Backcountry Azerbaijan

Backcountry Azerbaijan Discover the wilderness🧡

Mərkəzi Asiya turu (Qazaxıstan və Qırğızıstan)🗓️ 11 iyul - 23 iyul 2025💰 1890 ₼ (Qeydiyyat günü bilet qiymətindən asılı ...
18/02/2025

Mərkəzi Asiya turu (Qazaxıstan və Qırğızıstan)

🗓️ 11 iyul - 23 iyul 2025

💰 1890 ₼ (Qeydiyyat günü bilet qiymətindən asılı olaraq qiymət dəyişə bilər)
Öncədən ödəniş - 800 ₼

✅ Qiymətə daxildir:
✈️ Təyyarə biletləri - Bakı - Almatı (1x8 kg, 1x23kg baqaj)
Bişkek - Bakı (1x8 kg, 1x23kg baqaj)
🚌 Avtobus bileti - Almatı - Bişkek (4 saat)
🏨 Otel (4 ulduz) 2 nəfərlik otaqlarda 1 nəfər üçün qiymət
🥘 Səhər yeməyi
🚞 Təbiət turlarının biletləri
🙋‍♂️ Yerli tur rəhbəri, bələdçi

Görəcəyimiz yerlər:
Almatı şəhəri
Şarın Kanyonu - Qazaxıstan
Qara Kanyon - Qazaxıstan
Kolsai gölü - Qazaxıstan
Kaindi gölü - Qazaxıstan
Bişkek şəhəri
Kel Suu gölü - Qırğızıstan
Qədim Qırğız yurdunda(çadır) 3500m yüksəklikdə gecələmə
At Başı rayonu - Qırğızıstan
Issık kul gölü - Qırğızıstan
Qeyd: Yeni görməli yerlər əlavə oluna bilər.

Qiymətə daxil deyil:
-Qidalanma
-Şəxsi xərclər
-Muzey biletləri (sərbəst günlər)

Qeydiyyat üçün
+994503163565

We did such an unforgettable trekking to beautiful Gadabay region last weekend. Thank you for all participants 🧡📸  We wi...
04/06/2023

We did such an unforgettable trekking to beautiful Gadabay region last weekend. Thank you for all participants 🧡

📸

We will post the other photos too☺️

28-29 may tarixlərində   seriyamızın üçüncüsü, Gədəbəy - Şəmkir macəra turunun ən maraqlı məkanlarından biri, gözəlliyin...
05/05/2023

28-29 may tarixlərində seriyamızın üçüncüsü, Gədəbəy - Şəmkir macəra turunun ən maraqlı məkanlarından biri, gözəlliyinə və unikallığına görə Amerikanın məşhur Grand Canyon National Park-ından heç nə ilə geri qalmayan Şəmkir kanyonlarını görmək üçün səbrsizlənirik.😍

Dünən məlumat paylaşıldıqdan sonra yerlərin yarısından çoxunun artıq sahibi müəyyənləşdi.☺️ Qeydiyyatdan keçməyə tələsin🧡

📸 🧡

İki il öncə “Gədəbəy: nağıllar aləminə səyahət” devizi ilə yollanıb, həqiqətən də sehrli bir nağılın parçası olduğumuz G...
04/05/2023

İki il öncə “Gədəbəy: nağıllar aləminə səyahət” devizi ilə yollanıb, həqiqətən də sehrli bir nağılın parçası olduğumuz Gədəbəyə yenidən qayıdırıq. Bir daha bu yerlərə qayıdaq deyə ötən səfərimizdə görə bilmədiyimiz təbiətini, məlumatlanmadığımız tarixini vərəqləməyə gedirik.

Hələ də nə vaxt, hansı zərurətə görə bu qədər çətin relyefi olan ərazidə tikilməsi dəqiq məlum olmayan, təxminən XII əsrə aid edilən məşhur Qız Qalası (Namərd Qala)-nı, 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülər- Simens körpülərini, tarixi Mahrasa məbədini kəşf edəcəyimiz ilk günün sonunu, gecələyəcəyimiz kənd evində ailə kimi qeyd edəcəyik.

