13/08/2026
Azərbaycan Yazıçılar birliyinin üzvi, 4 kitab müəllifi Mövlud Ağamməd Qrızlının Qrız kəndi ilə bağlı yeni şeiri
NƏZƏR MƏLLİM, BİR DƏ GETSƏN QIRIZA
"Mövlud çıxıbdır vəfasız,
Gözləmə, Qırız, gözləmə"
NƏZƏR SULTANLI
Nəzər məllim, bir də getsən Qırıza,
Doğma yurda məndən salam deyərsən.
Köks ötürüb, nəfəs alıb dərindən,
Əvəzimə önündə baş əyərsən .
Bəy daharı sipər edib sinəsin,
Noquç beldən söhbət açıb dinərsən.
Gar-Gar yoldan Qudyalçaya enərsən,
Pir Cəlalı tərif edib öyərsən.
Yad edərsən Misrinin göy yaylağın,
Səhiyyənin yağ-yaxmasın, qaymağın.
Süd balonun yarı yolda qoymağın,
Boş əl ilə kəndə ayaq döyərsən.
Aşıq qardaş nə oxusa, sayma sən,
"Nar ağacı, nar çiçəyi" n oyna sən.
Oynamaqdan heç yorulma, doyma sən...
O mağara baş çəkərsən , dəyərsən
Sızlamaqdan şanə olar ürəyin,
Bir ömürlük sızov verər göynəyin.
Cavanlıqdır, Məcnunun dərd köynəyin,
Eşqə düşüb əyninə kip geyərsən.
Demə, Mövlud üz döndərib soyundan,
Babaların nəsihəti, boyundan.
İçib soyuq , diş göynədən suyundan
Qil bulaqda kabab çəkib yeyərsən.
12.08.2026.