Tourest

Tourest Təbiətin gözəlliklərini bizimlə kəşf edin!

Bəzən yürüş botlarımızı geyinib çətin bir cığırla mübarizə apararaq irəliləmək, bəzən isə sadəcə təbiətdə tənbəl yürüyüş...
07/08/2023

Bəzən yürüş botlarımızı geyinib çətin bir cığırla mübarizə apararaq irəliləmək, bəzən isə sadəcə təbiətdə tənbəl yürüyüş etmək istəyirik. Bu dəfə yolumuz orta çətinlik dərəcəsində olan,
yüksəkliyə qalxdıqca gözəl mənzərələrə açılan, subalp və alp çəmənliklərində yerləşən yaylaqlardan keçəcək.
Gedəcəyimiz yaylaq Baş Suayırıcı silsilədə, Qəbələ rayonunun Qəmərvan kəndi ərazisində, Quzğunqaya dağının ətəyində, 2100-2300 metr yüksəklikdə yerləşir. Böyük Qafqazın Bazardüzü, Bazaryurd, Raqdan zirvələrinin möhtəşəm mənzərəsini görə biləcəyiniz maraqlı bir yürüşə qatılmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın 💚

Qeydiyyat üçün +994504660265

5 Dekabr tarixində Laza kəndinin şəlalələrindən Kuzun kəndinə dağ-meşə cığırı ilə yürüş edirik.Laza kəndi- Şahdağ platos...
01/12/2021

5 Dekabr tarixində Laza kəndinin şəlalələrindən Kuzun kəndinə dağ-meşə cığırı ilə yürüş edirik.

Laza kəndi- Şahdağ platosu ilə Qızılqaya platosunun arasında Qusarçayın yaxınlığında 1600 m yüksəklikdə yerləşir. Kənddə 30-dan çox ev var. Əhalisi ləzgilərdir.

Kuzun kəndi- 1300 metr yüksəklidə. Qusarçay dərəsində yerləşir. Kənddə təxminən 100 ev var. Əhalisi ləzgilərdir.

Proqram
07:00 -Toplanma ( Koroğlu m/s və Şamaxinka )
07:30 - Yola düşmə
10.30 - Laza kəndinə çatma.
11:00 - Laza şəlalələrinə yürüş
12:00 - Kuzun kəndinə doğru yola düşürük
13:00 - Nahar fasiləsi,sərbəst vaxt (ocaqda çay .)
18:00 - Kuzun kəndinə çatırıq
18:30 - Bakıya yola düşürük
21:30 - Bakıya çatma

Yürüş zamanı sizə lazım olacaq əşyalar:
GƏRƏKLİ LƏVAZİMATLAR
1. Bel çantası ( həcmi 15 litr və daha çox )
2. Təbiətdə gəzmək üçün rahat ayaqqabı
3. Əlavə geyim
4. Stəkan
6.Şəxsi əşyalar (termos, salfet və s.)
7.. Özünüzlə nahar üçün əlavə yemək götürün.
( Qurumeyvələr, çərəzlər, meyvə, tərəvəz. konserv,sosis və s. )

TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 35 AZN
___________________________________
Ödənişə daxildir:
- Komfortlu nəqliyyat
- Ocaqda çay və pomidor yumurta
- 2 Dağ bələdçisi
- Yürüş şəkilləri

Qeyd: Yürüşə 24 saat qalmış iştirakdan imtina edilərsə ödənişin 50 faizi geri qaytarılır.

