14/04/2021
Böyükdaş-Kənizədağ-Cingirdağ marşrutu – 17 aprel
YÜRÜŞÜN PROQRAMI:
08:00 Bakıdan çıxış
09:00 Qobustana çatırıq və gəzintiyə başlayırıq.
Görüləcək yerlər:
• Roma kitabəsi
• Sirli Tunel
• Süd yolu
• Böyükdaş dağınin zirvəsinə yürüş (ümumi məsafə 1 km)
13:00 Nahar fasiləsi
14:30 Kənizədağ palçıq vulkanına yürüş (ümumi məsafə 8 km)
16:00 Cingirdağa yola düşürük
16:40 Cingirdağ yazılı qayaları və qavaldaş ərazisini gəzirik
18:30 Bakıya yola düşürük
19:30 Bakıdayıq
Qeyd: qrupda yürüş etmək istəyənlər çox olarsa Kənizədağ vulkanından maşına qayıtmayıb birbaşa Tamğalı qəbiristanlığından keçməklə Cingirdağa yürüş edə bilərik. (ümümi məsafə 11 km)
Maşına qayıtmaq istəyənlər də ikinci bələdçi ilə maşına qayıdıb Cingirdağa gələ biləcəklər.
YÜRÜŞ BARƏDƏ MƏLUMAT:
- Məsafə: təxminən 10 km
- Çətinlik dərəcəsi: orta-asan/yürüş vərdişi olmayanlar üçün orta çətinlikdə.
LƏVAZİMATLAR:
- Bel çantası
- Rahat idman geyimi və ayaqqabısı
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, və gün eynəyi)
- Şəxsi əşyalar (salfet, fincan və s.)
QİDALANMA:
* Özünüzlə bir günlük yemək və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır)
YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 28 AZN (tələbələr üçün 25 AZN)
Ödənişə daxildir:
* Nəqliyyat: Bakı-Qobustan-Cingirdağ-Bakı
* Qobustan qoruğuna giriş biletləri
* Qoruq daxilində ekskursiya bələdçisi
* Kənizədağ palçıq vulkanı və Cingirdağa bələdçi
QEYDİYYAT və ƏLAQƏ:
Ad və soyad, əlaqə nömrənizi qeyd edin.
+994 77 2200006 (Whatsapp aktivdir) – Şahin Şahbazov
İştirakçı sayı: minimum 6, maksimum 16 nəfər.
Qeyd: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq mənzil başına çatma saatı təxminən 1-2 saat gec də ola bilər.
TOPLANMA YERİ: Gənclik metrosunun "Caspian shopping" tərəfə çıxışı.