Azərbaycan Texniki Universiteti Debat Klubu

Azərbaycan Texniki Universiteti Debat Klubu Azərbaycan Texniki Universitetinin Debat Klubu
3-cü korpus 1-ci mərtəbə

DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) öz fəaliyyətinə 1998-ci ildən başlamışdır və 14 illik tarixi inkişaf yolu keçərək artıq Azərbaycanda gənc liderlərin yetişdirilməsinə öz tövhəsini verən bir qurum kimi çıxış edir. Təşkilatın missiyası müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Missiyası çərçivəsində təşkilat tədbirlərin təşkili, korporativ sosial məsuliyyət layihələrinin icrası, dövlət və özəl qurumları tərəfindən verilənn sosial sifarişlərin həyata keçirilməsi, gənclər və təhsil siyasəti sahəsində 14 illik təcrübəyə yiyələnmişdir. Bu gün təşkilatın sosial xidmətlərindən yararlanan və təşəbbüsləri dəstəklənmiş şəxslərin sayı 22000-dən artıqdır. Təşkilatın fəaliyyəti Azərbaycanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə edərək, 8 regional nümayəndəlik / mərkəzlər vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005-ci və 2007-ci illərdə ilin ən fəal gənclər QHT-si kimi xüsusi diplomla təltif olun-muşdur, 2007-ci və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporassiyalar, dövlət qurumları və beynəlxlaq təşkilatlarla əməkdaşlıq etmişdir. Təşkilat “Beynəlxalq Debat Təhsil Assosiasiyası” ( IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Asosiyasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı və “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AMCHAM) təmsil olunan yeganə gənclər təşkilatıdır.

Yer planeti ekoloji fəlakətin astanasındadır. Dünya dövlətləri proseslərə təsiretmə qabiliyyətlərini artıq itiriblər. İn...
01/12/2021

Yer planeti ekoloji fəlakətin astanasındadır. Dünya dövlətləri proseslərə təsiretmə qabiliyyətlərini artıq itiriblər. İnsanlar arasında başlanan xaos vəziyyəti daha da idarəedilməz hala gətirib. İnsanlığın və böyük canlı aləmin sonunun artıq gəldiyini görürük. Mütəxəssislərin əksəriyyəti çıxış yolunun olmadığını bildiriblər. Yalnız kvartallar arasında hələ də son bir şansın olması barədə şaiyələr gəzir. Qeyri-rəsmi məlumatlara görə, 11-12 dekabr tarixlərində müxtəlif yerlərdən olan komandalar bir araya gələrək, sivilizasiyamızın ən böyük problemini son dəfə həll etməyə çalışacaqlar. İnsanlar bu komandalara son ümid kimi baxırlar. Bəs sizcə onlar planeti xilas edə biləcəklərmi?

Bu gün, klubumuzun çox özəl üzvlərindən biri, demək olar ki, əksər spikerlərimizin üzərində əməyi olan, bir çoxumuza deb...
06/07/2020

Bu gün, klubumuzun çox özəl üzvlərindən biri, demək olar ki, əksər spikerlərimizin üzərində əməyi olan, bir çoxumuza debatı öyrədən, şüarımız halını alan 'in yaradıcısı Ağarəhim Şavruqzadənin doğum günüdür. Debat-ailə, dəyər, dostluq kimi anlayışları bizə aşılayan Ağarəhimə klub adından təşəkkürlərimizi bildirir, yuxusuz gecələrinin halallığını istəyir, gələcək həyatında uğurlar arzulayırıq.
Doğum günün mübarək, Ağarəhim!

"Bakı Gənclər Debat Forumu- Payız 2019" layihəsi çərçivəsində klubumuzu Azərbaycan bölməsi üzrə təmsil edəcək komanda:"H...
13/12/2019

"Bakı Gənclər Debat Forumu- Payız 2019" layihəsi çərçivəsində klubumuzu Azərbaycan bölməsi üzrə təmsil edəcək komanda:
"HipoTenuz"
1. Almina İdrisli
2. Elmir Yusifzadə
3. Nurlan Abbasov
Komandanın məşqçisi: Samir Qulamzadə

Uğurlar, HipoTenuz!

Salam.Ötən həftə klubumuzun yeni üzvləri üçün ümumi təlimlər baş tutdu . Təlimdə dəstəyi üçün Anar Nuruzadəyə klubumuz a...
22/10/2019

Salam.
Ötən həftə klubumuzun yeni üzvləri üçün ümumi təlimlər baş tutdu . Təlimdə dəstəyi üçün Anar Nuruzadəyə klubumuz adından təşəkkür edirik .
Növbədə isə bizi spiker təlimləri və sezonun ilk turniri olan "Təcrübə turniri" gözləyir .

03/10/2019

30 sentyabrdan etibarən, bir sıra fakültələrə təqdimatlar baş tutmuşdur. Təqdimat əsnasında, debatçılarımız 1-ci kurslara debat haqqında məlumat verir, öz debat təcrübələrindən danışırlar.
Təqdimatlar bitdikdən sonra baş tutacaq ŞOU DEBAT üçün səbirsizlənirik

02/10/2019

Günlər, aylar sonra yenidən öz yerimizi aldıq . Yeni sezon , yeni planlar və ən əsası yeni üzvlər üçün iş başındayıq . Sən də bu ailənin bir üzvü olmaq üçün bizə qoşul !
Nəhayət hərkəs bizi gözləsin çünki , BİZ GƏLİRİK !!!

Mövsümün ilk idarə heyyəti iclası keçirildi. Təqdimat, təlimlər, gələcək planlar haqqında müzakirə edildi .
28/09/2019

Mövsümün ilk idarə heyyəti iclası keçirildi. Təqdimat, təlimlər, gələcək planlar haqqında müzakirə edildi .

Address

H. Cavid Prospekti 25, Bakı, Azərbaycan
Baku
AZ1073

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Texniki Universiteti Debat Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Texniki Universiteti Debat Klubu:

Shortcuts

Share