Oğuz Rayonu

Oğuz Rayonu Azərbaycanın ən gözəl bölgələrindən biri olan Oğuzun Facebook səhifəsindəsiniz!
(1)

Oğuz rayonu (7 fevral 1991-ci ilədək Vartaşen rayonu) — Azərbaycanda inzibati – ərazi vahidi. İnzibati mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olub. Rayon mərkəzi Vartaşen (indiki Oğu

z şəhəri) 1961-ci ilə qədər kənd olub. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilib. 1991-ci ilin fevral ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz rayonu adlandırılıb.

Bura rayonumuzun parkıdır. Üzr istəyirəm, bu xarabalığa park demək olmaz.
12/08/2026

Bura rayonumuzun parkıdır. Üzr istəyirəm, bu xarabalığa park demək olmaz.

07/08/2026

Oğuz ❤️❤️

🎥 Murad Bəşirli

09/06/2026

Sahibsiz itlərin "Yuva"sı: Oğuz sakinləri təhlükədən uzaqda

Video: İctimai TV

Oğuzda mülki müdafiə təliminə 254 şəxsi heyət, 41 texnika cəlb olunub"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayı...
28/04/2026

Oğuzda mülki müdafiə təliminə 254 şəxsi heyət, 41 texnika cəlb olunub

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

17/03/2026

Oğuzun Böyük Söyüdlü kəndində ilaxır çərşənbə qeyd olunur

Video: Baku TV

İlaxır çərşənbəniz mübarək!
17/03/2026

İlaxır çərşənbəniz mübarək!

04/03/2026

Oğuzumuzun igid oğlu, Vətən müharibəsi qəhrəmanı Nail İbrahimlinin doğum günüdür.
Allah şəhidimizə rəhmət eləsin!

Video: Report.az

29/12/2025

Address

Oguz
4800

Website

Alerts

Be the first to know and let us send you an email when Oğuz Rayonu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share