GoCamp.az

Call Directions

GoCamp.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GoCamp.az, Travel Company, .

26/07/2025
17/07/2025

🇦🇿Dostlar gedirik Kəpəzə(3066 m)⛺️

Tarix:26-27 iyul 2025-ci il

Turun programı:
1-ci gün

05:00Gənclik metrosu yarmarka yanında toplanış
05:30 Göygöl rayonuna doğru yola çıxırıq
10:30 Göygöl rayonu Toğana kəndindəyik
13:00 Nahar fasiləsi, Asudə vaxt və evə yerləşmə
14:00 Göygöl və Maral gölü getmək (giriş bağlı olmazsa)
15:30 Evə dönüş
16:00 Evdəyik və axşam yeməyinə hazırlıq
16:00-17:00 Asudə vaxt
19:00-20:00 Axşam yeməyi, çay süfrəsi və sonrakı gün haqqında söhbətlər
20:30 Yatmaq vaxtı

2-ci gün
02:00 Qalxmaq
02:30 Səhər yeməyi və Nivalarla Şahbulağa doğru gediş
04:30 Yürüşə başlamaq
08:30 Kəpəz zirvəsindəyik (3066 m)
08:30-09:30 Zirvə keyfin çıxarmaq
10:00 Geri dönüş
12:00 Nivalarla Toğanaya doğru gediş
14:00 Toğana kəndindəyik
15:00 Nahar yeməyi və çay süfrəsi
17:00 Bakıya dönüş
22:00 Bakıdayıq

•Çətinlik dərəcəsi:Çətin
•Yürüş növü:Hikinq, Trekking
•Gediləcəyimiz yerlər:Göygöl, Maral göl, Kəpəz zirvəsi (3066 m)
•Gecələmə: Kənd evində və ya çadırlarda (hava şəraiti yaxşı olduqda)
•Yürüş vaxtı: 6 saat (ümumi)

Turun qiymətinə daxildir:
-Bakı-Gəncə-Bakı (komfortlu sprinter)
-Səhər yeməyi
-Axşam yeməyi
-Nahar yeməyi
-Çay süfrəsi
-Bələdçilər (rəsmi sertfikatlı)
-Dağ maşını (qaz-66, uaz və ya niva)
-Kənd evi və ya çadırlarda (xan bulağında)
-Səyahət sığortası

İştirakçı da olmalıdır:
-Bel çantası (30 lt)
-Yürüş üçün rahat ayaqqabı (bot) tələb olunur (İcarə mağazadan götürmək olur)
-Termo içlik
-Gödəkçə (mağazalarda icarə mövcuddur)
-Polar (Mağazalarda icarə mövcuddur)
-Termo corab
-Papaq (icarə mövcuddur)
-Günəş gözlüyü (icarə mövcuddur)
-Buff
-Yürüş çubuğu (İcarə mövcuddur)
-Su ehtiyatı (1 lt)
-Cola (0,5)
-Atışdırmaqlıq, kalorili (yürüş zamanı istifadə etmək üçün, Snikers, Çərəz, quru meyvə)
-Şəxsi gigyenik ləvazimatlar

Qeyd.1. Mövcud havanın vəziyyəti və qrup iştirakçılarının sürətinə görə proqramın vaxtında dəyişiklik ola bilər.

Yerlər limitdir, ilk müraciətlər qeydiyyata alınacaq (15 nəfər)

48 saat qalmış imtina olunarsa ödəniş geri qaytarılmır

Yonja outdoor storedə GOCAMP iştirakçılarına icarə ləvazimatlarında 20% endirim tət

Qiymət-180 azn

14/04/2025
10/04/2025

Qobustan rayonu: Bura üçün ayrı bir parantez açmaq olar. Tarixi abidələr, mağaralar, palçıq vulkanları, tarix kəndi və ya kəndləri. Palçıq vulkanı (Pilpilə, şirə) Abşeron rayonunda Cəngi çayının sağ sahilində yerləşir. Adı xəritələrdə qeyd olunmayıb. Cəngi palçıq vulkanı deyə bilərsiz. Azərbaycanda yerləşən yer altı sərvətlərindən biridir. Müalicə əhəmiyyəti daşıyır. Palçıq vulkanlarıda, digər vulkan və qeyzerlər kimi seysmikliyin səviyyəsin azaldır (zəlzələ). Maşın yolundan (asfaltdan) bura qədər məsafə 400 m. Ora getdiyiniz zaman görə bilərsiniz.Nərimankənd mağaraları: fərqliliyilə digər mağaralardan seçilir, içərisində 4 otaq var və digər videoda gördüyünüz sol tərəfdə olan otağın tüneli dardır. Aşağıdan yuxarı və ya əksi istiqamətində təcili çıxış yeri var (videoda bələdçimiz çıxır oradan). Və normal giriş-çıxış qapısı. Nəqliyyatın durduğu yerdən ora qədər məsafə 500 m təşkil edir və asandır.Davamı olacaq, Qobustanın bir çox yerləri haqqında yazacağıq. İzləmədə qalın😇Sizlər qobustanda maraqlı hansı yerləri tanıyırsınız, olmusunuz?🤩

