Majesty Group Azerbaijan

Majesty Group Azerbaijan Book your cheap flight tickets and travel tour packets from us. Buy your cheap flight tickets and travel tour packets from us.

10/08/2020

😉

Diqqət !!! Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi r...
14/06/2020

Diqqət !!!

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.

Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.

İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaq.

Bakı-İstanbul reyslərinə 1-ci Terminalda xidmət göstəriləcək.

İstanbuldan uçuş zamanı qeydiyyat masasında İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən təqdim edilən və reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir. Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə edilmişdir.

Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar. Lakin COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.

Bir daha xatırladırıq ki, İstanbul-Bakı reysinə qeydiyyata yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslərdə həm uçuş və çıxış hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M.

AZAL sərnişinləri Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.

Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalniz qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.

23/05/2020
Karantindən sonra hansı ölkəyə səyahət etmək niyyətindəsiniz?
18/04/2020

Karantindən sonra hansı ölkəyə səyahət etmək niyyətindəsiniz?

DIQQƏT!!! Aviabiletlərin qaytarılması şərtləri.Son günlər aviaşirkətlərin müəyyən istiqamətlər üzrə uçuşların dəyandırıl...
14/03/2020

DIQQƏT!!! Aviabiletlərin qaytarılması şərtləri.
Son günlər aviaşirkətlərin müəyyən istiqamətlər üzrə uçuşların dəyandırılması və biletlərin qaytarılması ilə bağlı anlaşmamazlıqlar yaranmışdır. Biz bununla bağlı aydınlıq gətirmək istərdik.
-----------
Aviaşirkət tərəfindən ləğv edilən uçuşlarda biletlər tam ödənişsiz olaraq qaytarılır.
---
Müştəri tərəfindən uçuşu ləğv edilməyən reys üzrə bilet qaytarıldıqda adi qaydada olduğu kimi təyin edilmiş şərtlər üzrə cərimə ilə həyata keçirilir.

1⃣. Çex Respublikası 12 Martdan etibarən ölkədə 30 günlük fövqəladə vəziyyət elan etdi. İspaniya, Almaniya, Avstriya, İr...
13/03/2020

1⃣. Çex Respublikası 12 Martdan etibarən ölkədə 30 günlük fövqəladə vəziyyət elan etdi. İspaniya, Almaniya, Avstriya, İran, İtaliya, Çin, Cənubi Koreya, Birləşmiş Krallıq, Norveç, Danimarka, Fransadan gələn turistlərə isə ölkəyə giriş qadağandır.
2⃣. Donald Trump 26 Avropa ölkəsindən Amerikaya uçuşları məhdudlaşdırıb.
3⃣. Hindistan 15 Aprel tarixinədək ölkəyə turist axınını ban edib. Sizin aktiv vizanız varsa belə ölkəyə giriş qadağandır.
4⃣. İtaliya virusun daha çox yayılmaması üçün 4 Aprel tarixinədək turist gəlişinə ban qoyub.
5⃣. Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin, əcnəbi ölkə vətəndaşları COVİD-19 testindən keçirilə bilər.

Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan Respublikası vətəndaşları 14 və ya tələb olunduğu halda, 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.
6⃣. Avstraliya 14 gün ərzində Çin ərazisində olmuş əcnəbilərə ölkəyə girişi qadağan edib.
7⃣. Avstriya İtaliya, Çin, Cənubi Koreyadan gələn uçuşları ban edib. Transit zona kimi Avstriya üzərindən uçuşlar hələ ki, dəvam edəcək.
8⃣. Çin ölkəyə gələn turistləri məcburi 14 günlük karantin halında saxlayır.
9⃣. Yunanıstanın baş naziri 1 Mart tarixindən virusun daha çox yayılmaması üçün sığınacaq üçün müraciətləri dayandırıb.
1⃣0⃣. Honq-Konqa 14 gün ərzində Cənubi Koreya və Çində olmuş insanların girişi qadağandır. O ərazilərdə olmuş yerli əhali isə məcburi 14 gün karantində saxlanılır.
1⃣1⃣. İndoneziyada da 14 gün ərzində İtaliya, Çin və Cənubi Koreyada olan insanların (yerli əhali xaric) ölkəyə girişi qadağandır.
1⃣2⃣. Yaponiyada da eyni ile İndoneziyada olan qayda keçərlidir.
1⃣3⃣. Malayziya Çin, Cənubi Koreya, İtaliya, Yaponiya, İran, İtaliya, Danimarkadan gələn turistləri ölkəyə buraxmır.
1⃣4⃣. Norveç isə 26 Mart tarixinədək gələn turistləri iki həftəlik karantində saxlayacağını bildirib.
1⃣5⃣. Cənubi Koreya son 14 gün Çinin Hubei əyalətində olan turistləri ölkəyə buraxmır.
1⃣6⃣. Türkiyə 14 gün ərzində Çin, İran, İraq, İtaliya, Cənubi Koreyadan olan turistlərin ölkəyə girişini və tranzit uçuşunu qadağan edib. Bu qadağa Türkiyə vətəndaşları üçün qüvvədə deyil.

“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər...
25/01/2020

“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub.

Bununla bağlı qərarı yanvarın 23-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb.

Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, o cümlədən istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir.

Sənəd turizm reyestri turizm ehtiyatları, o cümlədən turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə birləşdirən elektron dövlət informasiya ehtiyatını özündə əks etdirir.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edəcək. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsiz olacaq.

https://cabmin.gov.az/az/document/4244/

20/01/2020

İstirahət, haqqınızdır. İndi al sonra ödə. Həm də hissə hissə ödəmək şərti ilə. Majesty Group+994 55 304 0 304+994 12 49...
11/01/2020

İstirahət, haqqınızdır.
İndi al sonra ödə. Həm də hissə hissə ödəmək şərti ilə.

Majesty Group
+994 55 304 0 304
+994 12 498 89 85
[email protected]

Əziz dostlar, Türkiyə kurrortlarına erkən rezervasiya qiymətləri artıq təqdim edilməkdədir. Sizləri bu fürsətdən maksimu...
10/01/2020

Əziz dostlar,
Türkiyə kurrortlarına erkən rezervasiya qiymətləri artıq təqdim edilməkdədir. Sizləri bu fürsətdən maksimum yararlanmağa çağırırıq. Belə ki, 30% ilkin ödəniş etməklə siz istədiyiniz səyahət paketini əldə edə bilərsiniz.
Majesty Group
+994 55 304 0 304
+994 12 498 89 85
[email protected]

Yeni iliniz mübarək.
31/12/2019

Yeni iliniz mübarək.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin doğum günüdür.58 yaşınız mübarək Cən...
24/12/2019

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin doğum günüdür.
58 yaşınız mübarək Cənab Prezident.

Address

Üzeyir Hajibəyov 10/12
Baku
1010

Alerts

Be the first to know and let us send you an email when Majesty Group Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category