Baku Alpine Club

Call Directions Website Contact the business

Baku Alpine Club Baku Alpine Club (BAC) was founded on 02.04.2018

Şahdağ Azərbaycanın ikinci ən hündür massivinin ən hündür zirvəsidir (4243 m). Ən çox çıxılan və çoxlu maraqlı marşrutla...
21/08/2026

Şahdağ Azərbaycanın ikinci ən hündür massivinin ən hündür zirvəsidir (4243 m). Ən çox çıxılan və çoxlu maraqlı marşrutları olan zirvədir.
Azərbaycanın qar bəbiri (7x4000m) proqramına daxil olan zirvədir.

TURUN PROQRAMI:
🚩Gün 1.
06:00 Bakıdan çıxış.
11:00 Xınalıq kəndinə çatma.
11:30 Şahyaylaq düşərgəsinə (2700m) yola düşürük. 4×4 nəqliyyatla (1-1.5 saat)
13:00 Yuxarı düşərgəyə (3100m) doğru yürüş. (piyada 2 saat)
15:00 Şahdağ düşərgəsinə çatırıq. Düşərgənin qurulması.
16:00 - 18:00 Yüngül hiking və Aklimatizasiya 30-50 dərəcəli otlu və daşlı yamaclarda hərəkət və sığorta növləri təlimi.
18:00-19:00 Şam yeməyi və brifinq
20:00 Gecələmək .

🚩Gün 2.
04:00-də Şahdağ zirvəsinə(4243 m.) yürüşə başlıyırıq (5-6 saat).
10:00 Zirvə.
14:00 Düşərgəyə (3100m) geri dönmə.
20:00 Düşərgədə gecələmə

🚩Gün 3
09:00 Düşərgənin yığılması
10:30 Xınalığa 4×4 dağ maşınları ilə eniş.
12:00 Xınalıqdan Bakıya qayıdış.

🚩LAZIMİ LƏVAZİMATLAR:
• Bel çantası (backpack) ( 50 LT- 70 LT)
• Yataq kisəsi
• Yürüş çubuqları
• Tozluq
• Su keçirməz bot ( Waterproof)
• Su keçirməyən kurtka ( Gore-tex )
• Gün eynəyi
• Əlcək, papaq
• Dəyişiklik geyim ( İsti polar və s.)
• Corab 2 cüt ( Termo)
• Gündən qorunmağa krem
• Tibb çantası ( şəxsi dərman və gigiyenik vasitələr)
• Termos və su qabı
• Tur boyu yemək və su
• Alın fənəri
• Yağmurluq
• Krampon

🚩Turun qiymətinə daxildir:
• Səyahət sığortası
• Dövlət Sərhəd xidmətinin icazəsi
• Şahdağ Milli Parka giriş icazəsi
• Fövqəladə Hallar nazirliyinin icazəsi
• Şahdağ Milli parka giriş biletləri
• Yürüş zamanı peşəkar 2 və ya 3 bələdçi (Alpinistlərin (iştirakçılarının) sayından asılı olaraq)
• Sadə dağ relyefində təhlükəsiz hərəkət etmə təlimi
• Bakı–Xınalıq–Bakı nəqliyyat
• 4×4 avtomobil (Xınalıq–Yarıdağ düşərgəsi–Xınalıq)
• Çadır
• Mat
• Primus, (qorelka), qaz balonu.
• Tur zamanı su və isti çay

12/08/2026

Son qeydiyyat tarixi 30 Avqust

28/07/2026

25 İyul, saat 04:30 da, 3300 metrdən yürüşə başladıq və saat 09:00 da artıq zirvədə idik. Ən sürətli qruplarımızdan oldu yürüş iştirakçıları😍 Hər birinizi zirvə mübasibətilə təbrik edirik və yeni zirvələr arzu edirik. Həmişə zirvələrdə dostlar 💙
Sən də onlar kimi zirvələri fəth etmək istəyirsənsə, bizə qoşul !💙

23/07/2026

Tura qoşulmaq və ətraflı məlumat üçün whatsapp nömrəmizə yazın

wa.me/994555546624

26/06/2026

Azərbaycann ən hündür zirvəsi Bazardüzü.
Qeydiyyat və ətraflı məlumat üçün, WhatsApp üzərindən yazın.
+994 55 554 66 24

18/06/2026

Yerlər məhduddur. Qeydiyyat və ətraflı məlumat üçün bizə WhatsApp üzərindən yazın.
+994 55 554 66 24

17/06/2026

Last registration date 20th of June
+994 55 554 66 24

10/06/2026

Kiçik Qafqaz dağlarının ən gözəl zirvələrindən biri olan Kəpəzə yürüş edəcəyik.
( for English messages us on WhatsApp)
Turun Proqramı
🔴 18 İyul
06:00 - 12:00 Bakı-Gəncə-Toğana
13:00 - Milli Parka Giriş
13:00 - 16:00 Göygöl gəzinti
19:00 - 20:00 Kotteclərə yerləşirik
20:00 - 22:00 Axşam yeməyi, Asudə vaxt
23:00 dan sonra səs salıb, digər iştirakçılara yatmağa mane olmaq qadağandır.
_________________________
🔴 19 İyul

