IV International Traditional Sweet Festival

IV  International Traditional Sweet Festival Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IV International Traditional Sweet Festival, Shäki.

İlk dəfə 2011-ci ildə bir çox ölkələrdə keçirilən Beynəlxalq Şirniyyat Günü millətlər, insanlar və xalqlar arasında dostluq, sülhə və peşəkarlığa həsr olunur. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM), Azərbaycan Milli Kulinariya Assosasiyası (AMKA), Şəki Şəhər İcra Hakimiyyəti 2014-cü ildən hər il Şəki şəhərində III Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalı keçirir.

25/08/2022
21/06/2018
Dear Colleagues!Azerbaijan National Culinary Association and Shaki Executive Power invite you to İnternational Tradition...
08/01/2018

Dear Colleagues!
Azerbaijan National Culinary Association and Shaki Executive Power invite you to İnternational Traditional Sweet Festival which will be held in the city of Shaki in Azerbaijan on 20.07.2018.
Two people are invited from each country. 2 days (19.07.2018-20.07.2018) hotel accommodation will be provided by the organisors for 10 countries. Even if you can’t be one of the first applied 10 countries, you will also have discounts at the hotels.
The delegate from each country will demonstrate their national ready sweets that they bring with themselves.
You will be given a special exibition table.
Please, it is recommended to bring flag, national table, national symbols with yourselves.
We are sending you the application form which you are to fill in. You are kindly asked to send the application, passports till the 01 of June.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,  Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəz...
22/07/2016

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM), Azərbaycan Milli Kulinariya Assosasiyası (AMKA), təşkilatçılığı ilə Şəki şəhərində III Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalı keçirilir.
Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında Azərbaycan, Türkiyə, İndoneziya, Rusiya Federasiyası, Hindistan, Yunanıstan, Çuvaşa RF, Özbəkistan, İran, Ukrayna kulinarları və Azərbaycanın bölgələri (Bakı, Şəki, Abşeron, Oğuz, Qəbələ, Ucar, Gəncə, Qazax, Yevlax, İsmayıllı, Agsu, Şamaxı, Naftalan, Ağdaş, Qax, Göyçay, Kürdəmir, Zaqatala ,Tovuz) öz şirin xörəklərini (firni, xəşil, şirin plov südlü sıyıq və s. kimi), unlu qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası kimi), milli şəkərli şirniyyatlarını (noğul, qoz halvası, səməni halvası və bu kimi) sərgilənir.
Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətirildi. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda, öz bölgələrinə məxsus məişət əşyaları, xalça, həsir və s. sərgiləyərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradırlar.
Münsiflər heyətində Azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiydan Aleksandr Prokopoviç, Yunanıstandan Miltidas Karoubas, Çuvaşa RF-dən Uezdniy Nikolay, Özbəkistandan Akbar Umarov və s. iştirak edirdi. Münsiflər heyətinin sədri Özbəkistan Aşpazlar Birliyinin sədri Akbar Umarov təyin edilib.
Tədbirdə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin sektor müdiri Yaşar Hüseynli, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Vanani və digər xarici və yerli qonaqlar iştirak edib.
Bildirmək istərdik ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi (ÜKTB) –WACS (World Association of Chefs Societies) və yaxud WORLD CHEFS 1928-ci ildə Parisdə yaradılıb.
Azərbaycan WACS-a sabiq SSRİ ərazisindən və Türk dünyasından ilk dövlət olaraq 1992-ci ildə qəbul edilib. Digər sabiq sovet respublikaları (Rusiya, Özbəkistan, Belarus, Qazaxıstan, Ukrayna və s.), Türkiyə, Serbiya, Malta Azərbaycanın müstəsna dəstəyi sayəsində WACS-a qəbul edilib .
1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyev WACS-ın Ümumdünya konqressinə müraciət məktubu ünvanlayıb və WACS-ı ölkəmizlə əməkdaşlığa dəvət edib.
WACS-ın ən yüksək kuliariya mükafatı və fəxri adı 88 il ərzində 96 nəfərə verilib. Bunlardan 85 saylı mükafat Azərbaycana (Tahir Əmiraslanova) verilib. Azərbaycan nümayəndəsi (T. Əmiraslanov ) WACS-ın təhsil komitəsinin üzvüdür.
24-27.09 tarixdə WACS Yunanıstanın Saloniki şəhərində Ümumdünya Kulinariya konqressini keçirir.
WACS-ın 88 illik tarixində ilk dəfədir ki, Azərbaycanlı, Türk və müsəlmanın (T. Əmiraslanov) Avropa dövlətləri tərəfindən WACS-ın prezidiumuna namizədliyi (Prezident, vitse prezident, baş katib və xəzinədar) irəli sürülüb. Bu ölkəmiz üçün çox önəmli bir hadisədir.
Bundan əlavə Konqressin aşpaz papağından ibarət seçki loqosunda 106 ölkədən yalnız 12-sinin bayrağı yerləşdirilib. Loqonun ən üst hissəsindəki bayraq Azərbaycan bayrağıdır.
II Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalının qalibləri:
Ölkələr arasında:

I YER: Özbəkistan
II YER: İndoneziya
II YER: Hindistan
III YER: İran
Ən yaxşı qənnadı məmmulatı nominasiyası üzrə:

I YER: Ukrayna
II YER: Yunanıstan
II YER: Çuvaş RF
Azərbaycanın 20 bölgəsi arasında:

I YER: Tovuz rayonu
II YER: Zaqatala rayonu
II YER: Ağsu rayonu
III YER: Şamaxı rayonu
III YER: Kürdəmir rayonu
III YER: Yevlax rayonu
Ən yaxşı qənnadı məmmulatı nominasiyası üzrə:

