02/12/2015
Gödöllö
Macarıstanın ən möhtəşəm saraylarından biridir. Budapeştin şimali-şərqində yerləşən Gödöllö kiçik şəhər olmasına baxmayaraq, Macarıstanın ən gözəl tarixi əhəmiyyətə malik olan sarayı məhz burada tikilmişdir.
Bu saray Kraliça Elisabethin (Sissi) və Francis Joseph (Macar Kralı 1867-1916) yay iqamətgahı olmuşdur. Tur zamanı, tarixi ornamentlərlə yenidən bərpa olunmuş sarayda Avstriya-Macarıstan İmpersiyası dönəminə əyani olaraq səfər etmiş olacaqsınız. Həmçinin səfər zamanı Kraliça Sissinin həyatının sirli məqamlarını öyrənə biləcəksiniz. Gəzintinin sonunda sarayın həyətində yerləşən kafedə çay süfrəsində əyləşərək keçmişə nəzər yetirə biləcəksiniz.
Bundan başqa Macarıstanın və Avropanın ən məşhur kənd təsərüffatı üniversitetlərindən biri olan və Macarıstanın ilk kralının adını daşıyan Müqəddəs İştvan Universitetini (SZİU) və kampusunu da ziyarət etmiş olacaqsınız.