Bütün bunlar azmış kimi, növbəti gün də Bakıya əliboş qayıtmırıq! Gədəbəyin havasını udmuşkən, şəfalı suyunu da içmədən olmaz deyib, Gədəbəy Mineral Sular Zavoduna baş çəkib, məşhur “Slavyanka” sularının mənbəyini tanıyıb, zavodda istehsal prosesi ilə tanış olacağıq.

Səfərimizin əsl surprizi hələ qarşıdadır. Quruluşuna görə Amerikanın məşhur Grand Canyon National Park-na bənzəyən, nəinki xaricilər, heç yerli turistlər tərəfidən çox bilinməyən Şəmkir Kanyonlarına yollanırıq. Əsl təbiət möcüzəsi sayılan ərazilərdən olan bu kanyonların və Kür çayının fonunda batan günəşi qucaqlayıb, bol xatirə ilə Bakıya qayıdacağıq.

Ətraflı rəy bölməsində...

Memories of Kapaz Mount trekking(3066m) 📸
03/05/2023

Memories of Kapaz Mount trekking(3066m)

📸

5 fevral 2023-cü il tarixində Lənkəranı kəşf etməyə çıxmışdıq. Həmin gündən olan bəzi fotoları sizinlə paylaşırıq. Növbə...
15/02/2023

5 fevral 2023-cü il tarixində Lənkəranı kəşf etməyə çıxmışdıq. Həmin gündən olan bəzi fotoları sizinlə paylaşırıq. Növbəti səyahətlərimizə qoşulmaq üçün bizi izləyin, tezliklə yeni macəramız haqqında paylaşım edəcəyik.🧡
📸 Kazzimli

Lənkəran deyildiyində, ilk ağıla gələn çay və subtropik meyvələr, ləvəngi, digər dadlı təamlardır. Bu günədək demək olar...
26/01/2023

Lənkəran deyildiyində, ilk ağıla gələn çay və subtropik meyvələr, ləvəngi, digər dadlı təamlardır. Bu günədək demək olar ki, çoxumuz bu sadalananlarla tanış olmuşuq. Lakin Lənkəranın bəzilərimizin məlumatsız olduğu qədim tarixi, gözəl şəhəri və fərqli təbiəti də var ki, bu macəramızda onları kəşf edəcəyik.

Günün ən xoşbəxt anlarını isə heç şübhəsiz Qızılağac Milli Parkının faunası ilə tanışlıq zaman yaşayacağıq. İlin sadəcə soyuq aylarını ölkəmizdə keçirən növbənöv köçəri quşlar, milli parkın daimi sakini olan vəhşi heyvanları canlı izləmək şansını qaçırmayın.

Günün PLANI
06:30 – Bakıda toplanış (20 yanvar, Bravo-nun önü)
10:00 – Lənkəran, Nilado Green Lankaran - Səhər yeməyi, çay plantasiyası ilə tanışlıq;
11:40 – Dairəvi qala - Zindan, Lənkəran mayakı, Xəzərin qara qumlu sahil gəzintisi;
14:20 – Qızılağac Milli Parkı, nahar fasiləsi, köçəri quşların və vəhşi heyvanların müşahidə turu(qayıqla +10 AZN);
17:30 – Bakıya yola düşmə;
21:00 – Bakı;
•••••••••••••••••••••••••••••••••

Gərəkli LƏVAZİMAT
• Su keçirməyən ayaqqabı
• Tərləyəndə dəyişmək üçün üst geyim və corab.
• Yağmurluq və ya çətir. (yağış yağma ehtimalı ilə bağlı dəqiq proqnoz 1 gün öncə qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək)
•••••••••••••••••••••••••••••••••

QİDALANMA
Restoranda səhər yeməyi və əlavə olaraq çay süfrəsi qiymətə daxildir.
Nahar üçün özünüzlə yüngül ərzaq ehtiyatı götürün.
•••••••••••••••••••••••••••••••••

YÜRÜŞÜN MƏLUMATLARI
• Çətinlik: çox asan
• Məsafə: 4-6 km
• Müddət: 5 saat
•••••••••••••••••••••••••••••••••

