Babək Rayon Mədəniyyət İdarəsi

Babək Rayon Mədəniyyət İdarəsi Babək rayon Mədəniyyət Şöbəsi
The Department of Culture and Tourism of the district of Babek
(1)

The Department of Culture and Tourism of the district of Babek
Babək rayon Mədəniyyət və Turizm şöbəsi

“Xocalı faciəsi” ilə əlaqədar dəyirmi masa keçirilib. 26 fevral 2024 – cü il tarixdə Babək Rayon Uşaq Musiqi Məktəbində ...
26/02/2024

“Xocalı faciəsi” ilə əlaqədar dəyirmi masa keçirilib.

26 fevral 2024 – cü il tarixdə Babək Rayon Uşaq Musiqi Məktəbində Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə “Xocalı – Qan yaddaşımız” başlığı altında dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə açaraq bildirdi ki, Xocalı şəhəri 1991 – ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30 – da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992 – ci il yanvarın 28 – də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2 – dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Dəyirmi masanın iştirakçıları Xocalı faciəsi haqqında danışaraq qeyd etdilər ki, fevralın 25 – i axşam Xocalı şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Sonra dəyirmi masa müzakirə şəklində davam edib.

Hörmətlə anırıq! Qisas qiyamətə qalmaz və qalmadıda!
25/02/2024

Hörmətlə anırıq!
Qisas qiyamətə qalmaz və qalmadıda!

Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü qeyd olunmuşdur“Naxçıvan Muxtar Respublikasının 100 illik taley...
22/02/2024

Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü qeyd olunmuşdur
“Naxçıvan Muxtar Respublikasının 100 illik taleyində öz imzası olan ictimai xadim – Cəlil Məmmədquluzadə” adlı tədbiri giriş sözü ilə açan Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə diqqətə çatdırıb ki, bu gün yazıçı-dramaturq, maarifçi-publisist Cəlil Məmmdəquluzadənin anadan olmasının 155-ci ildönümü tamam olur. Geriliyə və cəhalətə qarşı barışmaz mübarizəsi ilə Ümummilli Liderin qəlbinə hələ gənc yaşlarından yol tapan naşir Azərbaycanda və şərqdə gender bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
“Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov çıxış edərək qonaqların diqqətinə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin həyatında iki görkəmli dahi – Cəlil Məmmədquluzadə və Hüseyn Cavid daha parlaq iz buraxıb. Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyan yazıçı, demək olar ki, çox yerdə Molla Nəsrəddin adı ilə tanınıb. Qələmə aldığı bir-birindən maraqlı əsərləri, felyetonları ilə rəngarəng dünyanın həmrəng insanlarına öz rənglərini göstərməklə insanların qəlbində özünə yer tapıb.
Muzeyin direktoru Gülnarə Sadiqova bildirib ki, ədib öz vəsaiti hesabına məktəb daxilində tarix-diyarşünaslıq muzeyi yaradıb. Nehrəm kənd məktəbində 7 il müəllim işlədiyi məktəb 1989-cu ildən xatirə muzeyi kimi fəaliyyət göstərir və bu muzeydə qorunub saxlanan 1126 eksponatdan 641-i ekspozisiyada sərgilənir. Bununla bərabər muzeydə ədibin özünə və ailə üzvlərinə aid əşyalar, fotoşəkillər və digər nümunələr nümayiş olunur.
Muzey əməkdaşlarının ədibin məqalə və felyetonlarını bədii qiraət etməsi və qonaqların muzey ekspozisiyasına baxışı ilə tədbir sona çatıb.

Bu gün Türkiyə öz iqdisadiyyatı, ordusu ilə dünya miqyasında söz sahibidir. Türkiyənin bütün uğurlarına Azərbaycan öz uğ...
20/02/2024

Bu gün Türkiyə öz iqdisadiyyatı, ordusu ilə dünya miqyasında söz sahibidir. Türkiyənin bütün uğurlarına Azərbaycan öz uğuru kimi sevinir. Fevral ayının 19-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri iki ölkənin qardaşlıq münasibətlərini bütün dünyaya bir daha göstərmiş oldu. Liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 7.5 milyard dollara çatdığını bildirdilər. Görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmir yolunun və İğdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsinin vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruri xarakter daşıyır.

Türkiyənin Ordu modeli Azərbaycanda tam tətbiq edilir.

Türkiyə-Azərbaycan Ordusu bir yumruq halındadır. Hər il onlarla birgə hərbi təlimlər keçirilir. Bu isə hərbi gücümüzü daha da artırır. Cənab Prezident İlham Əliyev Ankarada “Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modeli halında inkişaf edir” cümləsi bir çox dairələrə tutarlı mesaj idi. Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşada keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Şimali Kiprin müşahidəçi qismində dəvət olunması türk xalqlarının birliyinə böyük töhvə olacaq. Türkiyə və Azərbaycan arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu, Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ankara şəhərində Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış memorandum və sazişlər Azərbaycan və Türkiyə əlaqələrinə növbəti dəfə güclü təkan verəcəkdir.

Bakı Xoreoqrafiya Akademiyasında Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib Bakı Xoreoqraf...
18/02/2024

Bakı Xoreoqrafiya Akademiyasında Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Kitabxanasının təşkilatçılığı ilə akademiyada Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.

Dəyirmi masada BXA-nın rəhbərliyi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə iştirak edib.

