Helenendorf Xanlar Göygöl

Helenendorf Xanlar Göygöl Səhifə 12.03.2012 tarixində açılıb. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf) adı altında salınıb.

Göygöl, Goygol, Гейгель, Xanlar, Chanlar, Elenendorf, Helenendorf, Khanlar, Kol-Yelendorf, and Yelenendorf

Koordinat: 40°35′13″N 46°18′57″E
Yerli vaxt : AZT (UTC+4)
Ərazi: 1030 км²
Əhali: 59.100 (01.01.2011) nəfər
Şəhər əhalisi: 23800 nəfər
Kənd əhalisi: 33300 nəfər
Əhali sıxlığı: 55 (nəfər/km2)
Kəndlərin sayısı - 38
Qəsəbələrin sayısı – 6
Inzibati ərazi vahidi - 27
Bələdiyyə - 25
Böyük və or

ta müəssisələrin sayı - 17
Məktəbəqədər uşaq təhsil müəssisələrinin sayı (Uşaq bağçaları) - 19
Orta məktəblərin sayı - 49
Texniki, orta peşə və peşə məktəblərinin sayı - 1
Xəstəxanalar və sağlamlıq müəssisələrinin sayı - 63
Mədəniyyət ocaqlarının sayı - 85
Göygöl rayonu ilə Bakı arasındakı məsafə - 384 km
Nəqliyyat vasitəsi kodu: 25
Telefon kodu:(+994) 230
Poçt kodu (Mərkəzi PŞ): AZ 2500
İcra başçısı VMİE: Əliyev Turani Həndəm o. Daha ətraflı məlumat üçün: http://azerbaijan.travel/az/region/60/
For more information: http://azerbaijan.travel/en/region/60-Goygol

Göygöl – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Göygöl şəhəridir. Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir. Goygol (also, Xanlar, Chanlar, Elenendorf, Helenendorf, Khanlar, Kol-Yelendorf, and Yelenendorf) is a city and municipality in and the capital of the Goygol Rayon in northwestern Azerbaijan. It is about 10 km south of Ganja. The city of Goygol was founded as Helenendorf on 22 April 1819 by Germans from Württemberg. The town was renamed to Khanlar in 1938 in honor of the Azerbaijani labor organizer Khanlar Safaraliyev. It was renamed in 2008 after a nearby lake, Göygöl.

12/08/2026

Göygölümüzün gözəlliklərini özünəməxsus şəkildə lentə alaraq paylaşdığı üçün _hn_galery səhifəsinə təşəkkür edirik. ❤️
Təbiəti, saf havası, möhtəşəm mənzərələri və özünəməxsus gözəlliyi ilə Göygöl hər zaman sevilən və qürur duyduğumuz bir məkandır. 💚
Belə gözəl görüntülərlə Göygölümüzü daha çox insana tanıtdığınız üçün təşəkkürlər! 📸🎥

08/08/2026

🏔️💙 Göygöl – Maralgöl 💙🏔️
Təbiətin qoynunda, dağların əhatəsində yerləşən Göygöl və Maralgöl Azərbaycanın ən gözəl təbiət guşələrindəndir. 🌲🏞️
Sakitlik, saf hava və möhtəşəm mənzərə — hər fəsildə ayrı gözəllik. 💚
📍 Göygöl Milli Parkı

26/07/2026

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində (Xan Yaylağı) keçirilən V Milli Yaylaq Festivalı Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli adət-ənənələrini və etno irsini yaşadan ən möhtəşəm festivallardan biridir.
Möhtəşəm dağ mənzərələri, saf yaylaq havası, milli musiqilər, aşıq sənəti, xalq oyunları, atçılıq, oxatma, sənətkarlıq nümunələri və milli mətbəximizin ləziz təamları festivala xüsusi gözəllik bəxş edir. Buraya gələn hər bir qonaq həm təbiətin gözəlliyindən zövq alır, həm də Azərbaycan xalqının qədim ənənələri ilə yaxından tanış olur.
Belə möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılara, dəstək göstərən dövlət qurumlarına, könüllülərə, təhlükəsizliyi təmin edən əməkdaşlara və əziyyəti keçən hər kəsə səmimi təşəkkürümüzü bildiririk. Onların zəhməti sayəsində Göygöl bir daha ölkəmizin turizm və mədəniyyət mərkəzlərindən biri olduğunu nümayiş etdirir.
V Milli Yaylaq Festivalı milli dəyərlərimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi və Azərbaycanın gözəl təbiətinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
📍 Məkan: Göygöl rayonu, Yeni Zod kəndi, "Xan Yurdu" etnoqəsəbəsi (Xan Yaylağı).
VMilliYaylaqFestivalı Azərbaycan Yaylaq Turizm MilliMədəniyyət Folklor EtnoMədəniyyət

16/07/2026

🏛️ Zurnabad kəndinin Alban məbədi – tariximizin səssiz şahidi
Göygöl rayonunun Zurnabad kəndi ərazisində yerləşən Alban məbədi Azərbaycanın qədim tarixi-mədəni irsinin qiymətli nümunələrindən biridir. Qafqaz Albaniyası dövrünə aid edilən bu abidə əsrlər boyu bölgənin zəngin tarixini və memarlıq ənənələrini yaşadaraq bu günümüzə qədər gəlib çatmışdır.
Daş memarlıq üslubu, qədim tikinti texnikası və yerləşdiyi füsunkar təbiət bu məbədi həm tarixsevərlər, həm də turistlər üçün maraqlı məkanlardan birinə çevirir. Göygöl rayonu ümumilikdə çoxsaylı alban məbədləri və tarixi abidələri ilə Azərbaycanın ən zəngin bölgələrindən hesab olunur.
📍 Tariximizi qoruyaq, irsimizi tanıyaq!

