17/04/2020
Göynohur qoşa göllərindən biri. Dəniz səviyyəsindən hündürlüyü təxminən 3300 metr, gölün çevrəsinin uzunluğu 400 metr. Göl Quba-İsmayıllı sərhəddində, Başsuayrıcıdan Quba istiqamətinə axan Qaraçayın mənbəyində Qaradağ və Əsəddağı zirvələrinin ətəyində, Babadağın təxminən 6 km-liyindəki Qarxun kəndinin yaylaqlarında yerləşir. Şəkildə ən arxadakı zirvə Babadağın zirvəsidir (3626 m.)
Ərazi İyul-Avqust aylarında mənzərəli və istirahət üçün əlverişli olur. Buraya Qubanın Qarxun, Haput və Adur kəndləri, İsmayıllının Qalacıq və Çayqovuşan kəndləri nisbətən yaxın məsafədə yerləşir.
Foto: Toğrul N Cəfərov