DSTD Dünya Sağlık Turizmi Derneği - The World Health Tourism Association

  • Home
  • Turkey
  • Ankara
  • DSTD Dünya Sağlık Turizmi Derneği - The World Health Tourism Association

DSTD Dünya Sağlık Turizmi Derneği - The World Health Tourism Association Amacımız, Türkiye Sağlık Turizminin geliştirilmesine katkı sağlamaktır.

Sizdə də üşümə, halsızlıq, unutqanlıq varsa… - DİQQƏTLİ OLUNHazırda dünyada ən geniş yayılan problemlərdən biri yod çatı...
10/03/2018

Sizdə də üşümə, halsızlıq, unutqanlıq varsa… - DİQQƏTLİ OLUN

Hazırda dünyada ən geniş yayılan problemlərdən biri yod çatışmazlığıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 54 faizi yod çatışmazlığının yarada biləcəyi xəstəlik riski ilə yaşayır.

Türkiyəli endokrinoloq və metabolizm üzrə mütəxəssis Rüştü Serter qidalardan alınan yodun çatışmazlığı vəziyyətində uşaqlarda böyümə geriliyi, zəka ilə əlaqədar problemlər, böyüklərdə isə tiroid vəzinde böyümə, hipotiroid kimi xəstəliklərin ortaya çıxdığını söyləyib.

Yod çatışmazlığının səbəbləri nələrdir?

Sağlam beyin inkişafı və böyümənin təməl daşlarından olan tiroid hormonlarının artması üçün orqanizm kifayət qədər yod qəbul etməlidir. Ancaq əfsus ki, yod orqanizm tərəfindən istehsal olunmur. Buna görə də bədənin yod ehtiyacı dəniz məhsulları, ət, süd məhsulları, yumurta kimi qidaları yeməklə qarşılana bilər. Əgər qidalanma yolu ilə kifayət qədər yod alınmırsa, problem xronikiləşir və buna bağlı problemlər ortaya çıxır.
Yod çatışmazlığı səbəbindən yaranan tiroid xəstəliklərinin başında isə quatr gəlir.
Statistikaya görə, dünyada 740 milyon insan bu xəstəlikdən təsirlənir.

Əlamətləri nələrdir?

Tiroid hormonu azaldıqda metobolizma yavaşladığı üçün çəki artmağa başlayır. Şəxs az yemək yesə də, kökəlməyə başlayır. Bununla yanaşı, halsızlıq, dəri quruluğu, saç tökülməsi, dəridə qalınlaşma, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, menstruasiya düzənsizliyi, unutqanlıq zamanla ortaya çıxan şikayətlər arasındadır. Daha irəliləmiş vəziyyətlərdə isə özünü idarə etmə problemi, depressiya, həssaslıq, ürək və ağciyər çatışmazlığı yarana bilər. Yod çatışmazlığının qadınlardakı ən əhəmiyyətli təsirlərindən biri isə infertilite, yəni sonsuzluqdur.

Hamiləlikdə yod çatışmazlığı

Hamiləlik və əmizdirmə dövründə isə yod çatışmazlığı ciddi problemlərə səbəb olur. Bu qadınlarda yarımçıq hamiləlik, erkən doğuş, doğuş anomaliyaları, uşaqda zəka və inkişaf geriliyi, eşitmə və danışma pozuntuları görülür. Dünyada hər il doğulan təxminən 50 milyon uşaq analarının qida rasionunda kifayət qədər yod olmaması səbəbindən zəka geriliyi riski ilə qarşılaşır.

Sidikdə yodun miqdarına baxmaq lazımdır

Azyaşlılarda yod əskikliyi ilkin vaxtlarda özünü göstərmir. Həmçinin əskikliyin olub-olmadığını müayinə ilə təyin etmək də mümkün deyil. Orqanizmdə yod çatışmazlığını dəyərləndirmək üçün ən asan yol sidik analizi verməkdir.

Necə müalicə edilir?

