LAHICTUR

LAHICTUR Lahıc mühüm türizm məkanıdır Azərbaycanın qədim sənət mərkəzi ,qonaqpərvər sakinləri və əsrarıngiz təbiəti olan Lahıcı tanıdaq

21/04/2017

Keyfiyyətli turizm xidmətləri üçün əvvəlcədən bu nömrə ilə əlaqə saxlamağınızı xahiş edirik:
+994506777517

21/04/2017

Salam, əziz lahıcsevərlər. Hər il turizm mövsümünün əvvəlində ümumi bir narahatlıq hiss edirəm: görəsən, bu ilin yayı necə olacaq? Məni gələn turistlərin sayı narahat etmir . Narahatçılıq yaradan məsələ bundan ibarətdir ki, qonaqlar Lahıcdan hansı təəssüratla dönəcəklər. Turist xidmətləri (nəqliyyat, ticarət, yemək, qonaqlama, bələdçilik və s.) göstərən bütün lahıclara üzümü tutub aşağıdakıları deyirəm:
1.Qiymətlərdə İnsafı əldən verməyin
2.Bacarmadığınız xidməti göstərməyə çalışmayın
3.Nə etsəniz, onun Lahıc adına olacağını unutmayın.

28/08/2016

Salam ,əziz dostlar.Lahıc üçün ən çox qorxduğum bir hal oldu: bir turizm informasiya mərkəzinin yerinə hər addımda, hər mağazada , hər maşında , hər restoranda bir informasiya mərkəzi yaranıb. Buna dünya turizmində "vəhşi turizm" deyirlər.Hər bu işi görən adam da başqasını alçaldaraq bunu edir.Amma inanıram ki , ağıllı turist küçədə təsadüfi xidmət təkif edənlərə yox , normal bir ofisə yaxınlaşıb ondan kömək istəyəcək.
bu mütləq olacaq!!!

05/06/2016

Bundan əvvəl həmişə yazmışam ki ,Lahıcda turizm xidmətləri ilə bağlı informasiya yayılmır ya da bunu edən yoxdur. Lahıcda bir neçə yerdə məlumat stendimiz və tel.nömrələri var.Amma o nömrələrə 1 ay müddətində cəmi 4 dəfə zəng olunub.Deməli , gələn turist özü keyfiyyətli xidmətlərdə maraqlı deyil və küçədəki ayaqlaraı üstə gəzən "turizm mərkəzlərinə" daha çix inanır. Amma vaxt olacaq turist mütləq mədəni şəkildə təklif olunan xidmətləri axtaracaq.İnşallah!

05/06/2016

Salam əziz Lahıcsevərlər!
Lahıc gənclərindən ( dəqiq yadıma düşmür, kim) ( bizim səhifədə yox) yazmışdı ki , Lahıca turizm yox , iş lazımdır. Çox düz və yerində deyib.Amma o , bu gün baxsa , görər ki , onun bütün ailə üzvləri məhz turizm xidmətləri göstərməklə məşğuldur. Lahıcda turizmin p*s bir üzü var: o da mövsümi olmasıdır. Buna da turizmdə alışmaq lazımdır. Turistə elə satılıq mallar , elə səviyyəli xidmət və elə qiymətlərlə təklif ediməlidir ki , onları məhz Lahıcda almaq və burada görmək mümkün olsun . Amma təəssüf ki , həqiqi misgərlərdən, dəmirçilərdən və yuxarı hissədə tənha bir dərzidən başqa bu işi görən yoxdur. Heç kəs unutmamalıdır ki , bu gün Lahıca gələn turist o xalq sənətkarlığı və o daş memarlığına görə gəlir. Yoxsa ki mənşəyi bilinməyən və ticarətin ən haram nöqtəsinə qədər satılan mallara görə yox . Həqiqət acıdır, amma demək lazımdır. Deyəndə isə bunu lahıcca yazacağam:"xiyor şəft vərmoran"

21/05/2016

Bizim turizm informasiya mərkəzindən məlumat almaq istəyənlər 0506777517 nömrəsinə zəng edə bilərlər.Hər bir suala cavab verməyə və gücüm daxilində kömək etməyə hazıram.Turizmdə mümkün deyil sözü olmamalıdır , belə ola bilər cavabı əsas silahımızdır

09/05/2016

Hər gün maraqanaraq bizim səhifəmizə baxanlara təşəkkür edirəm...

07/05/2016

Ən p*si də odur ki , hər kəs bu işi yaxşı , keyfiyyətli və sərfəli ucuz qiymətə etdiyini düşünür.Burda Məşədi İbad əhvalatı yada düşür. Biri hasarın o tayında , biri bu tayında.Turist normal xidmət axtarır, amma elə Lahıcın girişində hər cür xidmət təklif edənlərin maraqlarının qurbanı olur. Mən kimi isə p*sləmək niyyətində deyiləm. Lahıcın küçələrində kifayət qədər köməkçi göstəricilər də var.Amma belə fikir formalaşıb ki , küçədə daha ucuz olur. Odur ki , mən məsləhət bilərdim ki,turizm xidmətini onu göstərə biləcək müəyyən bir qurumdan istəyəsiniz.

07/05/2016

Salam olsun Lahıcı sevənlərə, Lahıca gələnlərə və Lahıca gəlmək istəyənlərə! Qarşıdan daha bir yay gəlir, daha doğrusu , turist mövsümü gəlir.Bir tərəfdən adam sevinir ki , Lahıcda bir çox insan üçün dolanacaq imkanı artır, digər tərəfdən xidmətlər göstərilərkən ortaya çıxan fəsadlar məni narahat edir.

Əziz qonaqlarımız, Gecələmə qiymətlərinə aid cədvəli təqdim edirəm:
25/03/2016

Əziz qonaqlarımız, Gecələmə qiymətlərinə aid cədvəli təqdim edirəm:

25/03/2016

Əziz dostlar ,Lahıc hər fəsildə gözəldir. Buna görə də hər zaman Lahıcın qonağı olun.Gəzintilər, yerləşmə və digər xidmətlərlə əlaqədar 0506777517 nömrəsi və [email protected] emaili ilə əlaqə saxlaya bilərsiniz.

Address

Lahıc
AZ3124

Alerts

Be the first to know and let us send you an email when LAHICTUR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LAHICTUR:

Share