04:00 - 05:00 Yuxudan oyanıb hazırlaşırıq
05:00 - 07:00 Kəpəz dağının ətəyinə gedirik
07:00 - 11:00 Zirvəyə yürüş
11:00 - 12:00 Zirvəyə çatırıq 30 dəqiqə ərzində foto çəkiliş və çay içirib istirahət edirik.
12:00 - 14:00 Geri dönüş
14:00 - 16:00 Toğana kəndinə dönüş
16:00 - 17:00 İstirahət
17:30 - 23:00 Toğana - Bakı

QİYMƏTƏ DAXİLDİR:
- Komfortlu Avtobus (Bakı-Toğana-Bakı)
- Səyahət Sığortası
- 4x4 maşın (Toğana-Kəpəz-Toğana)
- ETSN`dən icazə
- FHN`dən icazə
- Milli Parka giriş (2 dəfə)
- Kotteclərdə gecələmə
- Dağ bələdçisi

📍Lazımı Ləvazimatlar
• 30-40 litr həcmində bel çantası
• Yürüş çubuqları
• Tozluq
• Su keçirməz bot ( Waterproof)
• Su keçirməyən kurtka ( Gore-tex )
•Su keçirməyən şalvar ( Gore-tex )
• Gün eynəyi
• Əlcək 2 cüt, papaq
• Dəyişiklik geyim ( İsti polar və s.)
• Corab 2 cüt ( Termo)
• Gündən qorunmağa krem spf 50+
• Tibb çantası ( şəxsi dərman və gigiyenik vasitələr)
• Termos və su qabı
• Qab-qaşıq, fincan.
• Tur boyu yemək və su
• Alın fənəri

Qiymət: 170 AZN
Qeyd:Turun sifarişi və ödənişi tur tarixindən ən azı 5 gün əvvəldən olunmalıdır (şəxsiyyət vəsiqəsinin (pasportun) dövlət qürumlarından icazə almaq üçün vacibdir).
• Tura qoşulacaq şəxslər özləri ilə zəruri su və qida götürmələri xahiş olunur.
• İştirakçı sayı limitli olduğuna görə ilk ödəniş edənlər qeydə alınacaq.
🟥Qeyd: Tura 3 gün qalmış imtina edildikdə ödənişinizin 50 faizi geri qaytarılır.
Tura 24 saat qalmış turdan imtina edildikdə ödənişiniz geri qaytarılmır.
🟥 Qeyd Hava şəraiti ilə əlaqədar tur təxirə salına və ya tarixi dəyişdirilə bilər. Belə olan halda ödənişlər tam geri qaytarılır

Qeydiyyatdan keçmək üçün
whatsapp nömrəmizə yazın.
+944 55 554 66 24 Vüsalə x.

Heydər və Atatürk zirvələriTarix: 18-19 İyulTURUN PROQRAMI: Gün 1️⃣06:00 Gənclik metrosu yaxınlığında toplanırıq•06:100-...
27/05/2026

Heydər və Atatürk zirvələri
Tarix: 18-19 İyul
TURUN PROQRAMI:
Gün 1️⃣
06:00 Gənclik metrosu yaxınlığında toplanırıq
•06:100-11:00 Bakı-Quba-Xınalıq istiqamətində yola düşürük.
•11:00-12:00 Xınalıq (2100m) kəndindən 4×4 dağ maşınları ilə Heydər zirvəsinin ətəyinə Atəşgah düşərgəsinə (2500m) yola düşürük
•12:00-14:00 Atəşgah düşərgəsinən 2900 metr hündürlüyə qalxırıq – 1-2 saat (piyada)
•14:00-15:00 düşərgənin(2900m) qurulması və nahar, gecəni çadırlarda keçiririk.
•16:00-19:00 akklimatizasiya çıxışı 3200 metrə kimi və sadə dağ relyefində təhlükəsiz hərəkət etmə təlimi.
Gün 2️⃣
•05:00-da Heydər (3751 m) və Atatürk (3759 m) zirvələrə yürüşə başlıyırıq (5 - 6 saat). Öncə Heydər zirvəsi daha sonra Atatürk zirvəsinə (40 dəqiqə)
•10:00 Heydər zirvəsinə çatdıqda Böyük Qafqaz dağlarının Azərbaycanın ən hündür zirvlərinə (Şahdağ, Bazardüzü, Tufan və s.) gözəl mənzərə açılır.
•11:00 Atatürk zirvəsi
•12:00-15:00 Zirvədən düşərgəyə (2900m)
•15:00-16:00 atəşgah düşərgəsinə(2500m) eniş.
•16:00-16:30 Xınalığa 4×4 dağ maşınları ilə eniş.
•17:00-22:00 Bakıya qayıdış.
LAZIMİ LƏVAZİMATLAR: ⬇️
- Bel çantası (backpack) ( 50 LT- 70 LT)
- Yataq kisəsi
- Mat (varsa götürün,yoxdursa bizə bildirin biz təşkil edək)
- Yürüş çubuqları
- Tozluq
- Su keçirməz bot ( Waterproof)
- Su keçirməyən kurtka ( Gore-tex )
- Gün eynəyi
- Əlcək, papaq
- Dəyişiklik geyim ( İsti polar və s.)
- Corab 2 cüt ( Termo)
- Gündən qorunmağa krem
- Tibb çantası ( şəxsi dərman və gigiyenik vasitələr)
- Termos və su qabı
- Tur boyu yemək və su
- Alın fənəri
Ardı Şərhdə ⬇️

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Baku Alpine Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baku Alpine Club:

Shortcuts

Share

Category

Nearby travel agencies