QEYDİYYAT ÜÇÜN – ÖDƏNİŞ 45 AZN
Qiymətə daxildir:
• Nəqliyyat (Bakı–Lənkəran-Bakı)
• Səhər yeməyi (Nilado restoranında)
• Qızılağac Milli Parkına giriş bileti
• Bələdçi
• Çay süfrəsi (Qızılağac Milli Parkında)
- Milli parkda qayıqla tur etmək istəyən şəxslər əlavə 10AZN ödəniş etməlidir. (Piyada tur qiymətə daxildir).
Qeyd: Yürüşün başlanmasına 48 saat qalmış gəlməkdən imtina etsəniz, ödəniş geri qaytarılmır.
•••••••••••••••••••••••••••••••••

Qeydiyyatdan keçmək üçün bizə yazın

Yaranma hekayəsini orta məktəb dərsliklərindən xatırladığımız, özünü isə əksəriyyətimiz hər dəfə “bu il mütləq gedəcəyəm...
18/05/2022

Yaranma hekayəsini orta məktəb dərsliklərindən xatırladığımız, özünü isə əksəriyyətimiz hər dəfə “bu il mütləq gedəcəyəm” deyərək ertələyib, hələ də görə bilmədiyimiz Göygöl Milli Parkına gedirik. O park ki, özündə Azərbaycanın ən böyük gölü ilə bərabər ümumilikdə 19 gölü birləşdirir, o park ki, zirvələrin ən utancağı Kəpəz dağının ətəyindədir. Ona görə utancaq ki, ilk baxışdan heyran olacaq qədər gözəl olduğundan, hər fürsət düşəndə buludların arxasında gizlənir.🙆‍♀️🤷‍♂️

Bu dəfə sadəcə uzaq yol qət edib gözəl xatirələr toplayıb qayıtmayacağıq. Həm də qovuşduğumuz zirvələrə birini də (Kəpəz zirvəsi 3066m) əlavə edib, fərqli hislərlə dönəcəyik evə. ☺️

Beləliklə, ötən il Gədəbəydə yaşadığımız “Nağıllar aləminə səyahət” seriyamızın ikincisinə qoşulmaq, bu nağılın qəhramanlarından biri olmağa nə deyirsiniz?😍

Macəra gününün planı və qoşulma qaydası rəy bölməsindədir.🧡

Novruz sadəcə uşaqlığımızın xatirəsi, milli bayramımız deyil... Novruz, rəngarənglik, təmizlik, istilik, doğmalıq bayram...
10/03/2022

Novruz sadəcə uşaqlığımızın xatirəsi, milli bayramımız deyil... Novruz, rəngarənglik, təmizlik, istilik, doğmalıq bayramıdır.

Uşaqlıq xatirələrimizdəki Novruzu yenidən yaşamaq, bir tonqalın ətrafında, ilin bütün ağırlığını atmaq üçün Astaranın Sım kəndindəki evimizə gedirik.

Sadəcə 12 iştirakçı limitli, 2 günlük(24-25 mart) bu macəramızda iştirak haqqı 85 AZN-dir. Qeydiyyat və ətraflı məlumat üçün “+” yazmağınız kifayətdir☺️

Qeyd: poster xəyalidir, daha əvvəlki yürüşümüzdə tərəfindən çəkilmiş şəkilə -in toxunuşu ilə ərsəyə gəlib.

09/02/2022

Bazar günü (13 fevral 2022) Savalan dağı mənzərəsini görməyə nə deyirsiniz?☺️

Ətraflı məlumat və qeydiyyat üçün + yazmağınız kifayətdir🧡

Talış dağlarına ilk səfərimizi qarşılayın. Lerik rayonunun Mistan kəndi yaxınlığında yerləşən, Mistan zirvəsinə (2280m) ...
07/02/2022

Talış dağlarına ilk səfərimizi qarşılayın. Lerik rayonunun Mistan kəndi yaxınlığında yerləşən, Mistan zirvəsinə (2280m) yola düşürük. Bütün fəsilləri digər bölgələrimizdən fərqli rəngdə və surprizlərlə bol olan cənub bölgələrimizi yaxşı tanıyırıq. Havanın əlverişli olduğu zamanlarda məşhur Savalan dağının aydın göründüyü bu zirvəni birlikdə kəşf edək.

Ətraflı məlumat üçün + yazmağınız kifayətdir😊

Address

Tbilisi Avenue
Baku
AZ1000

Telephone

+994503163565

Website

Alerts

Be the first to know and let us send you an email when Backcountry Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share