Məlumat üçün bildirək ki, Qafqaz Turizm şirkəti Naxçıvanda fəaliyyət göstərir və arzu edərdik ki, sizin firma ilə əməkdaşlıq edərək Naxçıvana (eyni zamandan Naxçıvandan) turlar təşkil edək. Naxçıvanın çox gözəl turistik imkanlarından istifadə etməklə sizləri məmnun edəcəyimizə əminik. Naxçıvanın çox məşhur yerlərinə - Əshabi-kəhf ziyarətgahına, Naxçıvan qalaya, Nuh peyğəmbərin məzarüstü türbəsinə,
Mömünə Xatun türbəsinə, Əlincə qalaya, əsrarəngiz Ordubad rayonuna, Batabata, Duzdağ mağarasına, Darıdağ müalicəxanasına, Nəiminin türbəsinə, Sirab və Badamlı minaral sularının mənbəyinə və sair yerlərə gəzdirməklə turlar təşkil edə bilərik. Turlarımız sizin istəyinizə və qonaqların arzularına görə də təşkil oluna bilir. Qonaqlarımızı 1 günlük, 1gecə 2gün, 2 gecə 3 gün, 3 gecə 4 gün, 4 gecə 5 gün və sairə formada 3 ulduzlu Qrand oteldə, 5 ulduzlu Təbriz və Duzdağ oteldə, eləcədə Batabatda, Uzunoba gölünün ətrafında və Şahbuz rayonunun Ağbulaq kəndində olan müasir koteclərdə çox uyğun qiymətlərə qonaq edə bilərik. Ayrıca olaraq Əshabi-kəhf və Duzdağ müalicəxanasına gələnlər üçün də tur paketlər təklif edə bilərik.(Xüsusi evlərdə qonaq edə bilərik)
Şirkətimiz müasir nəqliyyat vasitələri ilə qonaqlarınızı qarşılayaraq gün ərzində nəzərdə tutulmuş proqram üzrə hərəkət edəcək. Turlarda qonaqları bələdçi müşahidə edəcək və professional fotoqraf fotosesiya edərək sonda fotoları qonaqlara təqdim edəcəkdir. Diqqətinizə çatdırım ki, qiymətlərimiz çox uyqun olacaq. Ümid edirəm ki, təklifimizi dəyərləndirəcəksiniz.
Əlaqə nömrəmiz: 050 212 60 34, (050-055-070) 4709966
Whatsapp: 050 470 99 66
Email: [email protected]
Qafqaz Turizm MMC-nin rəhbəri Mehman Şabanov