11/08/2012
Qədr gecəsinin fəziləti Qədr gecəsinin fəzilətli olması üçün onun
barəsində Qədr surəsinin nazil olması
kifayət edər.
"(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan
bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh
(Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən
gələn ilin Qədr gecəsinədək dünyada baş
verəcək) hər bir işdən dolayı (Allah
dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr
gecəsi heç bir bəla nazil olmaz, o,
bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O
gecə mələklər yer üzündə gəzib Allahın
müxlis bəndələrinə salam verərlər. Buna
görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)[4] Qüsl etmək. (Ən fəzilətli vaxtı gün batan
vaxtdır.)
İşa namazından sonra iki rəkət namaz
qılmaq. Namazların hər rəkətində Həmd
surəsindən sonra 7 dəfə İxlas surəsini
oxumaq. Namazdan sonra 70 dəfə "Əstəğfirullahə və
ətubu ileyh" demək.
Bu gecə tövbə edib, bağışlanmaq diləmək,
Quran oxumaq, dua etmək bəyənilən
işlərdəndir. Boynunda qəza namazları
olanlar daha yaxşı olar ki, qəza namazı da qılsınlar.
Dualardan "Coşən Kəbir" duasını oxumaq
daha çox təkid olunub. Belə ki, bu duada
Allahın 1001 adı çəkilir və ehtimal olunur
ki, Əsmaül-hüsna (Allahın ən gözəl adları)
bu adların içərisindədir. Bu duadan sonra hacətlərini Allahdan istəsən onların icabət
olunması ehtimalı böyükdür.
↑ Bəqərə surəsi, 185-ci ayə
↑ Qədr surəsi, 1-ci ayə
↑ Ələq surəsi, 1-5-ci ayələr
↑ Qədr surəsi, 2-5-ci ayələr
Betul Ebu-Turabi