Hava şəraitindən aslı olaraq yürüşün tarixi dəyişdirilə, təxirə salına yaxud proqramda dəyişikliklər edilə bilər

Qeydiyyat üçün : 0709553353

Bu dəfə gedirik payızın sonlarını görməyə 😍Dilman kəndi Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sülh müqavilə...
19/11/2021

Bu dəfə gedirik payızın sonlarını görməyə 😍

Dilman kəndi Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sülh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nın Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır.
Ağsunun İsmayıllı ilə qonşuluğunda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. 1919-cu il tarixində ermənilər tərəfindən Dilman kəndində 558 nəfər öldürülmüşdür.
Kənd əvvəllər Şamaxı rayonunun inzibati ərazisinə daxil olub, daha sonra Ağsu rayonuna daxil edilib.
_______________________
YÜRÜŞÜN PROQRAMI
07:20 - qədər toplanış,( Koroğlu metrosu və Şamaxinka adlanan ərazidən )
07:30 – Bakıdan Ağsuya yola düşmə,
10:30 – Kənddən şəlaləyə doğru yürüşə başlama,
12:00 – Şəlaləyə çatma,
12:00 - Sərbəst vaxt, çay və nahar fasiləsi,
15:30 – Geri qayıtma,
17:00 – Bakıya yola düşmə,
20:00 – Bakıya çatırıq
Qeyd: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec də ola bilər

YÜRÜŞ BARƏDƏ MƏLUMAT
- Məsafə: ümumi 6 km
- Çətinlik dərəcəsi: yürüş vərdişi olanlar üçün asan
- Yürüşə başlanılan nöqtənin hündürlüyü təxminən 970 m
- Duracağımız son nöqtənin hündürlüyü təxminən 1080 m
_______________________
LƏVAZİMATLAR
- Bel çantası (həcmi 10-30 litr),
- Rahat geyim, su və külək keçirməyən gödəkçə,
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı,
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.),
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Qeyd: Özünüzlə nahara əlavə qida (çörəkarası, şirniyyat) və su ehtiyatı götürməyi unutmayın.
_____________________________

TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 29 AZN
___________________________________

QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR
- Rahat avtobus ,
- Milli parka giriş,
- 2 Dağ bələdçisi,
- Çay süfrəsi
- Ocaqda nahar

QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin :
070 955 33 53 ( Whatsapp aktivdir)

23 Oktyabr tarixində  Oğuz rayonu ərazisində yerləşən Qaladuz şəlaləsinə və 1024 yaşında çinar ağacına yürüşümüz (Hiking...
16/10/2021

23 Oktyabr tarixində Oğuz rayonu ərazisində yerləşən Qaladuz şəlaləsinə və 1024 yaşında çinar ağacına yürüşümüz (Hiking) olacaq.

Qaladuz şəlaləsi Oğuz rayonu yaxınlığında Şahdağ milli parkı ərazisində çay dərəsində yerləşir.

Çinar ağac haqqında belə bir deyim var:bir zaman xristianlar , hücumdan qorunmaq üçün Evanqiliya kitabını bir yerdə torpağa basdırıb üstünnən də çinar ağacının toxumunu əkiblər. Həmin toxumdan belə bir böyük ağac əmələ gəlib.indi bu ağac olan yer muqəddəs sayılır.onun altında şamlar yandırır,arzular tutulur"

Yolumuz meşə içi cığır və çay yatağı ilə davam edəcək.

Detallar:
Ümümi yürüş uzunluğu: 12 km
Çətinlik dərəcəsi: asan

Yürüş proqramı:
06:45 - Toplanış (Koroğlu m/s və Şamaxinka)
07:00 - Yola düşmə
11:20 - Oğuz rayonu
11:30 - Yürüşə başlayırıq
13:30 – Şəlaləyə çatırıq
13:30 - 15:30 Asudə vaxt, Nahar fasiləsi (Ocaqda çay )
16:00 - Şəlalədən geri qayıdırıq
18:20- Çinar ağacına çatırıq
19:00 - Bakıya yola düşmə
23:00 - Bakıdayıq
________________________________
Yürüş üçün lazımi ləvazimatlar:
- Bel çantası
- Yürüş ayaqqabısı,
- isti geyim(asudə vaxtda geyinmək üçün)
- Ehtiyat corab, köynək
- Su qabı, Su
- Stəkan
- Özünüzlə nahar üçün yemək götürün. (Quru meyvələr, çərəzlər,
meyvə, tərəvəz. konserv, sosis və s. )

TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 42 AZN
___________________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR
- Komfortlu nəqliyyat
- Milli parka giriş biletləri
- 2 Dağ bələdçisi
- Daxili səyahət siğortası
- Ocaqda çay
-Yürüş şəkilləri
____________________________________________
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin:
+994 70 955 33 53 (WhatsApp aktivdir)
* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər məlumat verilməlidir, əks təqdirdə ödənişin 50%-i geri qaytarılmır

3 oktyabr Əmbil Gölünə yürüşƏziz təbiət sevərlər bu dəfə yolumuz  Şabran rayonu , Zeyvə kəndində  dəniz səviyyəsindən tə...
28/09/2021

3 oktyabr Əmbil Gölünə yürüş

Əziz təbiət sevərlər bu dəfə yolumuz Şabran rayonu , Zeyvə kəndində dəniz səviyyəsindən təxminən 960 metr hündürlükdə yerləşən, Azərbaycanın ən gözəl dağ göllərindən biri olan Əmbil gölünədir

Qeydiyyat üçün : +994 70 955 33 53 ( Whatsap aktivdir)

Foto :

Əziz yürüş həvəskarları bu dəfə yolumuz tarixi Duruca kəndinə və kənd yaxınlığında yerləşən Duruca şəlaləsinə olacaq  Du...
01/09/2021

Əziz yürüş həvəskarları bu dəfə yolumuz tarixi Duruca kəndinə və kənd yaxınlığında yerləşən Duruca şəlaləsinə olacaq
Duruca kəndi Qəbələ rayonunun ən ucqar dağ kəndlərindən biridir .Kənd dörd tərəfi dağlar,sıldırım qayalar və meşələrlə əhatə olunmuşdur.Kənddə 120-yə yaxın ev vardır.Kənd əhalisi əsasən köçəri qoyunçuluqla məşğul olur.Kəndin yaxınlığında olduqca gözəl Duruca şəlaləsi yerləşir. Yürüşümdə məhz bu gözəl şəlaləyə olacaqdır.
Şəlalə bir neçə mərtəbədən ibarətdir və hər mərtəbənin özünə məxsus gözəlliyi vardır.

Qeydiyyat üçün +99450 4660265

Yürüş vaxtı gəldi! Kimlər bizə qoşulur? 🥾Yaşıl , xoş ətirli meşədən, buz kimi şəlalə və çaydan bir sözlə füsünkar landşa...
22/07/2021

Yürüş vaxtı gəldi! Kimlər bizə qoşulur? 🥾
Yaşıl , xoş ətirli meşədən, buz kimi şəlalə və çaydan bir sözlə füsünkar landşafdan zövq almağa gedirik. Yolumuz haradır? Quruçay şlaləsi. Çay dərəsi boyu mənzərələri sadəcə görmək lazımdır😮.

25 iyul tarixində yolumuz Quruçay şəlaləsinə olacaq.
Qoşulmaq üçün +994 50 4660265

Addım addım getdik çıxdıq Qalacığa. Səmimi kollektivlə bir gün daha yaddaşlara həkk olundu. 10 iyul 2021 tarixində baş t...
13/07/2021

Addım addım getdik çıxdıq Qalacığa. Səmimi kollektivlə bir gün daha yaddaşlara həkk olundu.
10 iyul 2021 tarixində baş tutan yürüşmüzdən xoş anılar🐝

İsmayıllı, Qalacıq şəlaləsindən qalan anılar
11/07/2021

İsmayıllı, Qalacıq şəlaləsindən qalan anılar

Address

Baku
AZ1065

Telephone

+994709553353

Website

Alerts

Be the first to know and let us send you an email when Tourest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share