Yod çatışmazlığı zamanı ilk öncə tərkibi yodla zəngin olan qidalar yeyilməlidir. Təbii dəniz və daş duzu isə əhəmiyyətli yod qaynağıdır. Yodla zənginləşdirilmiş duz yod əskikliyi ilə mübarizədə əhəmiyyətli rol oynayır. Bu məqsədlə çox duz istifadə etməyə ehtiyac yoxdur. Sadəcə gündə 2 qram yodlu duzun mütəmadi istifadəsi yod ehtiyacını qarşılamağa bəs edir. Duzdakı yodun qorunması üçün onu nəm olmayan, işıq görməyən qapalı qablarda saxlamaq lazımdır. Bir də ən əsası duz yeməyə bişdikdən sonra tökülməlidir.
Dərmanla müalicəni isə ehtiyac olarsa, həkim özü təyin edəcək.

Türkiyənin öndə gedən xəstsəxanalarından olan "Hacettepe Üniversitesi hastanesi", "Ankara Üniversitesi hastanesi", "Başk...
10/03/2018

Türkiyənin öndə gedən xəstsəxanalarından olan "Hacettepe Üniversitesi hastanesi", "Ankara Üniversitesi hastanesi", "Başkent Üniversitesi hastanesi" və başqa bu kimi dövlət və özəl xəstəxanalarda praktika keçmək istəyənlərin nəzərinə!!!

Türkiyə "Dünya Sağlıq Turizmi Dərnəyi"nin Azərbaycan həkimləri və tələbələri üçün təşkil etdiyi Staj programlarına qatılmaq istəyirsinizsə ozaman bizə müraciət edin

Xidmətlər:

✔️Aviabiletlerin alınması
✔️Hava limanından qarşılanma
✔️Oturum icazəsinin alınması
✔️Özəl Sağlıq Sığortasının alınması
✔️Rəsmi sənədlərin hazırlanmasında dəstək
✔️Ev, otel, yurd kimi qonaqlamalarda qalmağa dəstək
✔️Şəhərlətin tanıtımı
✔️Proqramın sonunda SERTİFİKAT

Lazım olan sənədlər:

– Universitet diplomu
– İşlədiyini xəstəxanadan sənəd
– 8 ədəd şəkil
– Pasportun kopyası
– Başvuru formunun doldurulması

Əlavə məlumat üçün əlaqə saxlayın.

Ünvan: 📌 Nərimanov r., Mayakovski küç. 10 (8-nolu poliklinikanın yanı)
Əlaqə: ☎ (050) 257 50 67
(050) 635 16 52
(012) 567 60 21
(012) 567 56 42

İmmunitet hansı səbəblərdən zəifləyir?Orqanizmin qoruyucu sistemi sayılan immunitetin zəifləməsinə səbəb olan amillər ha...
09/03/2018

İmmunitet hansı səbəblərdən zəifləyir?
Orqanizmin qoruyucu sistemi sayılan immunitetin zəifləməsinə səbəb olan amillər hansılardır? İmmun sisteminin pozğunluğu zamanı üzə çıxan fəsadlar nə dərəcədə təhlükəlidir? İmmuniteti gücləndirən müalicələr əsaslıdırmı? İmmunitet zəifləməsindən əziyyət çəkənlər nələrə diqqət etməlidirlər? İmmun sisteminin qaydada olmadığını göstərən əsas əlamətlər hansılardır? İmmunitetdə yaranan patologiyaları vaxtında aşkarlamaq və qarşısını almaq mümkündürmü? İmmun sisteminin profilaktikası üçün nələri bilmək vacibdir? Tibb Universitetinin Elmi Tədqiqat İmmunologiya Laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayeva deyib ki, immun sistemi orqanizmi bütünlükdə, başdan-ayağa əhatə edən başlıca sistemdir. İmmun sistemi normal fəaliyyət göstərəndə, onun ayrı-ayrı mexanizmləri arasında tarazlıq olanda insan özünü sağlam hiss edir. İmmun sistemində tarazlığın pozulmasına təsir edən bir çox amillər olduğunu deyən immunoloq bunlardan ən başlıcasının infeksion törədicilər olduğunu vurğulayıb.

İmmunoloqun sözlərinə görə, immun sistemi zəif olan insanlarda adi bir xəstəlik belə fəsadlar yaradar, patogen, müalicəyə tabe olmayan hala çevrilə bilər: "Bu, hətta əlilliyə gətirib çıxara bilir".

