05/03/2022
⚠️ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı
⠀
Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
⠀
Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar.
⠀
Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.
⠀
Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
⠀
Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik.
⠀
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər.
⠀
*
⠀
⚠️ Сообщение пресс-службы ЗАО «Азербайджанские Авиалинии»
⠀
По полученной информации, начиная с завтрашнего дня в связи с рисками, возникающими при международных полетах, по рекомендации Росавиации рейсы российских авиакомпаний в Азербайджан приостанавливаются на неопределенный срок.
⠀
Ситуация также обусловлена последними изменениями на международном рынке авиационного страхования и перестрахования, связанными с санкциями. Эти изменения коснулись также и деятельности Национального авиаперевозчика Азербайджана. В текущей ситуации AZAL и страховым компаниям необходимо детально проанализировать поменявшуюся обстановку, оценить все негативные и положительные воздействия, изучить все возможные перемены в своей политике.
⠀
Безопасность полетов является одним из краеугольных камней политики авиакомпании AZAL. Отсутствие возможности полноценного страхования при совершении международных полетов создает необоснованные риски для граждан наших стран, авиакомпаний и других юридических лиц.
⠀
В связи с вышеуказанным азербайджанские авиакомпании AZAL и Buta Airways с 08:00 6 марта приостанавливают все рейсы в города Российской Федерации.
⠀
Просим всех пассажиров следить за последней информацией о рейсах авиакомпании на страницах официальных аккаунтов авиакомпаний в социальных сетях и в средствах массовой информации.
⠀
Пассажиры отмененных рейсов вправе изменить дату вылета или вернуть стоимость билетов без применения штрафов.