09/04/2023
USA vizası 🇺🇸
Salam, dostlar! Bugün sizlərlə Amerika vizası ilə bağlı təcrübəmi bölüşmək istəyirəm. Bilirəm ki, bir çoxunuz ABŞ-ı ziyarət etmək istəyir, amma vizanı necə alacağınızı bilmirsiniz.
🔹İlk öncə əgər şengen vizasınız ümumiyyətlə heç olmayıb, ilk növbədə bu vizanı alın. ABŞ-ın konsuluna məntiqsiz gələcək ki, siz heç bir yaxın ölkəyə viza ilə getməmiş dərhal ABŞ-a getmək istəyirsiniz.
🔹Əgər birinci dərəcəli qohumunuz orada yaşayırsa, mütləq bu barədə məlumat verin anketdə. Həmin o qohum qanunsuz orada yaşayırsa, sizə sual verə bilərlər bu barədə. Yadımdadır, bir kişiyə viza vermədilər, qızı turistik viza alıb qayıtmamışdır. Bu barədə sual da verdilər ona. Cavabı onları qanə etmədi, düzü məni də qanə etməzdi.
🔹Maliyyə durumunuz. Hesabda bu səyahət üçün kifayət qədər məbləğ olmalıdır. Bundan başqa rəsmi iş yeriniz olmalıdır, ən azı 1000 AZN. Yox , əgər işləmirsiniz, ya həyat yoldanışınız, ya uşağınız sponsor ola bilər. Tələbə olduğunuz halda valideyiniz sponsorluq edə bilər.
🔹Dürust olmaq lazımdır. Konsula yalan deməmək. Onlar çox güclü psixoloqlardır.
🔹Pozitv olmaq, gözəl əhval ruhiyyə ilə görüşə getmək.
🔹Konsul əmin olmalıdır ki, qayıtmaq üçün ciddi səbəbiniz var
🔹Sosiyal plarformarlada nəyi paylaşdığınıza fikir verin. Onu da yoxlayırlar.
🔹Elə görüşdə sizə deyəcəklər, vizanı verirlər ya yox. Maksimum 5 günə pasportunuz hazır olur.
🔹Viza rüsumu 160 USD.
Ümid edirəm, bu məsləhətlər sizə Amerika vizası almaqda kömək edəcəkdir və səyahət etmək arzunuzu həyata keçirəcəksiniz.
P.S. Viza dəstəyi xidmətimizdən Siz də yararlana bilərsiniz