Mütəxəssis hesab edir ki, Azərbaycan əhalisi və hətta tibb işçiləri immun sistemi haqqında dəqiq biliklərə malik deyil.

İmmunoloq bildirib ki, immundefisit vəziyyətlərdə, tarazlıq pozulanda həm zəiflik, həm də qeyri-normal aktivlik vəziyyətləri yarana bilər.

G. Nəsrullayeva qeyd edib ki, immun sisteminin risk faktoru yaradan dövrü əsasən körpələrə, kiçik yaşlı uşaqlara və 70-75 yaşdan yuxarı insanlara şamil edilir.

Uşaqlarda müşahidə olunan anadangəlmə immun çatışmazlığı haqda danışan mütəxəssis bu halların 90 faizinin ana bətnində döldə genetik mutasiya yaranması nəticəsində baş verdiyini açıqlayıb. Bildirib ki, buna səbəb olan əsas amillərdən biri qohum evlilikləridir. Yaxın qan qohumluğu immun çatışmazlığı üçün böyük risk faktorudur.

Sonradan yaranan ikincili immun çatışmazlığı barədə danışan immunoloq deyib ki, bu, həyat üçün o qədər də təhlükəli deyil, müvəqqəti haldır, müəyyən səbəblə bağlıdır, səbəb aradan qalxan kimi immun sistemi özü-özünü bərpa edir.

İmmunoloq autoimmun xəstəliklərindən də danışıb, bu xəstəliklərin uzun müddətli, illərlə davam edən problemlər olduğunu açıqlayıb. Onlardan tamamilə azad olmaq hələ də tibbin qarşısında duran problemdir.

Mütəxəssis deyib ki, immun çatışmazlığının ən böyük əlamətlərindən biri tez-tez yoluxucu xəstəliklərə tutulmaqdır. Bundan başqa dəridə, selikli qişalarda uzun zaman, aylarla davam edən səpgilər, göbələk infeksiyaları, bədəndə ləkələrin yaranması şübhə yaradan hallardır.

Bundan başqa, uşaqlarda anadangəlmə qüsurların olması da immun çatışmazlığının olmasına şübhə yaradır.
İmmunoloq immun sisteminə təsir edən preparatlardan, həmin preparatların yarada biləcəyi fəsadlardan da danışıb.

İlk növbədə ana südünün immun sisteminin bünövrəsini təşkil etdiyini deyən G. Nəsrullayeva immun sistemini möhkəmləndirəm qidaları da açıqlayıb.

Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edinHəm qadın, həm kişilər arasında ən çox rast gəlinən xərçəng növündən bir...
07/03/2018

Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edin
Həm qadın, həm kişilər arasında ən çox rast gəlinən xərçəng növündən biri yoğun bağırsaq (kolon) xərçəngidir. Ən qorxulu cəhəti isə əlamətlərinin hiss olunmamasıdır. Buna görə də çox zaman bağırsaq xərçəngi irəliləmiş halda ortaya çıxır. Mütəxəssislər isə yoğun bağırsaq xərçənginin qarşısının əvvəlcədən alına biləcəyini vurğulayırlar. Türkiyəli qastroenteroloq Nurdan Tözün bununla bağlı məsləhətlərini diqqətinizə çatdırıq.

Qidalanmanıza diqqət edin

Yoğun bağırsaq xərçəngi qeyri-sağlam qidalanma ilə birbaşa əlaqədardır. Xüsusilə həddindən çox yağlı qidalar, heyvan mənşəli yağ istifadəsi və qırmızı ətlə daha çox qidalanma qalın bağırsaq xərçəngi riskini artırır. Həmçinin kolbasa, sosis və bu kimi yenidən işlənmiş qidalardan uzaq durmaq lazımdır. Meyvə və tərəvəzin kifayət qədər qəbul olunmaması həzm sistemi sağlığına mənfi şəkildə təsir göstərir. Hər gün kifayət qədər meyvə və tərəvəz yeməyi unutmayın. Bol lifli qidalardan istifadəni artırın.

