Eco Tourism Azerbaijan

Eco Tourism Azerbaijan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eco Tourism Azerbaijan, Eco tour agency, Masallı.

07/03/2022

Digər postlardan xəbərdar olmaq üçün izləmədə qalın. 😊

Təbiətdən zövq alın!

📢 Bugünkü postumuz Lənkəranın Bürcəli kəndi haqqındadır. XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ...
04/03/2022

📢 Bugünkü postumuz Lənkəranın Bürcəli kəndi haqqındadır.

XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır.

Şərqdən və cənubdan Hirkan qəsəbəsi, qərbdən Hirkan Milli Parkı, şimaldan Xanbulançayla əhatə olunmuş kənd Lənkəran ara şose yolunda, rayon mərkəzindən 14 km cənubda yerləşir.

Əhalisi 2329 nəfərdir. Əhali çayçılıq, sitrusçuluq və heyvandarlıqla məşğuldur.

Digər postlardan xəbərdar olmaq üçün izləmədə qalın. 😊

Təbiətdən zövq alın!

Yanar bulaq 🔥Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Yanar bulaq 70 m dərinlikdən yer səthinə çıxır. 💧 Suyun tərki...
19/02/2022

Yanar bulaq 🔥

Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Yanar bulaq 70 m dərinlikdən yer səthinə çıxır.

💧 Suyun tərkibində kükürdün olması səbəbindən su alışıb yanır. Bu bulağın suyu həm də müalicəvidir.

Digər postlardan xəbərdar olmaq üçün izləmədə qalın. 😊

Təbiətdən zövq alın!

17/02/2022

Bu dəfəki postumuzda Masallıya, "Vilesh Garden"ə səyahət edəcəksiniz. 🏞

Digər postlardan xəbərdar olmaq üçün izləmədə qalın. 😊

Təbiətdən zövq alın!

Yardımlının "Qız Qalası" 🏰Rəvayətə görə, Yardımlıda "Qız Qalası"nda yaşayan gözəl bir qız varmış. Həmin qızla Lerik əraz...
14/02/2022

Yardımlının "Qız Qalası" 🏰

Rəvayətə görə, Yardımlıda "Qız Qalası"nda yaşayan gözəl bir qız varmış. Həmin qızla Lerik ərazisində yerləşən "Oğlan Qala"da yaşayan oğlan bir-birini sevirmiş.

Düşmən sərkərdəsi qızın gözəlliyinə heyran qalır və sevgililəri ayırmaq üçün hər şey edir. Çarəsiz qalan sevgililər qoşulub Ərdəbilə qaçırlar. Qız özündən sonra bir məktub yazıb qoyur. Məktubdasa bu sözlər yazılır:
"Məni ərdə bil!"

📌 Rəvayətdə bu da deyilir ki, Ərdəbilin adı da elə o vaxtdan Ərdəbil qalıb.

Digər postlardan xəbərdar olmaq üçün izləmədə qalın. 😊

Təbiətdən zövq alın!

Dünya üzrə yeganə muzey 🏛📢 Lerik Rayon Uzunömürlülər muzeyinin əsası 1991-ci ildə qoyulmuşdur. Kolleksiyası uzunömürlü i...
09/02/2022

Dünya üzrə yeganə muzey 🏛

📢 Lerik Rayon Uzunömürlülər muzeyinin əsası 1991-ci ildə qoyulmuşdur. Kolleksiyası uzunömürlü insanlarla bağlı eksponatlardır. Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən xarici qonaqlar təşrif buyurur.

Muzeyin analoqu yoxdur. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirmişdir.

📌 Burada həmçinin Şirəli Müslümova aid əşyalar vardır. Şirəli babanın 168 il yaşadığı söylənilir. Zamanında "National Geographic" dərgisi onun haqqında məqalə yayınlamış və adı Ginnesin Rekordlar Kitabına salınmışdır. Lakin doğumu ilə əlaqədar dəqiq bilgi tapılmadığı üçün "Doğrulanmış Uzunömürlülər Siyahısı"nda adı yoxdur.

