13/08/2026
12 avqust tarixində Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) “Skal Baku” klubunun rəhbərliyi və turizm sənayesi nümayəndələrinin görüşü keçirilib.
Görüş zamanı turizm sektorunda mövcud vəziyyət və əsas problemlər, sahibkarların qarşılaşdığı çətinliklər, eləcə də sektorun inkişafına dair hazırlanmış təkliflər müzakirə olunub.
“Skal Baku” tərəfindən iyulun 15-də keçirilən genişmiqyaslı görüşün nəticəsi olaraq hazırlanan təkliflər aidiyyəti dövlət qurumlarına, özəl təşkilatlara və assosiasiyalara təqdim edilib.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov təkliflərin qarşıdakı görüşlərdə diqqətdə saxlanılacağını bildirib.
Turizmin davamlı inkişafı üçün dövlət, özəl sektor və sənaye nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. 🌍