Siqaret və alkoqoldan uzaq olun

Alkoqol istifadəsinin bağırsaq xərçənginə birbaşa yol açması 57 araşdırmada ortaya çıxıb. Gündə 50 qram, ya da daha çox alkoqol istifadə edənlərdə kolon xərçəngi riski içməyənlərə görə 1.5 faiz artır. Alkoqolun qəbulundan sonra ortaya çıxan, toksik bir kimyəvi maddə olan asetaldehid həm DNT-yə, həm də proteinlərə zərər verir. Alkoqol, həmçinin, toksik oksigen növlərinin yaranması ilə də DNT-yə zərər verərək, xərçəng yaradır.

Artıq çəkidən azad olun

Artıq çəkinin sağlamlıq düşməni olduğu aparılan bir çox elmi araşdırmalar zamanı sübut olunub. Diabetdən ürək və damar xəstəliklərinə qədər bir çox problemə yol açan artıq çəki kolon xərçənginə də zəmin hazırlayır. Məsələn, 5 kilo kökəlmək kolon xərçəngi riskini yüzdə 5 faiz artırır.

Mütəmadi məşq edin

Müasir zamanın insan sağlamlığına verdiyi ən böyük zərərlərdən biri olan hərəkətsizlik sürətlə yayılır. Halbuki hər gün ən az 45 dəqiqə ritmli məşq, ya da həftənin ən az üç günü 30 dəqiqəlik mütəmadi piyada gəzmək sağlıqlı yaşam üçün vacib şərtlərdəndir. Mütəmadi məşq bağırsaq xərçəngindən də qorunmağa böyük fayda verir.

Vaxtaşırı müayinə olunun

Kolonoskopiya və nəcisdə gizli qan testini 50 yaşı keçmiş hər kəs etdirməlidir. Əgər ailənizdə kimdəsə xərçəng varsa, müayinəni daha erkən yaşda etdirin. Birinci dərəcəli qohumunda xərçəng olanlar xəstənin mövcud yaşından 10 il əvvəl test etdirməyə diqqət etsin. Çünki bu göstərici xərçəng riskini 2-4 qat artırır.

Kalsium və D vitamininə diqqət edin

Kalsium və D vitamininin kolon xərçəngini önləməkdə təsirli olduğu araşdırmalar zamanı müəyyənləşib. Kalsium bağırsaqdakı maddələri uzaqlaşdırır və onların zərəli təsirlərini önləyir. D vitamininin isə hüeyrə çoxalmasını önləyərək anti-karsinogenik təsir göstərdiyi qəbul edilir. Buna görə kalsium və D vitamininizin kifayət qədər olmasına diqqət edin.

Stressdən uzaq durun

Daim stresli olmaq immunitet sistemini çökdürərək, həm infeksiyalara, həm də xərçəngə qarşı müqavimətimizi azalda bilər. Digər tərəfdən normal yuxu da xərçəngdən qorunmaqda önəmli rol oynayır.

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir...
05/03/2018

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir.

Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qara ciyər, öd üçün balqabaq xüsusilə faydalıdır - bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.


Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir. Balqabaq dəmirlə də olduqca zəngindir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar bu tərəvəzi öz menyusuna mütləq daxil etməlidir. Balqabaq şirəsi öskürəklə mübarizə aparır, bronxları təmizləyir. Balqabağın tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir. Sink isə kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir - potensiyanı gücləndirir, spermatogenezə müsbət təsir edir. Müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema), yanıqlar zamanı təzə balqabaq effektli müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün təzə balqabağın 1 tikəsini götürüb, qabığını soymaq, əzmək və zədələnmiş sahəyə qoymaq lazımdır. Balqabaq üz dərisinə də çox müsbət təsir edir, cavanlaşdırır, daha hamar və sağlam edir.

"Dünya Sağlık Turizmi Derneği" tüm hastalara sağlık turizmi hizmetini sunmaktadırSağlık turizmi dört ana başlıkta değerl...
03/03/2018

"Dünya Sağlık Turizmi Derneği" tüm hastalara sağlık turizmi hizmetini sunmaktadır

Sağlık turizmi dört ana başlıkta değerlendirilmektedir:

✔️Medikal (Tıp) Turizmi
✔️Termal ve SPA Turizmi
✔️İleri Yaş Turizmi
✔️Engelli Turizmi

Çeşidli hastalıklarda şikayet eden hastalarimiz kendi sağlıklarını alanında uzman olan doktorlarımıza emanet edebilirler.

