28/10/2025
Dostlar gedirik payız kampına 🍂
Tarix: 1–2 noyabr 2025-ci il
Çətinlik dərəcəsi: Asan
Tur programı:🔽
Payız Səfəri: Sulut Kampı (1–2 Noyabr)
Tarix və Təbiətin Qovuşduğu Yer
Dostlar, bu həftə sonu sizi payızın sehrinə dəvət edirik!
Dağlara sərilən al-əlvan yarpaqların içində, sükut və tarixlə dolu iki unudulmaz gün bizi gözləyir. Küləyin pıçıltısı, samovarın buxarı və ocaq başında dost söhbətləri ilə dolu bir “Sulut kampı” təcrübəsinə hazırsınızmı?
Bu səfərdə siz:
• Azərbaycanın az tanınan palçıq vulkanlarını,
• Bir çox tarixi hadisəyə şahidlik etmiş Nərimankənd mağaralarını,
• Möhtəşəm Şamaxı Cümə məscidini,
• Tarixi Sulut kəndini,
• Şamaxı xanı Mustafa xanın mirası olan Qırxotaq qalığını,
• Tarixi saxlanc yeri olan Buzxananı,
• Və Sərsurə kəndindəki palçıq vulkanını ziyarət edəcəksiniz.
TURUN PROQRAMI
1-ci Gün — 1 Noyabr (Şənbə)
08:00 — Gənclik metrosunun qarşısından yola düşürük.
09:00 — Perekəşkül palçıq vulkanlarına səfər — qeyri-adi landşaftların şahidi olun.
10:00 — Nərimankənd mağarası – bir çox tarixi hadisəyə şahidlik etmişdir.
11:00 — Şamaxı Cümə məscidi ziyarəti.
11:30 — Şamaxıda qısa fasilə (5 dəq).
12:30 — Sulut kəndinə çatırıq.
12:30–13:30 — Yerli evdə samovar çayı və ev yeməyi.
13:30–15:00 — Kənd gəzintisi: qədim Buzxana və kəndin tarixi yerləri.
16:00 — Kamp qurub, axşama hazırlıq işləri görürük.
16:00–19:00 — Oyunlar və əyləncələr (voleybol, uno vs. oyunlar)
20:00 — Ocaq başında axşam yeməyi, çay süfrəsi və isti dost söhbətləri.
22:00 — Ulduzlu səma altında istirahət vaxtı.
2-ci Gün — 2 Noyabr (Bazar)
08:00 — Oyandıqdan sonra ocaq başında səhər hazırlıqları.
08:00–10:00 — Səhər yeməyi və payız səhərinin sükunətindən zövq.
10:00–12:00 — Qırxotaq yürüşü – tarixlə təbiətin vəhdətinə şahidlik edirik.
12:00 — Kampı yığışdırırıq, kəndə dönürük.
13:00 — Sərsurə kəndi yaxınlığındakı palçıq vulkanına səfər.
15:00 — Bakıya doğru yola çıxırıq.
Qiymətə daxildir:
- Nəqliyyat (VİP)
- Bələdçi xidməti (rəsmi sertfikatlı)
- Çadır (2 nəfərlik)
- Yataq kisəsi (qış)
- Mat
- Axşam yeməyi (ocaqda hazırlanmış)
- Səhər yeməyi (ocaqda hazırlanmış)
- Çay süfrələri (ocaq başında)
- Oyunlar (voleybol, uno)
- Qablar və stəkanlar
İştirakçıda olmalıdır:
Bel çantası (30 lt)
Bot
Yürüş çubuğu
Şəxsi gigyenik vasitələr
Atışdırmalıqlar (snikers, çərəz, quru meyvə, su)
Ehtiyat ayaqqabı
Havaga uyğun ehtiyat geyimlər
Qeyd. 1: İştirakçı sayı limitli olduğu üçün ilk müraciət edənlər qeydiyyata alınacaq.
Qeyd.2. Mövcud havanın vəziyyəti və qrup iştirakçılarının sürətinə görə proqramın vaxtında dəyişiklik ola bilər.
3 gün qalmış turdan imtina olunduqda ödəniş geri qaytarılmır
🍁 Payızın bu səyahəti sizə təkcə mənzərə deyil, həm də daxili rahatlıq bəxş edəcək.
Gəlin birlikdə dağların sükutunda nəfəs alaq, dostluğun və təbiətin enerjisini paylaşaq.