03/05/2026
Qrup turumuzda haralara gedəcəyik? Tur necə təşkil olunacaq və əsas fərqlənən nüanslar nələrdir? 👇
Bu tur çərçivəsində bütün marşrut
boyu yüksək keçidli off-road (4x4) avtomobilləri xidmətinizdə olacaq. Bu, həm dağ yollarında
təhlükəsizliyinizi təmin edir, həm də ən ucqar və gözəl nöqtələrə rahatlıqla çatmağımıza şərait
yaradır. Hər maşında 3 turist 1 sürücü əyləşəcək.
Gün 1: 10 İyun – Bişkekdən
İssık-Kula Səfər
03:05: Manas Beynəlxalq Hava
Limanında qarşılanma və birbaşa Çolpon-Ataya transfer. Səhər: Balıkçı şəhərində yerli kafedə səhər yeməyi. Günorta: “Vzmorye Resort” otelinə giriş və nahar. Asudə Vaxt: İssık-Kul gölünün sahilində istirahət və çimərlik vaxtı.
Gün 2: 11 İyun – Karakol,
Jeti-Oguz və Skazka Kanyonu
Jeti-Oguz: Məşhur “Yeddi
Öküz” qırmızı qaya birləşmələrini ziyarət. Kok Jayik yaylağındakı “Qız hörükləri” şəlaləsinə yürüş. Skazka (Nağıl) Kanyonu: Mars mənzərələrini xatırladan rəngarəng kanyonda gəzinti.
Gün 3: 12 İyun – Köçəri
Həyatı və Son Kul Gölü
Qartal Şousu: Bokonbaevo kəndində məşhur qartalçılarla görüş və ov nümayişi. Yurt Qurma Dərsi: Kizil Tuu kəndində yerli ustalarla birgə ənənəvi qırğız çadırının (yurt) qurulması prosesində iştirak. Son Kul Səfəri: 3016 metr hündürlükdə yerləşən, köçəri həyatının mərkəzi.
Gün 4: 13 İyun –
Burana Qalası və Bişkekə Qayıdış
Səhər: Son Kul gölü kənarında sərbəst
vaxt və foto-çəkiliş.
Mədəni Görüş: Tokmok şəhərində yerli Dungan ailəsinin qonağı olmaq, onların tarixi və mətbəxi ilə tanışlıq. Burana: Tarixi İpək Yolu üzərində yerləşən qədim Burana qalasını ziyarət. Bişkek: Şəhər turu və yerli restoranda vida şam yeməyi.
*Bütün istiqamətlərdə 4x4 Toyota markalı avtomobillərlə hərəkət (hər avtomobildə 3 nəfər), gündəlik 3 dəfə qidalanma, fotoqraf, tur rəhbəri, bələdçilər, sürücülər, otel və yurtlarda gecələmə, masterklaslar bu turumuza daxildir.
Ətraflı məlumat və rezervasiya üçün: 055 214 46 84
*Paylaşım anında mövcud yerlərin sayı: 6