Detaylı bilgi için bize yaza bilirsiniz.

Dikkat: Azerbaycanli hastalarımız Bakü temsilcimiz " Edulandiya Academy" vasitası ile bize ulaşa bilir.

(050) 635 16 52
(012) 567 60 21
(012) 567 56 42

Dəridəki ləkələr hansı xəstəliyin xəbərçisidir?Müəyyən səbəblərdən insanların dərisində ləkələr meydana gəlir. Biganə ya...
02/03/2018

Dəridəki ləkələr hansı xəstəliyin xəbərçisidir?

Müəyyən səbəblərdən insanların dərisində ləkələr meydana gəlir. Biganə yanaşdıqda ləkələr təhlükəli dəri xəstəliklərinin ilk əlaməti ola bilər.
Dəridəki ləkələr, adətən, ya ağ, sarı rəngdə olur, ya da çəhrayı, mavi, bənövşəyi rənglərə çalır.
Bəs, ləkələr hansı səbəblərdən yaranır və hansı təhlükələrdən xəbər verir?

Əvvəlcə onu qeyd edək ki, dəridə ləkələr əsasən, zob xəstəliyi, dəmir çatışmazlığı, maddələr mübadiləsinin pozulması, böyrəküstü vəzin və qaraciyərin xəstəliyi zamanı meydana gəlir. Qandakı dəyişikliklər də ləkələrin yaranmasına və artmasına səbəb ola bilər. Bəzi ləkələr isə göbələk xəstəliyi və ya xərçəng zamanı müşahidə edilir.
Xəstəlik müalicə edilməzsə, ləkələr sürətlə artır.
Aparılan araşdırmalar göstərib ki, dəridə yaranan ləkələrin rənginə baxaraq onun hansı xəstəliyin əlaməti olduğunu müəyyənləşdirmək mümkündür.
Ağ rəngli ləkə
Bu bədəndə yaranan göbələyin əlaməti ola bilər. Əgər ağ ləkə qabıq verirsə, kəpəklənirsə “tinea versicolor” adı verilən bədən göbələyindən şübhələnmək olar. Həmin göbələk xüsusilə, kürəkdə, sinədə, qarın və qollarda ağ ləkələrin yaranmasına səbəb olur. Adətən, mərci dənəsi kimi xırda olur. Ancaq bir neçə ləkə birləşib daha iri ləkələrin formalaşmasına səbəb ola bilər. Yoluxucu olmasa da, estetik baxımdan yaxşı görünmür. Müalicəsi asandır.
Vitiliqo
Dəridə yaranan ağ ləkələrin digər səbəbi də “vitiliqo” adı verilən dəri xəstəliyi ola bilər. Həmin xəstəlik dəriyə rəng verən hüceyrələri məhv etdiyindən ağ ləkələr yaranır. Vitiliqo daha çox şəkər xəstələrini təhdid edir.
Sarı rəngli ləkə
Sarılıq
Bu ləklərin əsas səbəbi sarılıq ola bilər. Sarılıq öd kisəsindən öd axınına maneə yarananda ya da qaraciyər hər hansı mikrobdan ziyan görəndə baş verir. Nəticədə qanda bəzi maddələrin miqdarı dəyişir, yəni artır. Nəticədə dəri sarı rəng alır. Həmin ləkələr qaşınır və ya qabıq verir.
Çəhrayı-qırmızı rəngli ləkə
Qurdeşənək (ürtiker)
Dəridə yaranan çəhrayı qızartılar 24 saat içində yox olub təkrar meydana gəlirsə və qaşınırsa, bu ürtiker xəstəliyinin əlaməti ola bilər.
Bədən göbələyi
Göbələklərin səbəb olduğu digər dəri xəstəliyi çəhrayı və qırmızı ləkələrlə müşayiət olunur. “Tinea corporis” adı verilən göbələk infeksiya nəticəsində yaranır. İnsandan, heyvandan və torpaqdan keçə bilir. Dəhşətli qaşınmalara səbəb olan bu xəstəlikdən şübhələnirsinizsə, həkimə getmək məsləhətdir.
Sədəf
Sədəf xəstəliyi də belə ləklərin səbəbi ola bilər.
Dizlərdə, dirsəklərdə, üzdə və saç dərisində meydana gələn ləkələrin bütün bədənə yayılma təhlükəsi var.
Mavi-bənövşəyi ləkələr
Ürək xəstəlikləri
Ürək xəstələrində meydana gəlir. Belə ki, ürək çatmazlığı nəticəsində qan dövranının pozulması belə ləklərin sayının artması ilə nəticələnir. Xüsusilə, dil, dodaq, burnun ucu, barmaq ucları kimi bölgələrdə müşahidə edilir.
Ağciyər xəstəlikləri
Xəstə normal nəfəs ala bilmədiyi üçün dəri oksigeni qəbul edə bilmir. Bu da ləkələrin yaranması ilə nəticələnir. Xüsusilə, dodaqda və dodaq ətrafında müşahidə edilir.
C və K vitamini çatışmazlığı
C və K vitamini çatışmazlığı zamanı dərinin altında kiçik qanamalar meydana gəlir. Bu da dərinin səthində bənövşəyi ləklərin yaranmasına səbəb olur.
Müxtəlif xərçəng növləri
Qıçlarda meydana gələn ləkələr ilk baxışda iltihabı damar xəstəliyini xatırlada bilər. Ancaq bu, qan xərçənginin də ilkin əlaməti hesab edilməlidir. Xüsusilə, kürək bölgəsində yaranan ləkələr qabıq verirsə, bu mədə, bağırsaq, döş xərçəngi və qan xərçəngindən şübhələnmək lazımdır.
Qəhvəyi rəngli ləkə
Böyrək çatışmazlığı
Belə ləkələrin əsas səbəbi böyrək çatışmazlığı olur. Dəridə qəhvəyi ləkələrlə yanaşı, quruluq, kəpəklənmə, şiddətli qaşıntı hiss edilir.