21/03/2025
18/03/2025
17/03/2025
🇦🇿Dostlar gedirik CÜMHURİYYƏT zirvəsinə⛰️Cümhuriyyət Zirvəsi azərbaycanlılar üçün mənəvi əhəmiyyət daşıyan bir zirvədir....
06/03/2025

🇦🇿Dostlar gedirik CÜMHURİYYƏT zirvəsinə⛰️

Cümhuriyyət Zirvəsi azərbaycanlılar üçün mənəvi əhəmiyyət daşıyan bir zirvədir.
Cümhuriyyət zirvəsi, Böyük Qafqaz dağ silsiləsində, dəniz səviyyəsindən 3740 metr yüksəklikdə yerləşir və Tufandağın sağ yan silsiləsinin bir hissəsidir. 2018-ci ildə, Azərbaycan Cümhuriyyətinin 100 illiyi şərəfinə, bu zirvəyə "Cümhuriyyət zirvəsi" adı verilmişdir.

Tur Proqramı:

1-ci Gün:
- 07:00 - Toplanış (Gənclik m/st)
- 07:30 - Qubaya yola düşürük
- 08:00 - 13:00 - Bakı – Quba – Xınalıq yolu
- 13:00 - Xınalıq kəndinə çatma
- 13:00 - 17:00 - Şahyaylaq düşərgəsinə çatıb çadırların qurulması
- 17:00 - Sərbəst vaxt (yüksəkliyə uyğunlaşma yürüşü)
- 22:00 - Yatma vaxtı

2-ci Gün:
- 04:00 - Oyanış
- 05:00 - 06:00 - Səhər yeməyi
- 06:00 - 15:30 - Düşərgədən Cümhuriyyət zirvəsinə yürüş və geri qayıdış
- 18:00 - 22:00- Xınalıqdan Qubaya və Bakıya dönüş

Lazım olan Ləvazimatlar:
- 4 mövsümlük çadır, yataq kisəsi, mat, tozluq
- Kürək çantası (50-60 L), alın fənəri
- Su keçirməz geyim (Gore-tex), isti geyim
- Dağ ayaqqabısı, gün eynəyi, dəbilqə
- Gündən qorunma kremi, su (azı 2 L)
- Şəxsi əşyalar və gigiyenik vasitələr (corab, termos, yemək bişirmə dəsti, salfet və s.)

Qiymət və Qeydiyyat:
- Qiymət: 195 AZN (Bir nəfər üçün)
- Son qeydiyyat tarixi: 7 may 18:00
- Tur tarixi: 24-25 may 2025

Qiymətə daxil olan xidmətlər:
- Zirvəyə çıxan iştirakçılara sertifikat verilməsi
- Milli parka giriş ödənişləri
- Düşərgə və yürüş planının təşkil olunması
- Nəqliyyat (Sprinter, UAZ, QAZ-66)
- Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
- Foto çəkiliş
- Düşərgədə isti su təmini
- Çadır və matla təminat (ehtiyac olduqda)
- Fövqaladə Hallar Nazirliyindən icazə
- Dövlət Sərhət Xidmətindən icazə
- Şahdağ Milli Parkından icazə

Əlavə Məlumatlar:
- Qrup lideri, hava şəraiti, ictimai hadisələr və digər faktorlar əsasında proqramda dəyişiklik edə və ya turu ləğv edə bilər.
- Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.
- Qrup sayı 15 nəfərdən az olsa, əlavə qiymət dəyişiklikləri edilə bilər.
- Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surətini göndərərək, ödəniş üçün aşağıdakı nömrəyə zəng edib və ya yaza bilərsiniz:

Əlaqə: (+994)552822363 GOCAMP⛺️

03/03/2025

Dostlar gedirik Qusar Suvara Buzadırmanmaya🇦🇿

8 mart Xanımlar günü mübasibəti ilə, 9 mart Qusar laza-suvarda Buzadırmanma Təlim və praktikasında kompaniya olaraq, 50% endirim tətbiq olunub

Qiymət-65 azn olacaq (endirimli qiymət)

Yerlər limitlidir ilk müraciətlər qeydiyyata alınır

Qiymətə daxildir:
-Nəqliyyat
-Yolsuzluq maşını
-Çay süfrəsi
-Nahar yeməyi
-Bələdçi (tur rəhbəri)
-Buzadırmanma üzrə profesional təlimçi
-Sığorta
-Kəndir
-Kranpon
-Səyahət sığortası
-Buz baltaları
-Kaska

İştirakçıda olmalıdır:
-Çanta (30 lt)
-Ehtiyat paltar
-Ehtiyat ayaqqabı
-Bot (tələb olunur dırmanma üçüb) (yonja outdoor mağazasında icarəyə götürə bilərsiniz, Gocamp iştirakçılarına 20 % icarə endirimi var)
-Əlcək
-Papaq
-Atışdırmalıq çərəz, şokolad
-Dırmanma üçün geyimlər (icarə var)

Address


Telephone

+994552822363

Website

Alerts

Be the first to know and let us send you an email when GoCamp.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed travel agency?

Share