Dəyirmi masa ətrafında Azərbaycanda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi Bakı Xoreoqrafiya Məktəbinin yaradılmasında Ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri xüsusi qeyd edilib:

"Ulu öndərin rəqs sənətinin inkişafında göstərdiyi xidmətləri onun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha da inkişaf etdirərək, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının təsis edilməsi Azərbaycan incəsənəti və mədəniyyəti tarixində mühüm hadisə olub".

Regionlarda xoreoqrafiya sənətinin daha peşəkar şəkildə təbliğ edilməsi məqsədi ilə mədəniyyət mərkəzlərinin və digər incəsənət ocaqlarının nəzdində rəqs studiyalarının yaradılması zərurəti irəli sürülüb.

Həmçinin, ermənilərin
Azərbaycanın folklor nümunələrini, qədim musiqi alətlərini (tar, kamança, balaban, zurna), qədim milli rəqslərini (“Köçəri”, “Sarı gəlin”, “Süsən sünbül”, “Yallı”, “Vağzalı”, “Uzundərə”, “Mirzəyi”, “Yallı”), hətta məşhur Azərbaycan bəstəkarları olan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinin mənimsənilərək, erməni nümunələri kimi təqdim edilməsi və bunun qarşısının alınması yolunda həmin əsərlərin tarixi və nota alınması haqqında ümumi rəylər bildirilib.

Akademiya adından Fətəli Axundzadəyə simvolik hədiyyələr təqdim olunub.

Sonda qonaqlar BXA-nın sinif otaqları, məşq zalları və ümumi akademiya ilə tanış olublar.

Prezidentin andiçmə mərasimi keçirilib. Azərbaycan Respublikasında fevralın 7 – də növbədənkənar prezident seçkiləri keç...
16/02/2024

Prezidentin andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasında fevralın 7 – də növbədənkənar prezident seçkiləri keçirilib. Yeddi namizədin iştirak etdiyi bu seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilib. Bu seçkiləri yerli müşahidəçilərlə birgə xarici müşahidəçilər də izləyib. Azad və şəffaf bir şəraitdə keçirilən bu prezident seçkilərində namizədlərdən hazırkı prezident İlham Əliyev səslərin 92,12 faizini toplayaraq qalib gəlib.

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib.
İlk növbədə, prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev əmin edib ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunması üçün əlindən gələni əsirgəməyəcək.

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqına xidmət edən Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə ölkənin iqtisadiyyatı dirçəlmiş, beynəlxalq nüfuzu artmışdır. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqı və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev olmuşdur.
Ölkəmizin ərazi bütövlüyünün bərpasını prioritet vəzifə elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020 - ci ildə Azərbaycan xalqını bir yumruq kimi birləşdirərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 2023 - cü ildə yenə də Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz 1 günlük antiterror əməliyyatı ilə separatçılara sarsıdıcı zərbə vuraraq onları Qarabağdan birdəfəlik qovaraq tarixi ədaləti bərpa etdi.

Bu gün Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib. İnanırıq ki, Onun rəhbərliyi altında respublikamız daha da inkişaf edəcəkdir.
Yaşasın Azərbaycana Zəfər qazandıran Prezidentimiz İlham Əliyev!

“Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib.Bu gün Babək rayonunda Naxçıvan Muxtar Resp...
15/02/2024

“Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib.

Bu gün Babək rayonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Babək şəhərindəki əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoymuşlar.
Daha sonra konfrans Babək Rayon Mədəniyyət Sarayında davam edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyətinin başçısı Rasim Hüseynov qədim, zəngin tarixə malik Naxçıvan diyarının Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda
mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlərindən danışıb. Muxtar Respublikanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli
sərəncamının tarixi əhəmiyyətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz ulu öndərin adı ilə bağlı olub. İcra Başçısı 1969-cu ildə
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının həqiqi inkişaf yoluna qədəm qoyduğunu, bugünkü müstəqil dövlətimizin siyasi, iqtisadi və
mədəni potensialının məhz 1969-1982-ci illərdə yaradıldığını qeyd edib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, tarix elmləri doktoru Fəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov çıxışlar etmişlər.
Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.

Konfransın sonunda bədii musiqili hissəyə baxış olub.

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyevanın anadan olmasının 115 ili tamam olur.Xədicə Bahəddin...
15/02/2024

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyevanın anadan olmasının 115 ili tamam olur.Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı.
O, 200-dən çox obrazla qarşılaşmışdır.
Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib.

14/02/2024
Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 12 fevral 1911-ci ildə anadan olmuşdur. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Or...
12/02/2024

Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 12 fevral 1911-ci ildə anadan olmuşdur. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, C.Qaryağdı oğlu, H.Sarabski, S.Şuşinski kimi müğənniləri müşayiət etmişdir.

Bəhram Mənsurovun ifasında "Çahargah" (1970) və "Rast" (1978) muğamları nota salınmış, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" muğamları ilk dəfə YUNESKO xətti ilə qrammofon valına yazılmışdır. Bəhram Mansurov 14 may 1985-ci ildə vəfat etmişdir

Bu gün Əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 101 ili tamam olur.İslam Səfərli oçerk, novella, libre...
12/02/2024

Bu gün Əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 101 ili tamam olur.İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.
�İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

Address

Naxçıvan şəhər Babək Rayonu
Nakhchivan

Telephone

+994508676538

Website

Alerts

Be the first to know and let us send you an email when Babək Rayon Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Babək Rayon Mədəniyyət İdarəsi:

Share