astara - Bakı
Qeyd: Göstərilən yürüş müddəti və Bakıya dönüş vaxt aralıqları şərtidir. Qrupun sürətindən asılı olaraq artıb-azala bilər.
_________________________
GƏRƏKLİ LƏVAZİMATLAR
- Bel çantası ( həcmi 20-30 litr)
- Yüngül tərlətməyən sükeçirtməz geyim, əlavə corab.
- Təbiətdə gəzmək üçün rahat və su keçirtməz ayaqqabı
- Əlavə geyim
- Şəxsi əşyalar (termos, salfet və s)
- Yürüyüş çubuqları
_________________________
QEYD: Tura qoşulacaq şəxslərdən özləri ilə zəruri qida və su ehtiyyatlarını götürmələri xahiş olunur.
_______________________
TURUN 1 NƏFƏR ÜÇÜN QIYMƏTI: 45 AZN
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
- Avtobus (Bakı-Sım-Bakı)
- Daxili Səyahət Sığortası
- Çay süfrəsi
- Dağ bələdçisi
_______________________
Qeydiyyat və ödəniş üçün son tarixi: 14 aprel 2022, saat 18:00

Son qeydiyyat tarixindən sonra imtina olunarsa ödəniş geri qaytarılmır. Ödəniş olunarkən məlumat verməyiniz xahiş olunur.

QEYD: İştirakçı sayı limitli olduğu üçün ilk ödəniş edənlər qeydə alınacaq. Maksimum say - 18.
_______________________
Çətinlik dərəcəsi: asan
_______________________
Qeydiyyata düşmək üçün əlaqə saxlayın:
✆ +994 (51) 981-11-93 | Abuzər Ağazadə | (WhatsApp)

27 Mart tarixində cənub zonasına doğru yol alırıq. Hirkan Milli Parkının Lənkəran rayon ərazisində yerləşən Xanbulan göl...
25/03/2021

27 Mart tarixində cənub zonasına doğru yol alırıq. Hirkan Milli Parkının Lənkəran rayon ərazisində yerləşən Xanbulan gölünə doğru Hirkan meşələri boyunca yürüş edəcəyik. Gölün sahilinə çatdıqdan sonra 2 km boyunca gölün müxtəlif sahil mənzərələrində yürüyüş edəcəyik. Qeyd edək ki, Xanbulan gölü gözəl mənzərəyə malik uzunluğu 5 km`ə yaxın eni isə 2 km`dən yuxarı olan, 1976-cı ildə istismara verilmiş su anbarıdır.
_____________________________
TURUN PROQRAMI
06:30 - Toplaşma ( N. Nərimanov metrosu “MC Donalds”ın qarşısı)
07:00 - 10:00 Bakı - Lənkəran
10:00 - 11:00 Lənkəran - Hirkan MP
11:00 - 14:00 Xanbulan gölünə doğru yürüşə başlayırıq
14:00 - 15:00 Nahar fasiləsi
15:00 - 17:00 Yürüşə davam edirik
17:00 - 18:00 Çay fasiləsi
18:00 - 21:00 Lənkəran - Bakı
__________________________________________

YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ - 45 AZN
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
Komfortlu Avtobus (Bakı-Hirkan MP-Bakı)
Milli Parka giriş
Tibbi sığorta
Çay süfrəsi
Dağ bələdçisi
Qeyd:Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
_____________________

Qeydiyyat ve ödəniş üçün son tarixi: 25 mart 2021, saat 18:00

Ödənişi E-manat ödəmə terminalından aşağıdakı ardıcıllıqla edə bilərsiniz.

Banklar - Rabitəbank - Fiziki şәxs - Hesaba mәdaxil:
1. AZE17566190
2. 13 01 1993.
Və ya 4189 8000 8074 6520 (Mursal Gasimov) kart nömrəsindən istifadə edərək köçürmə (Card to card) edə bilərsiniz.
QEYD: İştirakçı sayı limitli olduğu üçün ilk ödəniş edənlər qeydə alınacaq. Maksimum say - 18.
_____________________
GƏRƏKLİ LƏVAZİMATLAR
Bel çantası ( həcmi 15 litr və daha çox )
Təbiətdə gəzmək üçün rahat və su keçirtməz ayaqqabı
Əlavə geyim
Şəxsi əşyalar (termos, salfet və s)
_____________________

Çətinlik dərəcəsi: Asan
_____________________
Qeydiyyata düşmək üçün zəng edin:

✆ +994 (55) 896-37-67 | Mürsəl Qasımov | (WhatsApp)

Çıraqqalaya qarlı yol ❄☃️Dağdakı bu qarlı günlərdə bizə qoşulun🤗Snowy way to Chiraggala ❄☃️Join us in these snowy days i...
23/02/2021

Çıraqqalaya qarlı yol ❄☃️
Dağdakı bu qarlı günlərdə bizə qoşulun🤗

Snowy way to Chiraggala ❄☃️
Join us in these snowy days in the mountains 🤗

20.02.2021

Photos by Mursal Gasimov

Photos from Garanohur Hiking tour🤗07.02.2021By Mursal Gasımov
17/02/2021

Photos from Garanohur Hiking tour🤗

07.02.2021

By Mursal Gasımov

Ötən ilin Qrız şəlaləsi turumuzdan. Maşınlarımız qarlı-buzlu yollar üçün hazırlanır. 🏔️❄️Qrız, Quba - Fevral 2020Photos ...
24/01/2021

Ötən ilin Qrız şəlaləsi turumuzdan. Maşınlarımız qarlı-buzlu yollar üçün hazırlanır. 🏔️❄️

Qrız, Quba - Fevral 2020

Photos by

Qış yürüşlərindən ən maraqlılarından biri Donmuş Qaranohur gölü turumuzdur. Xüsusən də geri dönüş zamanı, sərt eniş oldu...
27/12/2020

Qış yürüşlərindən ən maraqlılarından biri Donmuş Qaranohur gölü turumuzdur. Xüsusən də geri dönüş zamanı, sərt eniş olduğundan istəkli və ya istəksiz sürüşməki olursan. Çox həzz alırdıq. 😍☃️

Qaranohur gölü 2019

Photo by

Hazırda Əmbil gölü tərəflərə qar yağır. Sabaha nağıl kimi olacaq oralar. Təəssüfki sizlərlə birlikdə gəzə bilmirik o cığ...
24/12/2020

Hazırda Əmbil gölü tərəflərə qar yağır. Sabaha nağıl kimi olacaq oralar. Təəssüfki sizlərlə birlikdə gəzə bilmirik o cığırlarda, hələki ancaq o abu-havanı verə biləcək şəkillərimizi paylaşa bilirik sizlərlə. ☃️☃️

Əmbil gölü, Şabran - 2020

Photos by Zamin Jafarov

Address

Baku

Telephone

+994506002017

Website

Alerts

Be the first to know and let us send you an email when Hiking Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share