Türkiyənin öndə gedən xəstsəxanalarından olan "Hacettepe Üniversitesi hastanesi", "Ankara Üniversitesi hastanesi", "Başk...
02/03/2018

Türkiyənin öndə gedən xəstsəxanalarından olan "Hacettepe Üniversitesi hastanesi", "Ankara Üniversitesi hastanesi", "Başkent Üniversitesi hastanesi" və başqa bu kimi dövlət və özəl xəstəxanalarda praktika keçmək istəyənlərin nəzərinə!!!

Türkiyə "Dünya Sağlıq Turizmi Dərnəyi"nin Azərbaycan həkimləri və tələbələri üçün təşkil etdiyi Staj programlarına qatılmaq istəyirsinizsə, Fevral ayının sonuna qədər qeydiyyatdan keçin və endirimli qiymətlərdən yararlanın.

Xidmətlər:

✔️Aviabiletlerin alınması
✔️Hava limanından qarşılanma
✔️Oturum icazəsinin alınması
✔️Özəl Sağlıq Sığortasının alınması
✔️Rəsmi sənədlərin hazırlanmasında dəstək
✔️Ev, otel, yurd kimi qonaqlamalarda qalmağa dəstək
✔️Şəhərlətin tanıtımı
✔️Proqramın sonunda SERTİFİKAT

Lazım olan sənədlər:

– Universitet diplomu
– İşlədiyini xəstəxanadan sənəd
– 8 ədəd şəkil
– Pasportun kopyası
– Başvuru formunun doldurulması

Əlavə məlumat üçün əlaqə saxlayın.

Ünvan: 📌 Nərimanov r., Mayakovski küç. 10 (8-nolu poliklinikanın yanı)
Əlaqə: ☎ (050) 257 50 67
(050) 635 16 52
(012) 567 60 21
(012) 567 56 42

Address

Eskisehir Yolu Sogutozu Mah. 2177. Sok. No:10/B Via Twins Plaza Kat:20 Cankaya/Ankara
Ankara
06420

Alerts

Be the first to know and let us send you an email when DSTD Dünya Sağlık Turizmi Derneği - The World Health Tourism Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DSTD Dünya Sağlık Turizmi Derneği - The World Health Tourism Association:

Shortcuts

Share