Cənub bölgəsinin gözəl guşələrindən daha biri - Kəhriz İstirahət Mərkəzi 🏞Digər postlardan xəbərdar olmaq üçün izləmədə ...
08/02/2022

Cənub bölgəsinin gözəl guşələrindən daha biri - Kəhriz İstirahət Mərkəzi 🏞

Digər postlardan xəbərdar olmaq üçün izləmədə qalın. 😊

Təbiətdən zövq alın!

07/02/2022

Təbiətdən zövq alın! 🏞

  rubrikamızın qonağı Lənkəranın məşhur aşpazı Nüsrət Səlimovdur. 👨‍🍳📢 Nüsrət Səlimov öz ideyası əsasında hazırladığı "Ş...
06/02/2022

rubrikamızın qonağı Lənkəranın məşhur aşpazı Nüsrət Səlimovdur. 👨‍🍳

📢 Nüsrət Səlimov öz ideyası əsasında hazırladığı "Şamu burger" haqqında deyir:

Lənkəran mətbəxi Azərbaycanın ən qədim və zəngin mətbəxlərindəndir. Bununla yanaşı mövsümə uyğun yeməkləri ilə də nəzərə çarpır. Hər fəslin xüsusi yeməyi olduğu kimi, tərkibi üçün istifadə olunan tərəvəzlər də tamamilə mövsüm tərəvəzləri olmalıdır. 🥗

Yerləşdiyi ərazidən asılı olaraq Lənkəran mətbəxinin ən sevilən yeməklərinin əsas tərkibini düyü təşkil edir.
"Şamu burger" də Lənkəranın ən qədim yeməklərindən olan "Şamu plov"dan hazırlanır. O, qeyd edir ki, "Şamu plov" Lənkəran və Naxçıvan mətbəxində hazırlanan yemək olsa da onların bişirmə qaydaları fərqlidir.

Lənkəranda "Şamu" mal ətindən hazırlanan, həmçinin nar, sirkə badımcan və sarımsaq ilə süfrəyə verilən bir yeməkdir. Nüsrət şef isə bu yeməyə öz əlavələrini edərək onu "Gigant burger" halına gətirib. 🍔

🍽 Nüsrət Səlimov məqsədinin Azərbaycanın qədim yeməklərinə müasir toxunuşlar edərək onlara yeni bir ruh qazandırmaq, həmçinin xarici qonaqların ağız dadına uyğunlaşdırıb milli mətbəximizə olan təlabatı artırmaq olduğunu vurğulayıb.

Biz də öz növbəmizdə dəyərli aşpazımıza gələcək işlərində uğurlar arzu edir, yeni ideyalarını maraqla gözlədiyimizi bildiririk. 🤩

📢 "İdeyadan Fəaliyyətə" proqramı çərçivəsində "Cənub Ekoturizmi" təşəbbüsü təqdim edir. 😊📌 Qeyd edək ki, Education HUB-ı...
27/01/2022

📢 "İdeyadan Fəaliyyətə" proqramı çərçivəsində "Cənub Ekoturizmi" təşəbbüsü təqdim edir. 😊

📌 Qeyd edək ki, Education HUB-ın "İdeyadan faəliyyətə" proqramı Bərdə, Mingəçevir və Lənkəran rayonlarında gənc liderlərin yetişdirilməsi və könüllü anlayışının formalaşdırılması məqsədi ilə həyata keçirilir. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutur.

🔍 Canlı yayımda "Şəfəq" Ekoturizm İctimai Birliyinin Prezidenti, turizm mövzusunda 20-dən çox layihənin rəhbəri Vamiq Babayevlə "Ekoturizm nədir?", "Tur paketlərin hazırlanması zamanı nələrə diqqət edilməlidir?" kimi mövzular müzakirə olunacaq. 🥰

24/01/2022

📢 Artıq komandamız tam olaraq fəaliyyətə hazırdır.

🏞️ Yeniliklər üçün izləmədə qalın.

"Təbiətdən zövq alın"

Address

Masallı

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Tourism Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share