I YER: Gəncə şəhəri-(zilviyyə)
II YER: Oğuz rayonu-(südlü qorğa)
II YER: Ucar rayonu-(düyü halvası)
II YER:Naftalan rayonu-(xəşil)
III YER: İsmayıllı rayonu-(kürdmaşı halvası)
III YER: Qəbələ rayonu-(üç qulaq)
III YER: Ağdaş rayonu-(südlü aş)
III YER .Qazax rayonu-(Qatlama)

Şirniyyatların çoxluğuna görə:

I YER: Zaqatala rayonu
II YER: Göyçay rayonu
III YER: Bakı şəhəri
III YER: Abşeron rayonu
III YER: Qax rayonu
Şəki şəhəri üzrə:

I YER:"Əli Əhməd"-şirniyyat evi
II YER:"Sehirli təndir"-şirniyyat evi
III YER:"Muğan"-şirniyyat evi
III YER:"Sünbül"-çörək zavodu
Münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblər və iştirakçılar sponsorlar və təşkilat komitəsi tərəfindən diplomlar, kuboklar və hədiyyələrlə mükafatlandırılır.
Münsif heyəti və iştirakçılara “Azərsun” Holdingin “ Super sun” və zeytun yağları təqdim olundu.
Tədbirin sonunda xarici ölkə nümayəndələri tərəfindən iştirakçılara diplom və medallar təqdim edildi.
Tədbirin sponsoru “Xanədan” etno restoranı və “Azərsun” Holdingdir.

Министерство Культуры и Туризма Азербайджанской Республики, Исполнительная власть города Шеки, Азербайджанский Националь...
22/07/2016

Министерство Культуры и Туризма Азербайджанской Республики, Исполнительная власть города Шеки, Азербайджанский Национальный Центр Кулинарии, Азербайджанская Национальная Кулинарная Ассоциации проводит III Международный Традиционный Фестиваль Сладостей.
Странами-участниками являются Турция, Азербайджан, Индия, Россия, Греция, Узбекистан, Исламская Республика Иран, Индонезия, Чувашская Республика и Украина. А также регионы Азербайджана (Баку, Шеки, Абшерон, Огуз, Габала, Уджар, Гянджа, Газах, Евлах, Исмаиллы, Агсу, Шемаха, Нафталан, Агдаш, Гах, Гейчай, Кюрдамир, Загатала, Товуз) они представили на Фестивале такие блюда как (фирни, хашил, сладкий плов, молочная каша), мучные кондитерские изделия (пахлава, фасали, гатлама, зильвийя, умадж халвасы), национальные сладости из сахара (ногул, халва из орехов, сэмэни халвасы).
Все изделия доставляются на Фестиваль в уже приготовленном виде. Участники фестиваля, в том числе и кондитеры из Азербайджана, демонстрировали изготовленную продукцию, облачившись в национальные одежды, на выставке демонстрировались предметы быта, принадлежащие тому региону, сладости которого демонстрировались, а место проведения фестиваля было оформлено коврами и хесирами для создания прекрасного настроения у участников мероприятия.
В состав жюри наравне с представителями из Азербайджана также входит представитель из России – Александр Прокопович, из Греции – Милтидас Кароубас, из Чувашии – Уездный Николай, из Узбекистана – Умаров Акбар другие. Председателем жюри был назначен Председатель Союза Поваров Узбекистана Акбар Умаров.
Следует также отметить, что Всемирная Организация Кулинарных Ассоциаций (World Association of Chefs Societies – WACS) была создана в Париже в 1928 году. И Азербайджан является первым государством из всех Тюркских государств и на постсоветском пространстве, который в 1992-ом году вошел в состав WACS. Другие бывшие советские республики, такие как Россия, Узбекистан, Беларусия, Казахстан, Украина, а также Турция, Мальта, Сербия вошли с состав WACS при поддержке Азербайджана.
В 1994-ом году наш Всенародный Лидер Гейдар Алиев обратился с письмом к Всемирному Конгрессу WACS-a, призвав к сотрудничеству.
За 88 лет существования WACS наградил 96 человек почётными именами и кулинарными медалями. Серди них есть и имя Тахира Амирасланова (Азербайджан).
24-27 сентября этого года в Салониках( Греция) пройдет Всемирный Кулинарный Конгресс. Впервые за 88-летнюю историю существования WACS в президиум будет избираться азербайджанец, тюрок и мусульманин Тахир Амирасланов.
Кроме того, на логотипе Конгресса ( в виде поварского колпака) из 106 стран присутствует флаги только 12 государств и среди них флаг Азербайджана.
В рамках фестиваля было проведено два конкурса: среди зарубежных гостей и азербайджанских кулинаров. Решением жюри победителем международного фестиваля были объявлены кондитеры из Узбекистана. Второе место заняли представители Индонезии и Индии, третье – Ирана. Лучшими кондитерскими изделиями была признана продукция Украины, далее Греции и России.
Из Азербайджана лучшими кондитерами стали представители Товуза, второе место – у представителей Загаталы и Агсу, третье – Шамахы, Кюрдамира и Евлаха. Среди кондитерских изделий – продукция из Гянджи, второе – Огуза, Уджар и Нафталана, третье – Исмаиллы, Габалы, Агдаша и Газаха.
Победители и призеры были награждены кубками и почетными дипломами. Для гостей также подготовили праздничную концертную программу.

22/07/2016

Ədalət - İnternet Portal

Address

Shäki

Telephone

+994125370135

Website

Alerts

Be the first to know and let us send you an email when IV International Traditional Sweet Festival posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IV International Traditional Sweet Festival:

Shortcuts

Share