Ismayilli Tourism Information Center - İsmayıllı Turizm İnformasiya Mərkəzi

Ismayilli Tourism Information Center - İsmayıllı Turizm İnformasiya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ismayilli Tourism Information Center - İsmayıllı Turizm İnformasiya Mərkəzi, Tourist Information Center, H. Əliyev pr. 61, Mədəniyyət Mərkəzinin binası, Ismailly.

İsmayıllı Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri bölgə daxilində Dövlət Turizm Agentliyinin müəyyənləşdirdiyi turizm siyasətinin həyata keçirilməsini təmin etmək, bölgəyə səfər edən yerli və xarici turistlərin destinasiya və turizm məhsulları barəsində məlumatlılığını artırmaq, bölgənin turizm potensialının artırılması və turizm resurslarının düzgün istifadəsi üçün zəruri tədbirlər görməkdir.

20/02/2023
01/12/2022
28/11/2022

“Azərbaycan Turizm Sammiti 2022” keçiriləcək

Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.

Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.

Tədbirdə iştirak etmək üçün 4 dekabr saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. https://bit.ly/3GNPmsb

19/09/2022

“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2022-ci il

Mənbə: https://president.az/az/articles/view/57248

https://respublika-news.az/news/ismayillida-kend-turizmine-maraq-artib
31/07/2022

https://respublika-news.az/news/ismayillida-kend-turizmine-maraq-artib

Əsasən Baş Qafqaz dağ silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda yerləşən İsmayıllı rayonunun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisinin çox hissəsi dağlıq zonada yerləşir. Ərazidən Girdiman, Ax-ox və Göyçay çayları axır. İsmayıllı T

25/05/2022

Azərbaycanla Özbəkistan qarşılıqlı turizm əlaqələrini genişləndirir

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında mayın 23-də baş tutan görüşdə müzakirə olunub.

Ətraflı: https://bit.ly/3Nrn5I4

Address

H. Əliyev Pr. 61, Mədəniyyət Mərkəzinin Binası
Ismailly

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ismayilli Tourism Information Center - İsmayıllı Turizm İnformasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share