Lənkəran Regional Turizm İdarəsi

Call Directions Website Contact the business

Lənkəran Regional Turizm İdarəsi 1.1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2.

İdarənin fəaliyyəti Lənkəran, Şirvan, Sabirabad, Saatlı, İmişli, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliyin Lənkəran Regional Turizm İdarəsi yaradılımışdır ilə yaradılmışdır. (https://e-qanun.az/framework/53461) İdarə fəaliyyət göstərdiyi region üzrə turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Agentliyin yerli struktur qurumudur. Lənkəran Regional Turizm İdarəsi Şirvan şəhərini, həmçinin Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Neftçala, Salyan, İmişli rayonlarını əhatə edir.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Regionda fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini həyata keçirmək;
3. Turistlərin marağına səbəb olan turizm məhsullarının yaradılması və təkmilləşdirilməsinə dair tədbirlər görmək;
4. Regionun maddi və qeyri-maddi mədəni, təbiət irsinin qorunmasına töhfə vermək və onun turizm məqsədləri üçün səmərəli istifadəsi məqsədi ilə tədbirlərin görülməsinə dair Agentliyə təkliflər vermək;
5. Regionda turizm sahəsinin inkişafına maneə yaradan problemlərin həll edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyətləri və bələdiyyələr ilə əməkdaşlıq etmək;
6. Regionda turizm sahəsi üzrə kadr potensialının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
7. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

Lənkəran Regional Turizm İdarəsində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlha...
30/10/2026

Lənkəran Regional Turizm İdarəsində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirildi.

Tədbirdə Lənkəran RTİ-nin rəisi İlqar Əzimov çıxış edərək Yeni Azərbaycan Partiyasının (YAP) 2 oktyabr 2026-cı ildə keçirilən VIII Qurultayının ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi tarixə düşdüyünü, möhtərəm Prezident və YAP sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı əsasında müəyyənləşdirilən əsas konseptual tezislərlə bağlı əməkdaşlara geniş məlumat verdi.

Lənkəran RTİ-nin əməkdaşlarının iştirakı ilə dövlətçilik prinsiplərinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qurultayda müəyyənləşdirilən vəzifələrin ardıcıl icrası ətrafında fikir mübadiləsi aparıldı.

Sonda Azərbaycanın davamlı inkişafına, milli maraqların qorunmasına və dövlətçilik ideyalarının daha geniş təbliğinə xidmət edən işlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əmənlik ifadə olunub.

Oktyabr ayı ərzində şənbə və bazar günləri də daxil olmaqla hər gün fəaliyyət göstərən Turizm İnformasiya Məntəqəsi turi...
30/10/2026

Oktyabr ayı ərzində şənbə və bazar günləri də daxil olmaqla hər gün fəaliyyət göstərən Turizm İnformasiya Məntəqəsi turistlərə və şəhərimizin qonaqlarına bölgənin turizm potensialı haqqında məlumatlar vermişdir. Ay ərzində məntəqəyə 86 turist müraciət etmişdir ki, onlardan 28 nəfəri xarici vətəndaş olmuşdur.

29/10/2026
28/10/2026

28 oktyabr 2026-cı il tarixində Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə turizm istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri və dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil. olunan şəbəkələşmə tədbirinin videoicmalını təqdim edirik

28/10/2026

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Azərbaycan BMT Turizm tərəfindən 2027-ci ildə keçiriləcək 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumunun ev sahibi ölkəsi seçilib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

28 oktyabr 2026-cı il tarixində Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə turizm istiqaməti üzrə fəaliyyət ...
28/10/2026

28 oktyabr 2026-cı il tarixində Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə turizm istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri və dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə şəbəkələşmə tədbir keçirilib.

Regionların sosial-iqtisadi inkişafına təkan vermək və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə turizm sənayesinin rolu “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müddəalarının icrasını təmin etmək, turizm sektorunun regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla icrasına dəstək vermək, eyni zamanda turizm istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və dövlət qurumları ilə əməkdaşlığın daha da sıx olmasına nail olmaq məqsədilə oktyabrın 28-də Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə workshop formatında şəbəkələşmə və koordinasiya tədbiri keçirildi.

Tədbirdə Lənkəran Regional Turizm İdarəsi tərəfindən son illərdə görülmüş işlərlə bağlı məlumat verildi və qısa videoicmal təqdim olundu, eyni zamanda 2026-cı ildə fəaliyyətə başlayan turizm müəssisələrinin qısa təqdimatları oludu. Təqdimatlarda qurumların fəaliyyət istiqamətləri, mövcud imkanları və turizm məhsullarının yaradılmasında iştirak perspektivləri diqqətə çatdırılıb.

Tədbirin ikinci hissəsində Lənkəran, Astara, Lerik və Masallı rayonlarının dövlət və özəl müəssisələrinin nümayəndələri ilə birgə turizmin inkişafı məqsədi ilə hazırlanan və təklif olunan layihələrin müzakirəsi və qeydiyyatı aparıldı. İştirakçılar hazırlanan suallar üzrə öz fikirlərini bildirdilər və müvafiq qeydlərini elədilər. Nəticə olaraq regionun turizm potensialından istifadədə maraqlı tərəflərin daha sıx şəbəkələşməsinin, ərazinin turizm imkanlarının yaxşılaşdırılması istiqamətində qarşılıqlı kommunikasiyaların genişləndirilməsi təmin olundu. Sonda bütün iştirakçılar tədbirin maraqlı və faydalı olmasını qeyd edərək belə bir imkan yaratdığına görə Dövlət Turizm Agentliyinə və Lənkəran Regional Turizm İdarəsinə təşəkkürlərini bildirdilər. Tədbirdə 60 nəfər iştirak etdi.

Tədbirə dəstək verən və aktiv iştirak edən dövlət müəssisələri və özəl sahibkarlıq subyektlərinə dərin təşəkkürümüzü bildiririk.

7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
27/10/2026

7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
27/10/2026

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Oktyabrın 26-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə UNESCO-nun Baş direktorunun müavini xanım Asa Regnerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

27/10/2026

Address

Qala Xiyabani 11
Lankaran
AZ-4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994772705171

Alerts

Be the first to know and let us send you an email when Lənkəran Regional Turizm İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lənkəran Regional Turizm İdarəsi:

Shortcuts

Share

Nearby travel agencies