01/10/2026
🩺🇦🇿 Tovuzlu həkimin beynəlxalq uğuru!
Yeni Klinikanın mütəxəssisləri 20-ci Çin Mədə Xərçəngi Konqresində (CGCC 2026) Azərbaycanı uğurla təmsil ediblər.
Konqresdə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov və əslən Tovuzdan olan ümumi cərrah Ayxan Abbasov iştirak ediblər.
Beynəlxalq konqresdə Yeni Klinikada həyata keçirilən ilk robotik total qastrektomiya təcrübəsi təqdim olunub.
Əslən Tovuzdan olan Ayxan Abbasovun ölkəmizi belə mötəbər beynəlxalq tədbirdə təmsil etməsi və müasir cərrahiyyə sahəsində əldə olunan təcrübənin dünya mütəxəssisləri ilə paylaşılması Tovuz üçün də qürurverici hadisədir. 👏
Ayxan həkimə gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq! Tovuz Sizinlə fəxr edir! ❤️🇦🇿