Samuray Plastik

Samuray Plastik Plastik çantaların, market və alış-veriş torbalarının istehsalı Bütün məhsullar uyğunluq və gigiyenik sertifikatların tələblərinə uyğun olaraq istehsal edilir.

Son illərdə Azərbaycanın siyasi, iqtisadi həyatında, xüsusən də sahibkarlıq mühitində böyük uğur və irəliləyişlər özünü göstərməkdədir. Azərbaycanda sahibkarlığın bir çox sahələrinin fəaliyyət dairəsi genişlənmiş, özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkədə sahibkarlığın artan sürətlə inkişafı dövlət başçısının yeritdiyi iqtisadi siyasət strategiyasının istiqamətlərindəndir. Respublikamızd

a sahibkarlığın inkişafı üçün yaradılan geniş imkanlardan səmərəli istifadə edən “Samuray” firması bu gün Azərbaycan bazarını yüksək keyfiyyətli polimer məhsullarla təmin edən qabaqcıl firmalardan biridir.
“Samuray” firması 30 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Öz fəaliyyəti dövründə firma bir sıra uğurlara imza atmışdır. Bunlardan aşağıdakıları xüsusi qeyd etmək olar:
1) 30 sentyabr 2005-ci ildə Azərbaycan Respublikası gənclərinin IV forumu ilə əlaqədar keçirilən Bakı şəhəri gənclərinin zona toplantısında fəal iştirakına və Biznes sahəsindəki uğurlarına görə Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
2) 31 may 2007-ci ildə gənc sahibkarların II ümumrespublika sərgisində iştirakına görə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şəhadətnamə ilə təltif edilmişdir. “Samuray” firması bir sıra məşhur un məmulatları, şirə, şirniyyat və şokolad istehsal edən firmalar, quşçuluq fabrikləri, geyim, parfümeriya və ofis ləvazimatları mağazaları ilə əməkdaşlıq edir. Bundan əlavə, öz fəaliyyəti dövründə “Samuray” firması Sumqayıtda keçirilən bir sıra dövlət əhəmiyyətli təbdir, sərgi, konfranslarda, doğma şəhərimizin abadlaşdırılmasında hər zaman yaxından iştirak etmişdir. Avadanlıq, mətbəə makinaları, ekstrüderlər, kəsmə və qaynaqetmə makinalarımız Türkiyə, İtaliya və Tayvan istehsallı olub, yüksək keyfiyyətli məhsul istehsalını təmin edir.
“Samuray” firması istehsalat sahəsində ekolji təmizliyi önə çəkən qabaqcıl texnologiyalardan istifadə edir. Bizim devizimiz keyfiyyətli və təmiz məhsul istehsal etməkdir!

✨ Mətbəxinizdə nizam və rahatlıq yaradın!Plastik saxlama qablarımız ərzaqlarınızı daha səliqəli və təhlükəsiz saxlamağa ...
30/06/2026

✨ Mətbəxinizdə nizam və rahatlıq yaradın!

Plastik saxlama qablarımız ərzaqlarınızı daha səliqəli və təhlükəsiz saxlamağa kömək edir. Un, şəkər, düyü, makaron, paxlalılar və digər quru ərzaqlar üçün ideal seçimdir.

📦 Həcm seçimləri:
• 3 L
• 5,5 L
• 9 L
• 15 L

5 və 10 litrlik möhkəm və keyfiyyətli konistrlərimiz satışdadır!✔ Dayanıqlı plastik material✔ Praktik və rahat istifadə✔...
27/06/2026

5 və 10 litrlik möhkəm və keyfiyyətli konistrlərimiz satışdadır!

✔ Dayanıqlı plastik material
✔ Praktik və rahat istifadə
✔ Etibarlı qapaq sistemi
✔ Müxtəlif təyinatlı mayelərin saxlanması və daşınması üçün uyğundur

Topdan və pərakəndə satış mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlayın.

7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla başa çatdı.Stendimizi ziyarət edən bütün qonaqlara dərin təşəkkür edirik. ...
23/06/2026

7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla başa çatdı.
Stendimizi ziyarət edən bütün qonaqlara dərin təşəkkür edirik. Sərgi müddətində qurulan yeni əlaqələr və dəyərli görüşlər bizim üçün çox önəmli oldu.

Eyni zamanda bu gözəl tədbirin yüksək səviyyədə təşkilinə görə Marsol Expo -a xüsusi təşəkkürümüzü bildiririk.

1999-cu ildən keyfiyyət və etibarı əsas tutaraq fəaliyyət göstərən Samuray Firması olaraq, gələcəkdə də ən yaxşı xidmət və məhsullarla sizinlə olmağa davam edəcəyik.

Şanlı tariximizin ən parlaq səhifəsi.🇦🇿Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 108 il ötür. Şərqdə ilk demo...
28/05/2026

Şanlı tariximizin ən parlaq səhifəsi.🇦🇿
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 108 il ötür. Şərqdə ilk demokratik
respublika olaraq tarixin yaddaşına həkk olunan bu müqəddəs günü qürurla qeyd edirik.

Müstəqilliyimiz daimi, suverenliyimiz əbədi olsun!
Müstəqillik Günümüz mübarək, Azərbaycan!

Qurban Bayramınız mübarək! 🌙✨Bu müqəddəs bayramın hər evə sevinc, ruzi-bərəkət və xoşbəxtlik gətirməsini arzulayırıq. 🤍💙
27/05/2026

Qurban Bayramınız mübarək! 🌙✨
Bu müqəddəs bayramın hər evə sevinc, ruzi-bərəkət və xoşbəxtlik gətirməsini arzulayırıq. 🤍💙

“Xalqına ömrünü həsr etmiş dahi lider — Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ehtiramla yad edilir....
09/05/2026

“Xalqına ömrünü həsr etmiş dahi lider — Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ehtiramla yad edilir. Onun qurduğu güclü Azərbaycanın yolu daim işıqlı olacaq.” 🇦🇿

“Samuray” Firması 17-20 iyun tarixlərində baş tutacaq 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə 255 A nömrəli stenddə ...
09/05/2026

“Samuray” Firması 17-20 iyun tarixlərində baş tutacaq 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə 255 A nömrəli stenddə təmsil olunur.

Sərginin iştırakçıları sırasına siz də qatılın.

⏱️Sərgi müddəti: 4 gün
📍Məkan: Bakı Ekspo Mərkəzi
📆Tarix: 17-20 iyun 2026
☎️Əlaqə: 050 228 64 31
🌐www.marsolexpo.az

Samuray Plastik – gündəlik istifadə üçün keyfiyyətli plastik qablar.📩 Sifariş üçün müraciət edin.
05/05/2026

Samuray Plastik – gündəlik istifadə üçün keyfiyyətli plastik qablar.
📩 Sifariş üçün müraciət edin.

Address

Sumqayıt
AZ5000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+994552019797

Alerts

Be the first to know and let us send you an email when Samuray Plastik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samuray Plastik:

Shortcuts

Share