06/07/2026

🌿 Toğanalı – Göygöl rayonunun füsunkar təbiəti, saf dağ havası və gözoxşayan mənzərələri ilə seçilən ən gözəl kəndlərindən biridir. Hər fəsildə özünəməxsus gözəlliyi ilə qonaqlarını valeh edən Toğanalı həm istirahət, həm də təbiətlə baş-başa qalmaq istəyənlər üçün ideal məkanlardan biridir.
Təbiətimizin bu gözəl guşəsini sevək, qoruyaq və tanıdaq! 🇦🇿💚
Toğrul
📍 Göygöl rayonu, Toğanalı kəndi
Azerbaijan Kənd Təbiət Dağlar Qafqaz TravelAzerbaijan ExploreAzerbaijan Nature NaturePhotography DiscoverAzerbaijan VisitAzerbaijan MountainLife LandScape Travel BeautifulAzerbaijan GöygölTəbiəti

💙 Göygölümüz – təbiətin ən gözəl guşələrindən biri.Sakitliyi, təmiz havası, möhtəşəm mənzərələri və mehriban insanları i...
05/07/2026

💙 Göygölümüz – təbiətin ən gözəl guşələrindən biri.
Sakitliyi, təmiz havası, möhtəşəm mənzərələri və mehriban insanları ilə Göygöl hər zaman qürur duyduğumuz doğma yurdumuzdur. Yolunuz nə vaxtsa bu gözəl diyara düşsə, əminik ki, buradan unudulmaz xatirələrlə ayrılacaqsınız.
Göygölün gözəlliklərini birlikdə tanıdaq! 💚

Azərbaycan Azerbaijan VisitGoygol TravelAzerbaijan DiscoverAzerbaijan Təbiət Turizm Gəzinti Qafqaz BeautifulAzerbaijan NatureLovers ExploreAzerbaijan
Foto

04/07/2026

🏔️ Göygöl rayonunun füsunkar təbiətinin simvolu olan Kəpəz dağı öz əzəməti və gözəlliyi ilə hər kəsi valeh edir. Buludlara uzanan zirvəsi, əsrarəngiz mənzərəsi və zəngin təbiəti ilə Kəpəz təkcə Göygölün deyil, Azərbaycanın ən dəyərli təbii sərvətlərindən biridir.

Təbiətimizin bu möhtəşəm incisini qoruyaq, sevək və gələcək nəsillərə olduğu kimi çatdıraq. 🇦🇿🌿
📍 Göygöl rayonu – Kəpəz dağı
Dağlar Qafqaz TravelAzerbaijan Nature Landscape ExploreAzerbaijan GöygölRayonu Azerbaijan PhotoOfTheDay NaturePhotography DiscoverAzerbaijan

🇦🇿 Göygöl şəhəri,Aydın Hacıyev küçəsi  Bəzi küçələr sadəcə ünvan deyil, tarixdir. Göygöl şəhərində yerləşən Aydın Hacıye...
26/06/2026

🇦🇿 Göygöl şəhəri,Aydın Hacıyev küçəsi

Bəzi küçələr sadəcə ünvan deyil, tarixdir. Göygöl şəhərində yerləşən Aydın Hacıyev küçəsi Vətən uğrunda canını fəda etmiş qəhrəmanımızın şəhidimizin adını daşıyır.
Şəhidlərimizin adlarının küçələrdə, məktəblərdə və abidələrdə yaşadılması gələcək nəsillərə Vətən sevgisini və qəhrəmanlarımızın xatirəsini çatdırır.
Ruhu şad, məkanı cənnət olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları hörmət və ehtiramla anırıq. 🇦🇿🕊️
🇦🇿🕊️

Vətən müharibəsi şəhidi, baş leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon Texniki-Təbiət Fənləri Təmayüllü Liseyin 1...
27/04/2026

Vətən müharibəsi şəhidi, baş leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon Texniki-Təbiət Fənləri Təmayüllü Liseyin 11-ci sinif şagirdi Ayan Niftəliyeva bu ilki buraxılış imtahanında 290 bal toplayaraq təhsil müəssisəsində 2026-cı il məzunları arasında ən yüksək nəticəni göstərmişdir.
Ayanın əsas məqsədi gələcəkdə Azərbaycan Tibb Universitetinə qəbul olunaraq həkim olmaqdır.
Qeyd edək ki, Ayanın qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olmuşdur.
Qrupumuz adından gül balamızı səmimi qəlbdən təbrik edir, ona gələcək təhsil və həyat yolunda uğurlar arzulayırıq! 👏👏🫶🇦🇿🌹
🇦🇿

24/04/2026

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası keçirildi 🌳🇦🇿
“Qırmızı Ürəklər Fondu”nun təşəbbüsü və “PAŞA Holdinq”in və Kapital Bank ASC-nin dəstəyi ilə şəhərdə şəhidlərimizin əziz xatirəsinə 175 ədəd həmişəyaşıl ağac əkildi.
Aksiyada şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdi. Bu layihə ilə ölkə üzrə “Qəhrəmanlar bağı”nın sayı 30-a çatdı.
Əkilən ağacların qulluq və suvarılması yerli icra orqanları tərəfindən təmin olunacaq.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə yaradılıb və ölkəmizdə xeyriyyəçilik, ekoloji layihələr və sosial təşəbbüslərlə fəal çıxış edir.
Aksiyanın sponsoru “PAŞA Holdinq” olmuşdur. Bu gözəl təşəbbüsü həyata keçirən və dəstək verən hər kəsə təşəkkür edirik 🙏
🌱

Address

Göygöl H. Əliyev
Göygöl
2500

Alerts

Be the first to know and let us send you an email when Helenendorf Xanlar Göygöl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share