Cənub Mirvarisi - South Pearl Tourism

Cənub Mirvarisi - South Pearl Tourism "South Pearl" Tourism Company

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir.2020-ci il okty...
08/10/2022

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir.

2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.

Ermənistan 44 günlük Vətən müharibəsi dövründə dəfələrlə sivilləri hədəfə alıb. Ən çox zərəri görən şəhərlərimizdən biri elə Gəncə olub.
Cəbhədən xeyli uzaq məsafədə yerləşən Gəncə şəhəri 4 oktyabr ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 1 mülki şəxs şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Bu hadisədən 1 gün keçmiş cəbhədə rəzil duruma düşən Ermənistan silahını yenə də silahsızlara- Gəncənin mərkəzinə çevirib. Nəticədə 5 oktyabr 2020-ci ildə 3 mülki şəxs yaralanıb. 8 oktyabrda da yuxarıda qeyd etdiyimiz kimi Gəncə ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Ancaq xoşbəxtlikdən həlak olan və yaralanan olmayıb. Oktyabrın 11-də təcavüzkar Ermənistanın Gəncəyə növbəti raket zərbəsi nəticəsində isə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. Cəbhədə Azərbaycan ordusunun qarşısından qaçan, qaçmayanı isə qırılan Ermənistan silahlı qüvvələri 17 oktyabrda yenə də Gəncəni hədəfə alıb. Bu dəfə isə 16 nəfər şəhid olub, 55 nəfər yaralanıb.

Ermənistanın hakimiyyət dairələrinin Azərbaycanın dinc vətəndaşlarına, Gəncənin sakinlərinə qarşı törətdikləri cinayət bəşəriyyətə qarşı cinayətdir.

12/01/2021

2021-ci il üçün “Turizm Təlim və Sertifikasiya Mərkəzi” qonaqpərvərlik və turizm üzrə təlimlərə başlayır. Maraqlı olanlar aşağıdakı linkə daxil olub maraqlı olduğu təlimi qeyd edə bilər. Təlimlər ödənişsizdir.

Qeydiyyat linki:
http://tiny.cc/oo08tz

Bölgənin yeni tanıtım saytı hazırlanıbWWW.CENUBMİRVARİSİ.İNFO internet saytı Azərbaycan Respublikasının Prezidenti yanın...
15/11/2020

Bölgənin yeni tanıtım saytı hazırlanıb

WWW.CENUBMİRVARİSİ.İNFO internet saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İntellekt Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Cənub bölgəsinin mədəniyyət və turizm istiqamətində tanıtım veb səhifəsinin yaradılması” adlı layihə çərçivəsində hazırlanmışdır. Layihə Azərbaycanın cənub bölgəsi sayılan və 6 rayonu özündə cəmləyən, eləcə də mədəniyyət, turizm, milli folkloru ilə xüsusi seçilən Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarını əhatə edəcəkdir. Sayt xüsusilə bu bölgəyə müxtəlif məqsədlər üçün səfər etmək istəyən, onun tarixi yerlərini, mədəniyyətini, maddi-qeyri maddi irsini tanımaq istəyənlər və ya sadəcə bu bölgə haqqında məlumatlı almaq istəyənlər üçün məlumat mənbəyi rolunu oynayacaqdır. Web saytdan dünyanın hər bir yerindən istənilən şəxs istədiyi zaman istifadə edə biləcəkdir.
Saytın yaradılmasında məqsəd cənub bölgəsində yerləşən 6 rayonun Mədəniyyət və Turizm sahəsində tanıtımını həyata keçirməklə bölgənin mədəniyyətin inkişafına dəstək olmaq, eləcə də onun sosial, mədəni və iqtisadi potensialını artırmaqdır.

Sayt layihə bitdikdən sonra mütəmadi olaraq yeni məlumatlar (yeni foto şəkillər, turizm oriyentasiyalı məlumatlar, yaradılan rekreasiya mərkəzləri və s.) əsasında müasir dövrün tələblərinə uyğunlaşdırılacaqdır.

Uşaqların rəsm əsərlərinin həqiqətə çevirildiyi an...
25/09/2020

Uşaqların rəsm əsərlərinin həqiqətə çevirildiyi an...

23/09/2020
İtaliyanın Sardiniya adası. Görməyə dəyər
23/09/2020

İtaliyanın Sardiniya adası. Görməyə dəyər

Santorini. Yunanıstan. Birlikdə getmək istədiyin dostunu tag elə
23/09/2020

Santorini. Yunanıstan. Birlikdə getmək istədiyin dostunu tag elə

Address

Lənkəran şəh. Həzi Aslanov Küçəsi 1
Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994702200751

Website

Alerts

Be the first to know and let us send you an email when Cənub Mirvarisi - South Pearl Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category