23/10/2026
1. Hansı universitetdə və neçənci kursda təhsil alırsınız?
-Azərbaycan Dövlət İqtisad Universitetində 4-cü kursda təhsil alıram.
2. Necə oldu ki, Amerikaya getmək qərarına gəldiniz? Niyə məhz Amerika?
-Amerikaya getmək uşaqlıqdan bəri xəyalım idi. Dostumun təklifi ilə proqrama müraciət etdim.
3. Amerikada nə edir və harada işləyirdiniz?
-Amerikada iki işdə işlədim. Əsas iş yerim pizza restoranı idi və orada aşpaz (cook) kimi çalışırdım. İkinci işimdə isə səhərlər kafedə aşpaz kimi işləyirdim.
4. Proqram haqqında məlumatı haradan əldə etmisiniz?
-Proqram haqqında əvvəllər internet vasitəsilə məlumat əldə etmişdim. Lakin əsas olaraq dostumun təklifi ilə proqrama müraciət etdim.