"EcoTour Azerbaijan" Azərbaycanda davamlı və məsuliyyətli turizm növünü - ekoloji turizmin inkişafında dəstək olan bir qrumdur.
________________________________
Qısa olaraq Ekoturizm haqqında:
EKOTURİZM: Ekoturizm, yerli insanların həyat səviyyəsinin və ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş məhsuliyyətli turizm növüdür. Ekoturizmin başlıca konsepsiyalarına cavab verən davamlı inkişafın baş
lıca müzakirə obyekti ətraf mühitin qorunması və yerli əhalinin bu turizm növündən fayda götürməsidir. Hal-hazırda dünyanın bir çox ölkələri davamlı turizmin inkişafı proqramının həyata keçirilməsini bu və ya digər dərəcədə təmin edir və bu işdə ekoloji, elmi və mədəni turizmə daha artıq dərəcədə önəm verilir. Məlum olduğu kimi, ekoloji turizm çox böyük investtisiya qoyuluşları tələb etmir və əvəzində iqtisadi infrastrukturun inkişafına və bir çox sosial problemlərin həllinə əhəmiyyətli təsir göstərə bilir. Ancaq bu nailiyyətlərin əldə olunması üçün yerli əhalinin başlanğıc mərhələdən etibarən proseslərə cəlb edilməsi, ictimai məlumatlılığın və ekoloji maarifləndirmənin artırılması və yerlilərin əlavə iş yerləri ilə təmin edilməsi olduqca zəruridir. Belə ki, əgər tullantıların düzgün yönləndirilməsi və effektiv kanalizasiya sistemlərinin fəaliyyəti mövcud olmasa bu hal yerli sistemlərin səmərəliliyi üçün böyük təhlükə olar. Ekoturizm fəaliyyətləri potensial ətraf mühit təsirlərinin elmi nəzəriyyələrinə əsaslandırılmışdır və yerli, regional ətraf mühitlə bağlı fəaliyyətlərin planlaşdırılması, ekoloji təhlükələrin azaldılması strategiyaları, dəyişikliklərin monitorinqi və ekosistemdə ciddi dəyişmələrin öncədən müəyyən edilə bilməsi ilə xarakterizə olunur. Mühafizə olunan və ətrafındaki ərazilərdə yaşayan yerli icma müəyyən qərarların qəbulunda iştirak etməli və təbiət resurslarının düşünülmüş istifadəsindən müəyyən faydaları götürməlidirlər. Bununla yanaşı yerli QHT-lərin də ətraf mühitin mühafizəsinə aid tədbirlərinə cəlb olunması xüsusi əhəmiyyətə malik olub davamlı turizmin inkişafı və idarə olunması məsələlərində böyük töhvələr verə bilər.
- təbiətdən götürdüyümüz sərvəti ata-babalarımızdan miras almadıq gələcək nəsillərimizdən borc götürdük və ehtiyacımızı ödəyəcək qədər istifadə edib sonra qaytarmalıyıq -